Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

57
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
lardan ən qə dimi odur ki, Dağ yəhudiləri e.ə. 721-ci ildə Assuriya 
çarı II Sarqon tərə fi ndən əsir götürülmüş və di gər tayfalarla qay-
nayıb-qarışaraq assimilyasiyaya məruz qalmış on yəhudi qolunun 
nəs lin dən dirlər. 
VI əsrdə də yəhudilərin Sasanilər tərəfi ndən Qafqaz ərazisinə 
sürgün edilməsi haqqında ilk məlumatlar xəzərlərin Azərbaycan 
ərazilərinə, yəni Qafqaz Albaniyasına basqınlarından bəhs edən 
mənbələrdə nəzərə çarpır.
Lakin Dağ yəhudiləri ilə türk Xəzər xaqanlığının əsas əhalisi 
olan xəzərlər arasında etnik bağların olub-olmaması  məsələsi 
tədqiqatçılar arasında mübahisə və müzakirə predmeti olaraq qalır. 
VI  əsrdə qurulan və X əsrin ikinci yarısında (965-ci il) dağılan 
bu xaqanlıq  Şərqi Göytürk dövləti dağıldıqdan sonra yaranmış, 
Qara dənizin Şimal sahillərində, Kiyevə qədərki bugünki Ukray-
na torpaqlarında, Xəzər dənizinin  Şimal və  Şimal-Qərbini  əhatə 
edən geniş ərazilərdə hökm sürmüş türk dövləti idi. Paytaxtı əvvəl 
Səməndər, sonra İdil şəhərləri olub.
Quba rayonu, Qırmızı qəsəbədə tarixi sinaqoq.


58
Gündüz İsmayılov
Xəzər xaqanı Obadi 790-cı ildə Yəhudiliyi dövlətin rəsmi dini 
elan edib. Əhalinin bir qismi və hakim sülalə yəhudi dinini qəbul 
etsə də, ölkədə buna görə qiyam qalxıb, xaqan və oğlanları öldü-
rülüb. Sonra hakimiyyətə Obadinin qardaşı keçib və o, ölkəyə hü-
cum edən peçeneqləri Dneprə qədər qovmağı bacarıb. Lakin daxili 
çəkişmələr Xəzər xaqanlığını zəifl ədib. Nəhayət, 965-ci ildə Kiyev 
knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini 
tutub və  Xəzər xaqanlığı süqut edib. Xəzərlərin bir qismi Krı-
ma, bir qismi də Şimali Qafqaza köçüblər. Şimali Qafqaza köçən 
xəzərlər indiki qaraçay türklərinin ulu babaları hesab edilirlər.
Bəzi mülahizələrə görə, Dağ  yəhudilərinin formalaşmasında 
Yəhudiliyi qəbul etmiş  xəzərlərin  Şimali Qafqaza köçmələrinin 
müstəsna rolu olub.
Bundan sonrakı dövrlərdə, yəni orta əsr mənbələrində  yəhu-
dilərin Qafqaz ərazisində yaşamaları haqqında məlumatlara tez-tez 
rast gəlinir. Tədqiqatçılar, hətta yəhudilərin orta əsrlərdə Şərqi Qaf-
qazda məskunlaşdıqları arealın Dərbənd şəhərinin şimalında yerləşən 
Qaytaq vilayətindən Qafqaz Albaniyasının paytaxtı olan Partav (indi-
ki Bərdə) şəhərinədək uzanan ərazini əhatə etdiyini göstərirlər.
İrandan yəhudilərin  Şərqi Qafqaza miqrasiyasının ikinci dal-
ğası XVI əsrin sonu – XVII əsrin birinci yarısına, dəqiq desək, I 
Şah Abbasın (1587-1629) dövrünə  təsadüf edib. O, bu ərazilərdə 
öz mövqelərini möhkəmləndirmək məqsədilə İrandan bir neçə min 
ailəni buraya köçürdüb. Onların tərkibində yəhudi ailələri də olub. 
Yəhudilərin bir hissəsi Gürcüstanın  şərqində, bir hissəsi Dərbənd 
şəhərində, bir hissəsi isə onun cənubundakı kəndlərdə yerləşdirilib. 
Eyni zamanda, müasir Dağıstan ərazisində hələ VI əsrdən başlaya-
raq yaranmış qədim yəhudi icmaları öz mövcudluğunu qoruyub sax-
layıblar. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycan ərazisinə 
köçərək, yeni salınmış kəndlərdə məskunlaşmağa başlayıblar.
Əvvəllər Dağ  yəhudilərinin  əsas məşğuliyyətini kənd təsər-
rüfatı, xüsusilə  əkinçilik təşkil edib. Onların öz torpaqları olma-
dığından, qonşuluqdakı varlı müsəlmanlardan, xüsusilə xan və 


59
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
bəylərdən torpaqları icarəyə götürüblər. Əkdikləri isə əsasən buğda, 
pərinc, düyü və s. olub. Onların təsərrüfatında bağçılıq və üzüm-
çülük də əhəmiyyətli yer tutub. Rusiyada boyaq otuna və tütünə 
olan tələbatın artdığını hiss etdikdə isə bu bitkilərin becərilməsinə 
maraqları xüsusilə artıb.
Onların arasında heyvandarlıq geniş yayılmasa da, sonralar 
dəri aşılamaq Dağ  yəhudilərinin  əsas məşğuliyyətlərindən birinə 
çevrilib. Xalça ticarəti ilə  məşhurlaşan Dağ  yəhudilərinin sorağı 
isə bütün Avropa ölkələrinə, o cümlədən İspaniyaya gedib çıxıb.
Azərbaycanda Dağ yəhudilərinin sıx məskunlaşdığı ərazilərdən 
biri də  Oğuz rayonudur. Gilan əyalətindən olan yəhudilər XVII 
əsrdən burada məskunlaşıb və qonşu yəhudi kəndlərinin əhalisi ilə 
qaynayıb-qarışıblar. Onların əsas məşğuliyyəti kiçik ticarət, tütün-
çülük və ipəkçilik olub. 
XIX əsrin ikinci yarısında Abşeronda neft sənayesinin inkişafı 
nəticəsində Bakı  şəhəri Rusiya imperiyasının cənubunda  ən bö-
yük sənaye mərkəzinə çevrilib. Bu dövrdə Azərbaycanın müxtəlif 
bölgələrindən Dağ yəhudiləri Bakı şəhərinə axın edərək onun milli-
etnik koloritini zənginləşdiriblər. Hələ XVIII əsrin sonlarında Dağ 
yəhudiləri Bakı  şəhərinin  şimal  ətraf  ərazilərində  məskunlaşaraq 
yəhudi məhəlləsi yaradıblar. Vaxtilə “Çadrovaya” və “Bondarna-
ya” (indiki Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələri) adlanan 
küçələr həmin məhəllənin əsasını təşkil edib.
Gürcü yəhudiləri:  Dağ  yəhudilərindən sonra Azərbaycan 
ərazisində məskunlaşan ən qədim yəhudi icması Gürcü yəhu dilə-
ridir. Bu icma mənsubları əski zamanlardan Gürcüstan ərazisində 
məskunlaşan yəhudi diasporunun nümayəndələridirlər. Gürcü 
yəhudiləri dedikdə, gürcü dilində danışan gürcüstanlı  yəhudilər 
nəzərdə tutulur. 
Bəzi rəvayətlərə görə, yəhudilərin Kartli və İberiya ərazilərində 
məskunlaşmaları e.ə. VII əsrin sonuna, yəni Birinci Qüds 
Məbədinin dağıdıldığı, çoxsaylı  yəhudi  əhalinin  əsir götürülərək 
Yeni Babil Xaldey çarlığına aparıldığı dövrə gedib çıxır.


60
Gündüz İsmayılov
Maraqlıdır ki, ermənilərin Cənubi Qafqaza köçürülməsindən 
azərbaycanlılarla yanaşı, Gürcü yəhudiləri də ciddi ziyan çəkiblər. 
Belə ki, ermənilər Osmanlı imperiyasının Qars və  Ərzurum 
bölgə sindən Gürcüstanda əsasən yəhudilərin kompakt yaşadı-
ğı  ərazilərə köçürülüblər. Ümumiyyətlə, XVIII əsrin sonu XIX 
əsrin I yarısında Rusiya imperiyasının Qafqazı işğal siyasətində 
ermənilərə üstünlük verməsi faktı Gürcü yəhudilərinə, xüsusən 
də Axalsıx və  ətraf kəndlərdə yaşayan yəhudilərə  təsirsiz qal-
mayıb. Rusiya imperatriçəsi II Yekaterinanın Qafqaz siyasətində 
ermənilərin yad din mənsublarının “zülmündən” azad edilməsi 
əsas yer tutub.
1828-ci ildə Rusiya ordusunun Osmanlı imperiyası daxilində 
yerləşən Axalsıxa daxil olması  və  təqribən bütün Cavaxetiyanın 
Gürcüstana birləşdirilməsi nəticəsində Osmanlı hakimiyyəti döv-
ründə burada məskunlaşmış  yəhudilərə  məxsus torpaq sahələri 
müsadirə edilib və rus qarnizonunun himayəsinə verilib. Bura kö-
çürülmüş ermənilərə məxsus torpaqlara isə toxunulmayıb. Tifl isdə 
yerləşən Gürcü yəhudilərinə aid muzeydə  də yeni hakimiyyətin 
yəhudi və müsəlmanlara fərqli, ermənilərə isə xüsusi münasibətini 
əks etdirən XIX əsrə aid sənədlər var.
Siyasi və inzibati dəyişiklik, rus administrasiyasından uzun-
müd dətli imtiyaz və maddi yardım alan ermənilərin Osmanlı im-
periyasından axınının artması, ticarətdə onlara müəyyən üstün-
lük lərin verilməsi Axalsıx, Kulaşi, Kareli və Gürcüstanın digər 
məhsuldar rayonlarında yaşayan yəhudiləri vəziyyətdən çıxış 
yolu axtarmağa məcbur edib. Bir çox yəhudi ailələri öz üzüm 
və meyvə bağlarını, sənətkar emalatxanalarını, onlara aid torpaq 
sahələrini satmalı olublar. Ermənilərin gəlişi ilə antisemitizm: 
yəni yəhudilərə qarşı irqi, milli və dini ayrı-seçkilik münasibəti 
Gür cüstanda  baş qaldıb. Yəhudilərə qarşı ittihamlar irəli sürülüb, 
onlar ticarətdə insafsızlıqda, keyfi yyətsiz məhsul istehsalında və 
digər əməllərdə təqsirləndiriliblər. Vəziyyət hətta, talan, yanğın və 
qətllər səviyyəsinə çatıb. Yaranmış ağır vəziyyətdə etibarlı məskən 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə