77
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
inzibati zorakılığın tətbiqi çoxlu sayda kilsə binalarının dağıdıl-
masına, minlərlə xristian ruhani və sıravi dindarların repressiyaya
məruz qalmasına səbəb olub. O vaxtlar Bakı yeparxiyasında çalı-
şan Andrey Yeryomin, Yefi miy Savelyev, İyohan Qançev kimi din
xadimləri repressiyanın qurbanlarından olublar.
1943-cü ildə Sovet dövləti dinə müəyyən sərbəstlik verdikdən
sonra Bakıda “Rojdestvo Boqoroditsa” adlı Rus-pravoslav kilsəsi
və digər məhəllə kilsələri açılıb. Həmin kilsələr Moskva və Ümum-
rusiya Patriarxlığının Stavropol və Bakı yeparxiyasının tərkibinə
daxil idi və bu təşkilat tərəfi ndən idarə olunurdu.
Katoliklik: Hazırda
saylarının az olmasına
baxmayaraq, Azər bay-
canda katolikliyin tari-
xi pravoslavlıqla mü-
qa yisədə daha qədim-
dir. Təxmini hesabla-
malara görə, katolikli-
yin ölkəmizdə ta
rixi
yeddi əsrdən az deyil-
dir. Amma bununla
belə, Katoliklik Azər-
bay canda mövcud olan
xristian məzhəbləri ara sında heç vaxt aparıcı mövqeyə malik ol-
mayıb, sadəcə, bütün dövrlərdə mövcudluğunu qoruyub saxlaya
bilib.
Xristianlığın üç ən böyük qolundan biri olan katolik kilsəsi 1054-
cü ildən, yəni, vahid kilsə nin iki yerə parçalanmasından son ra bu
adla fəaliyyət göstər mə yə başlayıb və tarixi dövr ər zin də dün yanın
əksər ölkə lə rin də yayılıb. Şərq xristianlığından (Pra vos lavlıqdan)
öz etiqad, ayin, doqmatik və etik dəyərləri ilə fərq lənən bu xristian
konfessiyasının mən subları Avropa, Afri ka, Amerika və Asiyada
kilsələr qurub yerli xalqlara inanclarını təbliğ edib lər.
Bakı şəhəri,
Müqəddəs Məryəm Katolik kilsəsi.
78
Gündüz İsmayılov
Azərbaycanda katoliklik orta əsrlərdən yayılmağa başla-
yıb. Xüsusilə XIV əsrin əvvəllərindən missionerlərin fəaliyyəti
nəticəsində xristianlığın bu qolu bölgədə inkişaf edib və XVII-
XVIII əsrlərdə Vatikan tərəfi ndən regiona missionerlər göndərilib.
Bu dövrdə Azərbaycanın ən iri şəhərlərində katolik monastrlar,
missiya və məktəbləri fəaliyyət göstərib. Bu kilsə mənsublarının
ölkəmizdə mövcudolma tarixi haqqında ilkin yazılı məlumatlar
XIV əsrə aiddir. 1320-ci ildə fransız rahib Jurden Katalani de
Severakın Bakıda və digər Azərbaycan şəhərlərində olması haq-
qında məlumatlar var. Tədqiqatçılar təqribən eyni dövrdə katolik
kilsəsinə mənsub Fransiskan ordeni rahibi Odorik de Pordenonun
da Azərbaycanda olmasını qeyd edirlər.
Lakin buna baxmayaraq, Azərbaycanda katolik icmalarının
inkişaf dövrü XVII əsrə təsadüf edir. Çünki bu dövrdə Bakıda,
Şamaxıda, Gəncədə, Təb rizdə, Naxçıvanda və başqa şəhərlərdə
katolik kilsəsinə məxsus karmelitlər (XII əsrdə yaranmış katolik-
rahib ordeni) , dominikanlar (XIII əsrdə yaranmış katolik-rahib
ordeni) , avqustinlər (XIII əsrdə yaranmış katolik-rahib ordeni),
kapusinlər (XVI əsrdə yaranmış katolik-rahib ordeni) və yezuitlər
(XVI əsrdə yaranmış katolik-rahib ordeni) ordeninin mənsubları
məskunlaşaraq monastırlar, kilsələr və tədris ocaqları yaradıblar.
Katolik-rahiblər əsasən dini təbliğatla və tibb sahəsiylə məşğul
olublar.
1828-ci ildə Azərbaycanın Rusiya imperiyası tərəfi ndən işğa-
lından sonra əvvəlki dövrün bütün katolik icmaları öz fəaliy yət-
lərini dayandırsalar da, XIX əsrin ikinci yarısından XX əsrin əvvəl-
lərinə qədər olan dövr icmanın həyatında əhə miyyətli mərhələ
kimi səciyyələndirilir. Çünki bu dövrdə Azər baycanda katolik
xristianlığına və digər qərb kilsələrinə mən sub əc nə bilərin artımı
baş verib. Bunun səbəbi “neft bumu”, Polşa üsyanı iştirakçılarının
və Rusiya imperiyasının bütün bölgələrindən kato lik lərin Qafqa-
za sürgün olunmasıdır.
Bakıda ilk katolik prixodu XIX əsrin 50-ci
illərində elə rus ordusu tərəfi ndən hərbçi katoliklərin Qafqaza sür-
79
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
gün edilməsi nəticəsində yaradılıb. Prixod Tetri-Skarodakı (Gür-
cüstan) katolik hərbi prixoduna tabe olub.
XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri
ötüb.
Bakı prixodu elə bu dövrdə müstəqilləşib. Sonralar isə
Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfi nə kilsə (1895-ci
ildə) tikilməyə başlayıb və onun fəaliyyəti 1900-cu ildə Çar fərmanı
ilə təsdiqlənib. Bundan başqa, Bakı qəbiristanlığında 1903-cü ildə
Müqəddəs Xaç kilsəsi inşa olunub. Müqəddəs Məryəmin Bakirə
Hamiləliyi kilsəsi sovetlər dönəmində - 1931 və ya 1934-cü ildə
dağıdılıb, keşişi Stefan Demiurov isə gizli şəkildə dini ayinləri icra
etdiyinə görə həbs edilib, daha sonra güllələnib. İnzibati təzyiqlərin
güclü olduğu bu dönəmdə katolik icmasının fəaliyyəti demək olar
ki, tamamilə dayandırılıb. Lakin Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra katolik icması yenidən formalaşmaq imkanı və hü-
ququ əldə edib.
Protestantlıq: Statistkaya əsasən, xristian dünyasında mən-
sub ların sayına görə katolikdən sonra protestanlıq gəlir. Lakin
Azərbaycanın bununla bağlı statistik göstəriciləri fərqlidir. Belə ki,
mənsubların sayına görə, birinci yerdə pravoslavlıq, ikinci yerdə
protestanlıq, üçüncü yerdə isə katoliklik gəlir. Amma ölkəmizdə
pravoslavlıqla protestantlığın yayılması tarixi təxminən eyni dövrə
- XIX əsrin əvvəllərinə təsadüf edir.
Əslində, Katolik və Pravoslavlıqdan fərqli olaraq, Protestant-
lıq bir-biri ilə əlaqəsi zəif olan sərbəst missionerlər vasitəsi ilə
yaradılmış təriqətlərdən iba rətdir. Protestantlıq Xristian lığın yeni
istiqaməti kimi ənənəvi cə rə yanlara qarşı müxalif mövqe nüma-
yiş etdirən din adamlarının mübariz hərəkatı nəticəsində ya ranıb.
Məqsədi Xristianlıq da islahat aparmaq ideyası olan bu cə rəyan
1517-ci ildə rahib və ila hiy yatçı Martin Lüterin ka to likliyə qarşı
çıxması ilə baş layıb. Protestantlıq özü də mü əyyən qol la ra ayrılır
və cərə yanın bani si nin adı ilə adlandırılan Lüteranlıq onların öndə
gələn lə rindəndir. Eyni zamanda, Azərbaycanda ilk yayılan protes-
tant təriqəti də Lüteranlıqdir.
Dostları ilə paylaş: |