Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə19/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

68
Gündüz İsmayılov
Qız qalasının yanında adı çəkilən səhabənin qanı tökülüb və bu yer 
2 min il ərzində xristianlar tərəfi ndən müqəddəs hesab olunub. 
VIII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatuklu özünün 
“Ağvan ölkəsinin tarixi” əsərində qeyd edir ki, paytaxtı  əvvəlcə 
Qəbələ, sonralar isə Partav (indiki Bərdə) şəhəri olan Qafqaz Albani-
yası Xristianlığın yayıldığı ilk ölkələrdən biri olub. Burada eramızın 
II yüzilliyindən başlayaraq ilk xristian icmaları yaranıb, IV yüzilli-
yin I rübündə (313-cü ildə) isə Arşakilər sülaləsindən olan alban çarı 
Urnayr Xristianlığı dövlət dini elan edib. Müəllifi n qeyd etdiyinə 
görə, Cənubi Qafqazda ilk xristian apostol kilsəsi Qafqaz  Albaniya-
sında təsis olunub. Tədqiqatçı alimlər də bu fi kri təsdiqləyərək bü-
tün xristian dünyasında apostol mənşəli ilk kilsələrdən birinin məhz 
Azərbaycanda formalaşmış Alban kilsəsi olduğunu hesab edirlər.
Həmin dövrdə Xristianlıq dövlət dini səviyyəsinə qalxsa da
ölkədə geniş xalq kütlələrinin dininə çevrilə bilməyib, hakim 
təbəqələrin dini olaraq qalıb. Çünki o dövrdə adi xalq arasında 
bütpərəstlik, zərdüştilik, tanrıçılıq (Tenqri) inancı və s. dini etiqad-
lar öz təsir qüvvəsini saxlamaqda idilər.
IV  əsrin sonu, V əsrin  əvvəllərindən isə Xristianlıq nisbətən 
geniş yayılmağa, ruhanilik və kilsə iyerarxiyası  təşəkkül tapma-
ğa başlayıb. Artıq Alban ruhaniləri özləri müstəqil kilsə rəhbərliyi 
təyin edərək, kilsəyə avtokefallıq (Pravoslav kilsələrinin inzibati 
müstəqilliyi, özünüidarəetmə hüququ) statusu qazandırıblar. Alban 
kilsəsinin avtokefallığı iki səbəbə görə baş verib. Birinci səbəb 
kilsənin apostol mənşəli olması, digər səbəb isə Albaniyanın siyasi 
statusu, yəni Şərqi Roma imperiyasından tamamilə müstəqil olma-
sı ilə bağlı idi. Əslində isə Alban kilsəsinin hüquqi mövqeyi 451-ci 
ildə keçirilən IV Xalkidon kilsə toplantısında təyin edilib. Həmin 
toplantıda monofi zitliyə üstünlük verən Alban kilsəsinin rəhbərliyi 
katolikos-arxiyepiskop, patriarx titulu ilə adlandırılıb.
VI-VII  əsrlərdə Albaniyada Mehranilər sülaləsinin hakimiy-
yəti dövründə (628-705) Alban kilsəsinin iqtisadi-siyasi mövqeyi 
daha da güclənib. Kilsənin və katolikosun səlahiyyətləri artırılıb. 


69
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Lakin vəziyyət  ərəb işğalları  və  Cənubi Qafqazda İslam dininin 
yayılması ilə əlaqədar dəyişməyə başlayıb və VII əsrin ikinci yarı-
sından etibarən Xristianlıq tədricən mövqeyini itirib.
705-ci ildə Alban dövləti süquta uğrayıb və ölkədə hakimiyyət 
ərəb canişinlərinin nəzarəti altına keçib. Albanlar isə etnik dəyişikliyə, 
mədəni-ideoloji və etnolinqvistik assimilyasiyaya məruz qalıblar. 
İslamı  qəbul edənlər türkdilli tayfalarla qaynayıb qarışıblar. Lakin 
buna baxmayaraq, VIII-XIII əsrlərdə lokal fəaliyyət göstərən xris-
tian məbədləri ölkədə bu dini qoruyub saxlamağa çalışan əsas dini 
təşkilatlara çevrilmişdilər. Buna misal kimi Kiçik Qafqazın ucqar 
yerlərində  və Böyük Qafqazın  ətəklərində  fəaliyyət göstərən Qum 
(Qax), Xotavəng (Kəlbəcər), Gəncəsər (Ağdərə) və başqa alban 
məbəd komplekslərini göstərmək olar. Təxmini hesablamalara görə
VIII-IX əsrlərdə bu məbəd komplekslərinin sayının 30-dan çox oldu-
ğu bildirilir. Məbədlər müəyyən müddət alban xristianlığı mühitində 
mərkəzləşdirilmiş katolikosluq tərəfi ndən deyil, dindar kütləni öz 
ətrafında birləşdirən yarımmüstəqil icma kimi fəaliyyət göstərirdilər.
Cənubi Qafqazda feodalizm ictimai-iqtisadi münasibətlərinin 
bərqərar olması ilə əlaqədar indiki Azərbaycan ərazisində bir sıra 
feodal dövlətləri – knyazlıqlar və məlikliklər yaranıb. Bunlardan 
biri X-XVI əsrlərdə mövcud olmuş  və  əsasən indiki Dağlıq Qa-
rabağ ərazisini əhatə edən Xaçın məlikliyi idi. Burada İslam dinli 
digər feodal dövlətlərindən fərqli olaraq, alban xristian dini hakim 
olub. Tədqiqatçılar hesab edirlər ki, qədim Albaniyanın bir hissəsi 
olan kiçik Xaçın məlikliyi Xaçınçay və Tərtər çaylarının vadisində 
yerləşib. Məlikliyə  rəhbərlik kökü Sasani hökmdarlarına bağla-
nan qədim alban nəslinin əlində idi. Bunların ən görkəmlisi Həsən 
Cəlal olub (onu həm də  Cəlaldövlə adlandırırdılar). XIII əsrdən 
(1216-cı ildən) 1836-cı ilə kimi Alban apostol kilsəsinin patriarx-
ları məhz Həsən Cəlalın nəslindən olublar.
Tarixi dövr ərzində albanlara erməni-qriqoryan və gürcü-pra-
voslav kilsələri də güclü təsir göstərib. Məsələn, X əsr ərəfəsində 
alban xristianlarının monofi zit məzhəbinə etiqad edən kilsələrində 


70
Gündüz İsmayılov
qədim erməni dilində (qrapar), diofi zit  məzhəbli kilsələrdə isə 
gürcü dilində ibadət etməyə başlayıblar. Bu da həmin kilsələrin 
müəyyən təzyiqləri nəticəsində albanların assimilyasiyaya uğra-
malarına təsir göstərib. Amansız xarici və daxili təzyiqlərə baxma-
yaraq, bu ağır şəraitdə alban xristian kilsəsi yerlərdə özünəməxsus 
xüsusiyyətlərini və nisbi müstəqilliyini saxlaya bilib. Xristian 
alban  əhalisi isə dinini, dilini, mədəniyyətini,  ən  əsası isə alban 
əsilliyini  qorumağı bacarıb. Albanların öz təqvimi və analoqu ol-
mayan öz xaç formaları mövcud idi.
XIII  əsrdən isə Alban xristian kilsəsinin yeni dini mərkəzi 
Gəncəsər monastırı olub. Bu monastırı Həsən Cəlal təsis edib. O, 
uzun müddət alban xristian kilsəsinin yeparxiya mərkəzi, Albani-
ya katolikoslarının iqamətgahı olub. Onlardan bəziləri ömürlərinin 
sonunadək burada yaşayıb, burada da dəfn ediliblər.
Monqolların işğalları alban kilsəsinin mərkəzi sayılan Xaçın 
məlikliyinin həm siyasi, həm də dini həyatına güclü təsir göstərib. 
Bu dövrdə məliklik gah Cənubdan, gah da Orta Asiyadan gəlmiş 
monqolların və müsəlman dövlətlərinin asılılığında olduğun-
dan, Alban kilsəsinin vəziyyəti daha da ağırlaşıb. Qonşu xristian 
kilsələri bundan istifadə edib albanlara öz dini təzyiqlərini daha 
da gücləndiriblər. Dini mərkəzi və katolikosu Gəncəsər monastı-
rında yerləşən Alban xristian kilsəsi öz təsir dairəsini və qüvvəsini 
xeyli itirdiyindən 1634-cü ildən etibarən nisbi konfessional 
müstəqilliyini saxlamaq şərti ilə Eçmiədzin yeparxiyasının üstün-
lüyünü qəbul etməyə məcbur olub.
Cənubi Qafqazın Rusiya imperiyası tərəfi ndən işğalından sonra 
isə Alban kilsəsinin öz konfessional müstəqilliyini saxlamaq imkanı 
daha da azalıb. Hətta, çar hökuməti erməni katolikosluğuna bir sıra 
güzəştlərə gedərək, onun avtokefal Alban kilsəsini və patriarxlığını 
ləğv edib erməni kilsəsinə tabe olunması tələbini yerinə yetirib.
Nəhayət, 1836-cı ildə “Rusiya müqəddəs Sinodu”nun xüsu-
si fərmanı və imperator I Nikolayın reskripti (imperatora təqdim 
edilmiş məsələyə onun verdiyi qanun qüvvəsində olan cavabı) ilə 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə