Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə23/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

80
Gündüz İsmayılov
Ölkəmizdə Lüteranlığın yaranması XIX əsrin I yarısın-
da almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə 
əla  qələndirilir.
 
Onların gəlişinin səbəblərindən biri XIX əsrin 
əvvəllərində Almaniyada baş vermiş siyasi-dini iğtişaşlar sayılır. O 
vaxt Avropada belə bir mövhumat mahiyyətli şayiə yayılmışdı ki, 
guya Qərbdə qiyamət günü yaxınlaşır, nicat isə ancaq Şərqdədir. 
Əhali, xüsusilə sektant dindarlar Rusiya imperiyası  ərazilərinə, 
o cümlədən Qafqaza köçməklə qiyamət gününün sorğu-sualın-
dan yaxa qurtarmağa çalışıblar. Əsasən Göy-göl (Elenendorf) və 
Şəmkir (Anenfeld) rayonları  ərazilərində  məskunlaşan almanlar 
burada yaşayış məntəqələri, icma və məhəllələrini (koloniyaları-
nı) yaradıb, mənsub olduqları dini, milli adət-ənənələri qoruyub 
saxlayıblar. Beləliklə, o dövrdə Yung Ştillinqin simasında xiliostik 
peyğəmbərliyin təsiri altında minlərlə lüteran Qafqazda yerləşib
“Yeni Yerusəlim” yaratmaqla İsa Məsihin ikinci zühurunu gözləyib. 
Bəzi mənbələrə görə,
 
1819-cu ilin əvvəlində Azərbaycanda 209 al-
man ailəsi yaşayıb. 
Əslində, almanların Cənubi Qafqaza köçürülmələrinin yeganə 
səbəbi Avropada qiyamət gününün yaxınlaşması ilə bağlı möhvu-
mat xarakterli rəvayətlər deyildi. Başqa bir səbəb həmin dövrdə 
indiki Almaniya torpaqlarında tüğyan edən aclıq və o zamankı 
rus çarı Aleksandrın anasının alman mənşəli olması idi. Rus çarı 
almanları Cənubi Qafqaza köçürməklə həm onları aclıqdan xilas 
etmək, həm bu regionda almanların vasitəsilə əkinçilik mədəniy-
yətinin inkişafına nail olmaq, həm də Rusiyanın maraqları naminə 
forpostlar yaratmaq istə yirdi.  Alman  və pol yaklarla yanaşı, pra-
voslavlıqdan ay rıl mış digər təri qət çi lərin də Azər bay can da  məs-
kunlaşması eyni məq sədlərə xidmət edir di. Lakin zaman gös tərdi 
ki, Çar Rusiyası protestontları və rus təri qətçiləri regiona kö çür -
məklə qarşısına qoy duğu məq səd lərə tam nail ola bilmə yib.
1821-ci ildə Elenendorfda (indiki Göygöl rayonu ərazisində) 
İs veçrədən gəlmiş mis   sionerlər tərəfi ndən si nod çağrılıb və burada 
ümumzaqafqaziya alman icmaları üçün ilk dəfə kilsə nizam naməsi 


81
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
qəbul edilib. İohann
Bakı şəhəri, Lüteron kilsəsi (Kirxa)
 
Ya kob Krauts adlı şəxs 
Elenendorf  kolo nist lə-
ri nin  ruhanisi  seçilib. 
Əvvəllər tə ri qət mən-
subları Kraut 
sun dini 
vaiz lərini dinləmək 
üçün onun evinə top-
laşıb 
lar. Krautsun evi 
eyni zamanda az yaş lı 
uşaq lar üçün orta mək-
təb olub. 
1832-ci ildə pastor 
Breytsn-Baxın rəh bər-
liyi ilə Elenendorf-
da sitayiş evi tikilib 
və 1840-cı ilə  qədər  
fəaliy yət göstərib. XIX 
əsrin ikinci yarısından 
başlayaraq Elenendorf və Anenfelddə, elə cə də Gədəbəydə bir sıra 
inzibati binalar qot üslubunda inşa olunub. Eyni zamanda, 4 aprel 
1854-cü ildə Elenendorfda qot üslubunda Müqəddəs İohann lüte-
ran kilsəsinin təməli qoyulub. Burada lüteran icmalarının Zaqaf-
qaziya köçündən bəri bir sıra tarixi məlumatlar və o dövrün rus 
dəmir pullarının kolleksiyası qorunub saxlanılıb. 1868-ci ildə isə 
Gədəbəydə “Simens və K” şirkətinin maliyyə dəstəyi ilə lüteran 
kilsəsi inşa edilib.      
Yevangelist-lüteran kilsəsi ardıcıllarının ikinci dalğası Azər-
bay cana,  əsasən də Bakı şəhərinə XIX əsrin II yarısında neft ya-
taqlarının istismarında iştirak edən alman sənayeçilərinin gəlişi ilə 
bağlıdır. 1864-cü ildə Moskvadan Exiler qardaşları, Debur, Otto 
Lend və başqaları Bakıya gəliblər. Onlar 1870-ci ildə Bakıda Ye-
vangelist-lüteran icması yaradıblar.  İcmaya pastor yox, dünyəvi 


82
Gündüz İsmayılov
şəxs sədrlik edib. İcmanın sədri və kilsə şurası prixodun iclasında 
seçilib.
XIX  əsrin 70-ci illərində Bakı quberniyasında Lüteranlığa 
mənsub üç mindən çox alman və digər millətlərin nümayəndələri 
yaşayıb. Bunu nəzərə alaraq, 1877-ci ildə şəhərin qubernatoru ge-
neral-mayor Pozen lüteranlar üçün kirxa (lüteran kilsəsi) və ibti-
dai məktəb açılması ilə əlaqədar kilsə şurası üzvlərinin və sədrinin 
seçilməsinə razılıq verib, bir il sonra isə Bakıda lüteran icması 
məbədin tikintisini həyata keçirmək üçün aktiv fəaliyyətə başlayıb. 
Bu məqsədlə Bakı Yevangelist-lüteran Şurasının üzvləri Lemkul
Meyer, Eyxler, Lens, Sinne və başqaları şəhər idarəsinə müraciət 
edərək, məbədin və məktəbin tikintisi üçün dəfələrlə ərazi ayrılma-
sını istəsələr də, məsələ öz həllini yalnız 1885-ci ilin noyabrında 
tapıb. Belə ki, Bakı şəhər Dumasının qərarı ilə icmaya  “Telefon-
naya” küçəsində (indiki 28 May küçəsi) 1400 kvadrat sajın (1 sajın 
2,134 metrə bərabərdir) ərazi ayrılıb.
O biri il isə lüteran icmasına ayrılan  ərazidə  məktəb tikilib. 
Məktəb binasından ibadət evi kimi istifadə edilməsinə baxmaya-
raq, lüteranların sayı çoxaldığından ayrıca kilsənin tikilməsinə 
ehtiyac daha da artıb. Bu məsələ 1894-cü ilin fevralında icma-
nın ümumi iclasında müzakirə olunduqdan sonra kilsə binasının  
layihəsini hazırlamaq 24 yaşlı memar Adolf Eyxlerə həvalə edilib. 
Bir aydan sonra memar tərəfi ndən hazırlanan layihə icma iclasında 
təsdiqini tapıb və 1896-cı ilin baharında Rusiya imperiyasının Da-
xili İşlər Nazirliyi onun inşasına razılıq verib.
Həmin ilin mart ayının 21-də  məbədin rəsmi təməlqoyma 
mərasimi keçirilib. Tədbirdə o vaxtkı Bakı qubernatoru Lileyev və 
məşhur Emmanuel Nobel də iştirak ediblər. Əsasən icma üzvlərinin 
ianələri, xüsusilə də Nobel Qardaşları Şirkətinin maddi köməkliyi 
ilə inşa olunan kilsəyə (kirxa) “Xilaskar” adı verilib.
1899-cu ildə  məbədə  zəng və orqan yerləşdirildikdən sonra 
mart ayında min nəfərdən çox insanın iştirakı ilə kilsənin təqdis 
olunma mərasimi keçirilib. 1900-cü ilin aprelində kirxada Baxın 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə