Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə26/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

90
Gündüz İsmayılov
deyildi. Cavanşir öz hakimiyyətini möhkəmləndirmək üçün iri fe-
odal əyanlara qarşı uzun müddət idi ki, mübarizə aparırdı. Və bu 
mübarizə 681-ci ildə ona qarşı sui-qəsdlə nəticələndi.
Xilafət Albaniyadakı daxili çəkişmələrdən məharətlə istifadə 
edərək onun vassallıq hüququnu da əlindən almışdı. Ölkəni əslində 
xəlifənin göndərdiyi canişinlər idarə edirdi.
Sonrakı dövrlərdə Azərbaycan uğrunda  Ərəb-Xəzər müha-
ribələri (707-730-cu illər) geniş vüsət aldı.
Belə bir tarixi hadisələr fonunda Azərbaycan  əhalisinin 
xilafətin ideoloji məhvəri olan yeni dinlə – İslam dininin əsasları 
ilə geniş tanışlığı baş verdi. Fəthlərin ilkin dövründə yerli əhali 
ilə ərəblər arasında münasibətlər əsasən yürüşlər prosesində bağ-
lanılmış müqavilələrlə tənzimlənsə də, mürəkkəb idi. Ərəbistanda 
və başqa fəth edilən yerlərdə olduğu kimi, Azərbaycanda da yal-
nız bütpərəstlər təqib edilirdi. Digər  əhaliyə isə  əvvəlki etiqad 
və adətlərinə  əməl etməyə icazə verilirdi. “Əhli kitab”a mənsub 
olanlar, yəni, müqəddəs dini kitabları olan yəhudilər və xristian-
lar, o cümlədən ilk vaxtlar, atəşpərəstlər əvvəlki etiqadlarında qa-
lır, əvəzində can vergisi – cizyə ödəyirdilər. Cizyə verənlər isə bir 
qayda olaraq müsəlmanların himayəsi altına keçərək, canlarının və 
mallarının təhlükəsizliyini təmin edirdilər.
Müsəlmanlar hələ Həzrət Məhəmməd peyğəmbərin dövründən 
kitab əhlini (xüsusilə yəhudi və xristianları) müşrik hesab etdikləri 
bütpərəstlərdən fərqləndirirdilər. Azərbaycanda (cənubunda) isə 
o dövrdə  əsas din atəşpərəstlik idi. Bu din şahənşah I Şapurun 
dövründən Sasani imperiyasının rəsmi dövlət dini elan edilmişdi. 
Atəşpərəstlərin baş məbədi Qazaka şəhəri yaxınlığında  yerləşirdi. 
Təbii ki, atəşpərəstlər “əhli kitab” hesab edilmirdilər. Lakin ilk 
müqavilələrin şərtlərinə görə, onlara da aman verilir və müəyyən 
güzəştlər olunurdu. Albaniyada isə xristianlıqla yanaşı, bütpərəstlik 
də mövcud idi.
Əksəriyyəti köçəri olan ərəblər fəth olunmuş yerlərdə xal-
qı yeni dinə  məcburi sövq etmirdilər. Hətta, xəlifə  Əbu Bəkr 


91
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ordu sərkərdələrinə düşməni  şikəst etməməyi, qocaları, qadınla-
rı, uşaqları öldürməməyi, yemək üçün lazım olandan artıq hey-
van kəsməməyi və ilkin mərhələdə yerli əhalinin  əməl etdikləri 
qayda-qanunlarla yaşamalarına  şərait yaratmağı tapşırmışdı. Bu 
da öz növbəsində  fəth olunan yerlərdə müsəlmanlara müəyyən 
mənada rəğbət hissi oyadırdı. Ümumiyyətlə, ərəblərin fəthinədək 
Azərbaycan  əhalisi Bizans-İran müharibələrindən, habelə,  şi-
mal tayfalarının, xüsusilə  xəzərlərin hücumlarından çox zərər 
çəkdiklərindən İslam dini zəminində onlara səadət və əmin-amanlıq 
vəd edən ərəblərə - müsəlmanlara inam və ümid bəsləyirdilər. Çün-
ki onlar vergi və töycüləri aldıqdan sonra yerli əhalinin dini etiqad-
larına, adət-ənənələrinə toxunmur, əmin-amanlığı qoruyurdular. 
İlk dövrdə alınan vergilər isə Sasanilər vaxtının vergilərindən xeyli 
az idi. Bunun özü də rəğbət hissi oyadırdı.
İslamın verdiyi maddi və  mənəvi üstünlüklər, müsəlman ic-
masının atəşpərəst Sasani cəmiyyətində olduğu kimi zümrələrə 
bölünməməsi yeni dinin yerli əhali tərəfi ndən qəbul edilməsinə 
təsir göstərib. Deyilənə görə, bu işdə İslamı hələ Həzrət Peyğəmbər 
dövründə qəbul etmiş, əvvəllər atəşpərəst olmuş iranlıların çağırış-
ları da rol oynayıb. Bəzi ərəb tarixçiləri xəlifə Ömərin dövründə 
işğal olunmuş Sasani vilayətlərinin dehqanlarının İslamı könüllü 
şəkildə qəbul etdiklərini bildiriblər. Yeni dini qəbul edənlərin can 
vergisindən azad edilmələri də yerli əhalinin  İslamı  qəbul etmə 
prosesini sürətləndirən amillərdən olub.
Ərəblərin bütpərəstlərə qarşı (bütpərəst albanlar, bütpərəst 
türklər də daxil olmaqla) tutduqları barışmaz mövqe isə bəzən zor 
tətbiq edilməsi ilə nəticələnirdi ki, bu daha çox İslamın bütpə rəst-
liyə olan münasibətindən qaynaqlanırdı. Məhz bu məqamdan çıxış 
edərək bəzi müəllifl ər İslamın zor gücü ilə yayıldığını irəli sürürlər. 
Lakin bu fi kirlə tam razılaşmaq olmur. Çünki tarixi mənbələrdə 
yeni dinin qəbul edilməsi prosesinin sürətli olmadığı  və  tədrici 
xarakter daşıdığı bildirilir, yəni, bu prosesin VII əsrin ortaların-
dan başlayıb X əsrin ikinci yarısınadək davam etdiyi göstərilir. 


92
Gündüz İsmayılov
Belə olan təqdirdə İslamın məcburi şəkildə qəbul etdirilməsindən 
söhbət gedə bilməz.
Ümumiyyətlə, ərəblər çox yerdə silah gücünə siyasi üstünlük 
qazansalar da, İslamı, yəni dini sülh yolu ilə yaymağın tərəfdarı 
idilər. Ona görə də, ilk vaxtlar ərəblərin aktiv din təbliğatı həyata 
keçirmələrinə baxmayaraq, əhali  əvvəlki etiqadlarda qalıb, din-
lə rindən tez və birdəfəlik üz döndərməyiblər. X əsrin ortalarına 
kimi  Şimali və  Cənubi Azərbaycanın xristian əhalisi ilə yana-
şı, ölkənin aran və dağ yerlərinin atəşpərəst və bütpərəst  əhalisi 
də islamaqədərki etiqadlarında qalıblar. Hətta,  XII əsrin 30-
40-cı illərində Azərbaycanın bir sıra  şəhər və  kəndlərini gəzmiş 
əndəlüslü  Əbu Həmid  əl-Qərnati Dərbənd yaxınlığındakı dağ 
kənd lərində  “İslamı  qəbul etməmiş, hətta, cizyə  də verməyən”, 
dəfn mərasimlərinə görə atəşpərəst olduqları görünən adamlara 
rast gəlib.
İslam dininin yayıldığı erkən dövrdə onu ilk növbədə ərəblərin 
simasında özlərinə arxa tapmaq istəyən yerli əyanlar qəbul edirdilər. 
İslamı qəbul etməklə onlar öz mülklərini və torpaqlarını da qoru-
muş olurdular. Əhalinin varlı təbəqəsinin yaranmış yeni sosial-iq-
tisadi və siyasi şəraitə daha tez alışıb İslamı qəbul etmələri onun 
yayılmasına güclü təkan verib. Buna görə də şəhərlilər kəndlilərə 
nisbətən yeni dinə daha həvəsli idilər. Lakin kəndlilərin də  İsla-
mı  qəbul etmələrinə üstünlüklər tanınırdı. Hətta xəlifə Ömərin 
fərmanına görə, İslamı qəbul etmiş kəndlilərə xəzinədən mükafat-
lar da verilirdi.
İslam dininin Azərbaycanın  Şimal hissəsində  mənimsənil mə-
sinin birinci mərhələsində onu yayan əsas qüvvə  ərəblər özləri 
idi. O dönəmdə müsəlman ruhaniləri rolunu qoşunla gəlmiş din 
mübəlliğləri (təbliğatçıları) oynayırdılar. Onlar İslamın teoloji eh-
kamları ilə yanaşı, dinin əməli ayinlərini – kəlmeyi-şəhadət, na-
maz, oruc, zəkat və həcc ziyarətini yerli əhali arasında yayırdılar. 
Əslində, İslamın nəzəri-teoloji prinsiplərini ərəb qoşunlarına daxil 
olan  əsgərlərin heç də hamısı yüksək səviyyədə bilmirdi. Çün-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə