Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə24/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

83
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
əsərləri əsasında ilk ruhani orqan konserti keçirilib. Bakı üçün bu, 
çox əlamətdar hadisə olub, hətta ənənəyə çevrilib.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra dini icma-
lara təzyiqlər Yevangelist-lüteranlardan da yan keçməyib və icma 
1937-ci ildə ləğv edilib. Həmin ilin oktyabrında isə icmanın axı-
rıncı pastoru Paul Qamberq, şura üzvləri və icmanın aktivləri həbs 
edilərək güllələniblər.
Xristian təriqətçiliyi: Azərbaycanda xristian təriqətçiləri XIX 
əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyasının mərkəzi 
regionlarından slavyandilli əhalinin Cənubi Qafqaza köçürülməsi 
nəticəsində meydana gəlib. Təriqətçilər Rus-pravoslav kilsəsi tə rə-
fi ndən qəbul edilmədiklərindən və ümumiyyətlə, sektantlıq höku-
mətin pravoslavyönümlü din siyasətinə zidd olduğundan, on lar öz 
doğma yerlərindən sürgün edilib Qafqazda, xüsusən də Azərbaycan 
ərazilərində dayaq sayılacaq forpostların yaradılması  məqsədilə 
yer ləşdiriliblər. Çar Rusiyası digər tərəfdən yerli əhali olan azər-
baycanlıların yüksək tolerantlıq xüsusiyyətini də nəzərə alıb və bu 
amildən maksimum yararlanmağı qarşısına məqsəd qoyub.
Xristian təriqətçilərinin Azərbaycana sürgün olunmala-
rı  məsələsi rəsmi  şəkildə Rusiya imperiyasının dövlət  şurasının 
1830-cu ildə qəbul etdiyi qərara əsasən həyata keçirilib. Qərarda 
Voronej, Saratov, Tambov, Orenburq, Tavriya və Yenisey quber-
niyalarından, həmçinin Bessarabiya vilayətindən təriqətçi rusların 
və ukraynalıların köçürülməsi öz əksini tapıb. Təriqətçilər əsasən 
molokanlar, subbotniklər, raskolniklər, skopçular, baptistlər, duxo-
borlar və başqaları olublar.
Azərbaycana köçürülənlər  əsasən ölkənin  Şamaxı,  İsmayıllı, 
Gədəbəy, Göy-göl, Quba, Cəlilabad, Sabirabad, Lənkəran, Ma-
sallı rayonlarında yerləşdiriliblər. Köçkünlərin ilk saldıqları ya-
şayış yeri 1834-cü ildə Şamaxı əyalətinin (quberniyasının) Altıa-
ğac kəndi olub. Buraya Rusiya imperiyasının Samara və Tambov 
vilayətlərindən sürgün edilmiş molokanlar köçürülüb.


84
Gündüz İsmayılov
Molokanlıq Rusiyada XVIII əsrin 60-cı illərində  kəndlilər 
arasında yayılmış təriqət idi. O, sonralar kiçik sənətkar və tacirlər 
arasında da tərəfdarlar qazanıb. Pravoslavlığa, onun kilsə iyerar-
xiyasına, rahibliyə, ikonalara və digər müqəddəs əşyalara sitayiş 
etməyə qarşı olan bu təriqət mənsubları dinin və ictimai həyatın 
yeganə qaynağının Bibliya olduğunu qeyd edirdilər.
Təriqətçilər XIX əsrin 70-ci illərinə kimi Şuşa qəzasında “Rus 
qarabulağı” (sonralar Karyagin – Füzuli), Yelizavetpol (Gəncə) 
quberniyasında “Rus Borisı” yaşayış  məntəqəsini, “Slavyanka” 
kəndlərini, Bakı əyalətində isə 20-dən çox kənd salıblar.
Quba qəzasının Vladimirovka, Alekseyevka, Aleksandrov-
ka, Petropavlovka, Yermolovka, Nikolayevka və  Şirvanovka 
kəndlərində  də xristian təriqətçiləri, xüsusilə molokan və baptist 
dini birlikləri fəaliyyət göstərib.
Tədqiqatçılar hesab edirlər ki, XIX əsrdə Azərbaycan ərazisində 
27 təriqətçi kəndi və 1 yaşayış məntəqəsi olub. Lakin təriqətçilər 
təkcə  kəndlərlə kifayətlənməyib, iri quberniya şəhərlərində  də 
məskunlaşıblar.
Rus-pravoslav kilsəsinin maraqları  çərçivəsində addım atan 
yerli çar məmurlarının inzibati təzyiqlərinə baxmayaraq, təri-
qətçilər öz dini məzhəb xüsusiyyətlərini qorumağa çalışıblar.
Təzyiqlər, hətta, bolşevik inqilabından sonra ateist rejimi 
dövründə də davam edib, amma nəticədə xristian təriqətçilərinin 
yalnız azalmaları ilə müşahidə edilib. Onların tamamilə yox 
edilməsi mümkün olmayıb. 


85
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
İSLAM
Azərbaycanda tarixən müxtəlif dinlər yaranıb və yayı-
lıb. Amma onların heç biri İslam qədər uzunömürlü olmayıb və 
ümumxalq dininə çevrilməyib.  İslamdan öncə yayılmış xristian-
lıq Azərbaycanın tarixi ərazilərinin yalnız bir hissəsini, daha doğ-
rusu, Albaniya ərazilərini  əhatə edib, atəşpərəstlik isə daha çox 
Azərbaycanın cənubunda – Atropatendə yayılıb. Bu baxımdan İs-
lam Azərbaycan xalqının yaşadığı tarixi əraziləri bütünlüklə əhatə 
edən və son 14 əsrdə aparıcı mövqeyini qoruyub saxlayan ümum-
xalq dinidir. 
Ümumiyyətlə, yetmiş bir illik sovet dövrünü nəzərə almasaq, 
Azərbaycan tarixinin on üç əsrlik bölümü İslamla bağlıdır. Hətta, 
sovetlər dönəmində  də böyük çətinliklərə baxmayaraq, İslam 
möv cudluğunu davam etdirib və dini dəyərlər insanların qiymətli 
sərvəti olaraq qalıb. 
  Meydana çıx 
dığı dövrdən – 
yeddinci  əsrin 
ortalarından 
eti  barən Azər-
baycanda ya-
yılmağa başla-
yan 
İslam 
Azər baycanın 
tün  hücey-
rə lərinə  qədər 
işlə yib,  silin-
məz və  məhvi 
qeyri-mümkün olan izlər qoyub. Azər baycan  və azər baycanlılar  
Qafqazın ən qədim məscidlərindən biri:
Şamaxı Cümə məscidi


86
Gündüz İsmayılov
üçün təkcə din yox, həm də mədə niyyət demək olan İslam bizim 
mövcudluğumuzu  şərtlən dirən və  təsdiqləyən fakta çevrilib. Bu 
nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 
14 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və 
mənəviyyatını İslamsız təsəvvür etmək  mümkün  deyil.                                                           
Bəzən  İslamın Azərbaycanda  yayılması ilə bağlı müxtəlif 
fi kirlər söylənilir, hətta bu dinin xalqımıza qılınc gücü ilə - zor-
la qəbul etdirildiyini iddia edənlər də tapılır. Məqsədli və ya 
məqsədsiz şəkildə irəli sürülən bu cür iddialar ən azı Azərbaycan 
xalqına və İslama qarşı hörmətsizlikdir. Çünki azərbaycanlılar nə 
zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazan-
dıran dindir. 
Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı 
dövrdə xalqın narazılığını  əks etdirən etirazlar və qiyamlar baş 
verib, amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yö-
nəlib. Digər tərəfdən,  əgər  İslam qılınc gücünə yayılsaydı, onun 
Azər baycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə 
çevrilməzdi. 
Hamı  tərəfi ndən qəbul edilən həqiqət budur ki, İslamın türk 
xalqları arasında, o cümlədən Azərbaycanda yayılması böyük  ta-
rixi əhəmiyyətə malik hadisə olub. Dini birlik şüuru etnik  və ya 
milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni 
müsəlman sivilizasiyasının təməlində durub və türk xalqları bu 
dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiya-
ya qoşublar, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, 
zənginləşməsində mühüm rol oynayıblar. 
Əgər  İslam tarixindən, mədəniyyətindən Azərbaycanla bağlı 
məqamları çıxarsaq, bəlkə də, o, indikindən qat-qat kasıb və nata-
mam təsir bağışlayar. Çünki  on dörd əsr boyunca bu coğrafi yada 
yaşamış və yaratmış insanlar İslam mədəniyyətinin çiçəklənməsi 
üçün  əllərindən gələni  əsirgəməyib bu mədəniyyətin layiqli 
və görkəmli nümayəndələrinə çevriliblər.  İslam mədəniyyətini 
azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azər-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə