Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

77
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
inzibati zorakılığın tətbiqi çoxlu sayda kilsə binalarının dağıdıl-
masına, minlərlə xristian ruhani və sıravi dindarların repressiyaya 
məruz qalmasına səbəb olub. O vaxtlar Bakı yeparxiyasında çalı-
şan Andrey Yeryomin, Yefi miy Savelyev, İyohan Qançev kimi din 
xadimləri repressiyanın qurbanlarından olublar.
1943-cü ildə Sovet dövləti dinə müəyyən sərbəstlik verdikdən 
sonra Bakıda “Rojdestvo Boqoroditsa” adlı Rus-pravoslav kilsəsi 
və digər məhəllə kilsələri açılıb. Həmin kilsələr Moskva və Ümum-
rusiya Patriarxlığının Stavropol və Bakı yeparxiyasının tərkibinə 
daxil idi və bu təşkilat tərəfi ndən idarə olunurdu.
Katoliklik: Hazırda
 
saylarının az olmasına 
baxmayaraq, Azər bay-
canda katolikliyin tari-
xi pravoslavlıqla mü-
qa yisədə daha qədim-
dir. Təxmini hesabla-
malara görə, katolikli-
yin ölkəmizdə ta 
rixi 
yeddi  əsrdən az deyil-
dir. Amma bununla 
belə, Katoliklik Azər-
bay canda mövcud olan 
xristian məzhəbləri  ara  sında heç vaxt aparıcı mövqeyə malik ol-
mayıb, sadəcə, bütün dövrlərdə mövcudluğunu qoruyub saxlaya 
bilib.  
     Xristianlığın üç ən böyük qolundan biri olan katolik kilsəsi 1054-
cü ildən, yəni, vahid kilsə nin  iki  yerə parçalanmasından son ra bu 
adla fəaliyyət göstər mə yə başlayıb və tarixi dövr ər zin  də dün yanın 
əksər ölkə lə rin də yayılıb. Şərq xristianlığından  (Pra vos  lavlıqdan) 
öz etiqad, ayin, doqmatik və etik dəyərləri ilə fərq lənən bu xristian 
konfessiyasının mən subları Avropa, Afri ka, Amerika  və Asiyada 
kilsələr qurub yerli xalqlara inanclarını təbliğ edib lər.
Bakı şəhəri,
Müqəddəs Məryəm Katolik kilsəsi.


78
Gündüz İsmayılov
Azərbaycanda katoliklik orta əsrlərdən yayılmağa başla-
yıb. Xüsusilə XIV əsrin  əvvəllərindən missionerlərin fəaliyyəti 
nəticəsində xristianlığın bu qolu bölgədə inkişaf edib və XVII-
XVIII əsrlərdə Vatikan tərəfi ndən regiona missionerlər göndərilib. 
Bu dövrdə Azərbaycanın  ən iri şəhərlərində katolik monastrlar, 
missiya və məktəbləri fəaliyyət göstərib.  Bu kilsə mənsublarının 
ölkəmizdə mövcudolma tarixi haqqında ilkin yazılı  məlumatlar 
XIV  əsrə aiddir. 1320-ci ildə fransız rahib Jurden Katalani de 
Severakın Bakıda və digər Azərbaycan  şəhərlərində olması haq-
qında məlumatlar var. Tədqiqatçılar təqribən eyni dövrdə katolik 
kilsəsinə mənsub Fransiskan ordeni rahibi Odorik de Pordenonun 
da Azərbaycanda olmasını qeyd edirlər.
Lakin buna baxmayaraq, Azərbaycanda katolik icmalarının 
inkişaf dövrü XVII əsrə  təsadüf edir. Çünki bu dövrdə Bakıda, 
Şamaxıda, Gəncədə, Təb rizdə, Naxçıvanda və başqa  şəhərlərdə 
katolik kilsəsinə məxsus karmelitlər (XII əsrdə yaranmış katolik-
rahib ordeni),  dominikanlar  (XIII  əsrdə yaranmış katolik-rahib 
ordeni),  avqustinlər  (XIII  əsrdə yaranmış katolik-rahib ordeni), 
kapusinlər (XVI əsrdə yaranmış katolik-rahib ordeni) və yezuitlər 
(XVI  əsrdə yaranmış katolik-rahib ordeni) ordeninin mənsubları 
məskunlaşaraq monastırlar, kilsələr və  tədris ocaqları yaradıblar. 
Katolik-rahiblər  əsasən dini təbliğatla və tibb sahəsiylə  məşğul 
olublar.
1828-ci ildə Azərbaycanın Rusiya imperiyası tərəfi ndən işğa-
lından sonra əvvəlki dövrün bütün katolik icmaları öz fəaliy yət-
lərini dayandırsalar da, XIX əsrin ikinci yarısından XX əsrin əvvəl-
lərinə  qədər olan dövr icmanın həyatında  əhə  miyyətli mərhələ 
kimi səciyyələndirilir. Çünki bu dövrdə Azər baycanda  katolik 
xristianlığına və digər qərb kilsələrinə mən sub  əc nə bilərin artımı 
baş verib. Bunun səbəbi “neft bumu”, Polşa üsyanı iştirakçılarının 
və Rusiya imperiyasının bütün bölgələrindən  kato lik lərin Qafqa-
za sürgün olunmasıdır.
 
Bakıda ilk katolik prixodu XIX əsrin 50-ci 
illərində elə rus ordusu tərəfi ndən hərbçi katoliklərin Qafqaza sür-


79
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
gün edilməsi nəticəsində yaradılıb. Prixod Tetri-Skarodakı (Gür-
cüstan) katolik hərbi prixoduna tabe olub.
XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri 
ötüb.
 
Bakı prixodu elə bu dövrdə müstəqilləşib. Sonralar isə 
Müqəddəs Məryəmin Bakirə Hamiləliyi  şərəfi nə kilsə (1895-ci 
ildə) tikilməyə başlayıb və onun fəaliyyəti 1900-cu ildə Çar fərmanı 
ilə təsdiqlənib. Bundan başqa, Bakı qəbiristanlığında 1903-cü ildə 
Müqəddəs Xaç kilsəsi inşa olunub. Müqəddəs Məryəmin Bakirə 
Hamiləliyi kilsəsi sovetlər dönəmində - 1931 və ya 1934-cü ildə 
dağıdılıb, keşişi Stefan Demiurov isə gizli şəkildə dini ayinləri icra 
etdiyinə görə həbs edilib, daha sonra güllələnib. İnzibati təzyiqlərin 
güclü olduğu bu dönəmdə katolik icmasının fəaliyyəti demək olar 
ki, tamamilə dayandırılıb. Lakin Azərbaycan müstəqilliyini bərpa 
etdikdən sonra katolik icması yenidən formalaşmaq imkanı və hü-
ququ əldə edib. 
Protestantlıq:  Statistkaya  əsasən, xristian dünyasında mən-
sub ların sayına görə katolikdən sonra protestanlıq gəlir. Lakin 
Azərbaycanın bununla bağlı statistik göstəriciləri fərqlidir. Belə ki, 
mənsubların sayına görə, birinci yerdə pravoslavlıq, ikinci yerdə 
protestanlıq, üçüncü yerdə isə katoliklik gəlir. Amma ölkəmizdə 
pravoslavlıqla protestantlığın yayılması tarixi təxminən eyni dövrə 
- XIX əsrin əvvəllərinə təsadüf edir. 
Əslində, Katolik və Pravoslavlıqdan fərqli olaraq, Protestant-
lıq bir-biri ilə  əlaqəsi zəif olan sərbəst missionerlər vasitəsi ilə 
yaradılmış təriqətlərdən iba rətdir. Protestantlıq Xristian lığın yeni 
istiqaməti kimi ənənəvi cə rə yanlara  qarşı müxalif mövqe nüma-
yiş etdirən din adamlarının mübariz hərəkatı nəticəsində  ya    ranıb. 
Məqsədi Xristianlıq da islahat aparmaq ideyası olan bu cə rəyan 
1517-ci ildə rahib və  ila  hiy yatçı Martin Lüterin ka to likliyə qarşı 
çıxması ilə baş layıb. Protestantlıq özü də mü əyyən  qol  la ra  ayrılır  
və cərə  yanın  bani si nin  adı ilə adlandırılan Lüteranlıq onların öndə 
gələn lə rindəndir. Eyni zamanda, Azərbaycanda ilk yayılan protes-
tant təriqəti də Lüteranlıqdir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə