Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə29/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

100
Gündüz İsmayılov
Azərbaycan türkləri, o cümlədən Azərbaycan ruhaniliyi heç 
vaxt dünyəviliyə qarşı  çıxmayıb. Bu, bizi müsəlman, hətta, di-
gər türk xalqlarından fərqləndirən cəhətdir. Dünyəviliyə bu cür 
münasibətin nəticəsi idi ki, Şərqdə ilk demokratik cümhuriyyəti 
məhz Azərbaycan xalqı qurmuşdur. Həmçinin, Şərqdə ilk peşəkar 
teatrın, qəzetin, operanın və baletin əsası Azərbaycanda qoyulmuş-
dur.  Ən önəmlisi odur ki, Azərbaycanda həm maarifçi hərəkatın 
yaradıcılarının, həm də xalq cümhuriyyətinin qurucularının və ide-
oloqlarının böyük əksəriyyəti ruhani ailəsindən və dini təhsil oca-
ğından, mədrəsədən çıxıb. Qafqaz şeyxülislamının nəvəsi Əlibəy 
Hüseynzadə, Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucusu və 
ideoloqu, Bakı ruhanisinin oğlu Məhəmməd Əmin Rəsulzadə bu 
fi krin bariz təsdiqidirlər. Əgər Azərbaycan ruhaniliyi dünyəviliyə 
qarşı çıxsaydı, onların övladları Şərqdə ilk cümhuriyyəti quracaq 
qədər dünyəvilik tərəfdarı ola bilməzdilər. 
Tarixdə qadın-kişi bərabərliyinə, kişi ilə yanaşı qadının da 
təhsil almasına Azərbaycan türkləri qədər əhəmiyyət verən ikinci 
bir toplum tapmaq çətindir. Əski türklərdə qadın kişinin kölgəsində 
deyil, onunla bərabər statusdadır, at sürür, döyüşür, müxtəlif işlərdə 
çalışır, hətta, bəzi məqamlarda ailədə ana kimi mövqeyi kişidən 
daha güclüdür. 
İstər Qərbdə, istər müsəlman Şərqində qadının təhsil alması-
na qarşı çıxan əsas qüvvə ruhani sinfi  olub. Amma Azərbaycanda 
tarixən qadının təhsil almasına çalışanlar da məhz ruhanilərdir. 
Böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev Bakı-
da qızlar məktəbi açanda onun ən böyük dəstəkçisi və müdafi əçisi 
Bakı ruhanisi Mirzə Əbu Turab Axundzadə idi. 
Dünyəviliyə, müasirliyə, qadının təhsilinə və gender məsə lə-
sinə bu qədər əhəmiyyət verən xalq tolerant olmaya bilməz. Çün-
ki tolerantlığı şərtləndirən amillərin önündə elm, təhsil və mə də-
niyyət dayanır. Bəşəriyyətdə  ən təbii və ilkin müxtəlifl ik qadın-
kişi fərqliliyidir. Qadın-kişi ayrı-seçkiliyi olan cəmiyyətin tolerant 
olması qeyri-mümkündür. Bunu ekspertlər də  təsdiqləyirlər ki, 


101
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
gender bərabərliyi təmin olunmadan etnik, dini bərabərliyi təmin 
etmək müşkül məsələdir. 
Coğrafi   amil: Azərbaycan coğrafi   baxımdan təkcə qitələrin 
– Avropa ilə Asiyanın deyil, həm də mədəniyyətlərin sərhədində 
yerləşir. Ölkəmiz İslam dünyasının və mədəniyyətinin Şimal qur-
taracağı, Avropanın – Qərb mədəniyyətinin isə başlanğıcıdır. Baş-
qa sözlə, Azərbaycan Avropadan baxdıqda  Şərqin,  Şərqdən bax-
dıqda isə Avropanın başı və ya başlanğıc nöqtəsidir. Belə bir coğ-
rafi  mövqedə, mədəniyyətlərin qovşağında yerləşməsi ölkəmizdə 
tarixən formalaşmış tolerantlıq mədəniyyətini  şərtləndirən  əsas 
amillərdən biridir. 
Tarixi və sosioloji tədqiqatlarla sübut edilib ki, İslam dünya-
sının mərkəzində yerləşən və yalnız müsəlman toplumlarla sərhəd 
olan xalqlarla müqayisədə müsəlman aləminin ucqarlarında başqa 
mədəniyyətə malik toplumlarla qonşu olan xalqlar daha tolerantdır-
lar. Eyni zamanda, bu da təsdiqlənib ki, “sərhəddə” yaşayan xalq-
lar milli və dini baxımdan daha təəssübkeş olsalar da, bu, onların 
tolerantlığına ciddi maneçilik törətmir, sadəcə, özünü, fərqliliyini 
qorumaq instinktini gücləndirir. Bu, təkcə İslam dünyasına deyil, 
digər mədəniyyətlərə də aiddir. Məsələn, tolerantlığa münasibətdə 
Avropanın mərkəzi ilə ucqarları bir qədər fərqlənir. 
Azərbaycanın tarixi ərazilərində  və qonşu ölkələrdə  fərqli 
dinlərin,  əsasən də xristianlığın və  yəhudiliyin mənsubları yaşa-
dığı üçün əhali arasında başqa inanca malik insanlarla birgə yaşa-
yış qaydaları və ənənələri formalaşmışdır. Zaman keçdikcə həmin 
qayda və  ənənələr birgə yaşayış  mədəniyyətinə çevrilərək onun 
bazisini təşkil etmişdir.
Azərbaycanın yerləşdiyi Qafqaz regionu etnik baxımdan dün-
yanın ən zəngin bölgəsidir. Bu regionda etnik qrupların sərhəddi 
bəzən kəndlərlə müəyyən edilir. Bir-birinə 4-5 km məsafədə 
yerləşən kəndlərdə ayrı-ayrı etnik qruplar yaşayır və fərqli dillərdə 
danışırlar. Məsələn, 160 min nəfərlik əhalisi olan Quba rayonunda 
kompakt halda 10-a yaxın etnik qrup (tatlar, ceklər, yəhudilər, qı-


102
Gündüz İsmayılov
rızlar, xınalıqlılar və s) yaşayır. Bu cür müqayisəni yalnız Şimali 
Qafqazla bağlı aparmaq mümkündür. Məsələn, qonşu Dağıstanda 
rəsmi qaydada 40-dan çox yerli dildən istifadə olunur. Başqa sözlə, 
regiondakı, o cümlədən Azərbaycandakı etnik müxtəlifl ik (əslində 
zənginlik) tolerant mühitin formalaşmasında  əhəmiyyətli rol oy-
nayıb. Çünki müxtəlifl iyin mövcudluğu üçün tolerantlığın olması 
şərtdir. 
Prezident İlham Əliyev, Şeyxülislam Allahşükür Paşazadə və 
Şimali Qafqazdan olan din xadimləri
Neçə yüz ildir ki, Azərbaycan  Şimali Qafqazla Yaxın  Şərq 
arasında körpü funksiyasını yerinə yetirir. Bu funksiya yal-
nız coğrafi , iqtisadi deyil, həm də  mədəni və  mənəvi mahiyyət 
daşıyır.  İslam dini cənubdan  şimala doğru yayıldığına görə 
Azərbaycan tarixən  Şimali Qafqaz üçün dini-mənəvi mərkəz 
rolunu oynayıb. Müxtəlif tarixi dövrlərdə bu dini mərkəzin rolu 
mənəvi rəhbərliyə  qədər yüksəlib.  Şimali Qafqazda istər müri-
dizm hərəkatının, istərsə də sufi zmin formalaşmasında və yayıl-
masında Azərbaycanın və Azərbaycan ruhaniliyinin müstəsna 


103
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
xidmətləri inkar edilməzdir. Ümumiyyətlə, yalnız  Şimali Qaf-
qazda deyil, bütün Qafqazda dini mühitin formalaşması  və 
tənzimlənməsi birbaşa Azərbaycanla bağlı olub. Ölkəmizdə dini 
mühitdə baş verən proseslər mütləq bütün Qafqazda əks-səda 
yaradıb.  Əslində, Qafqazda yaşayan bütün müsəlman xalqlar 
Azərbaycanın mənəvi idarəçiliyini və azərbaycanlıların ağsaq-
qallığını qəbul ediblər. Çünki Azərbaycan və azərbaycanlılar on-
ların həmişə ümid və pənah yerləri olublar. 
Azərbaycan xalqı yüz illər boyu davam edən bu funksiyanı 
bu gün də uğurla yerinə yetirir. Ayrı-ayrı dövlətlərin vətəndaşları 
olmalarına və müxtəlif idarəçilik formalarına baxmayaraq, Şima-
li Qafqaz xalqları ilə Azərbaycan xalqı dini məsələlərdə yenə də 
həmrəydir. Bu gün Şimali Qafqazdakı bütün dini mərkəzlər və 
ruhanilər Qafqaz Müsəlmanları İdarəsinə tabe olmasalar da, Şey-
xülislam Allahşükür Paşazadənin ağsaqqallığını qəbul edirlər. On-
lar Qafqaz Müsəlmanları İdarəsinə mənəvi mərkəz, A.Paşazadəyə 
isə bütün Qafqazın  şeyxi kimi yanaşırlar. Bu tarixi missiyanın 
indi də davam etdirilməsi, dini-mənəvi nöqteyi-nəzərdən bütün 
Qafqazın vahid orqanizm olması deməkdir. Azərbaycan coğrafi  
mövqeyinə görə həm də tarixən Şimali Qafqazla Osmanlı İmpe-
riyası və İran arasında körpü olub. Şimali Qafqaz xalqları İslam 
dünyasındakı müqəddəs yerləri ziyarət etmək, eyni zamanda, bö-
yük İslam dövlətləri ilə ticarət əlaqələri qurmaq üçün Azərbaycan 
ərazisindən istifadə ediblər. Bir sözlə, ölkəmizin coğrafi  mövqeyi 
istər dinlərarası, istər məzhəblərarası, istərsə də xalqlararası tole-
rantlığa münbit şərait yaradıb.
İqtisadi-siyasi amil: sosial-iqtisadi zəmin olmadan hansısa 
mədəni və mə nəvi intibahın baş verməsi qeyri-müm kündür. Bütün 
sa hə  lərdə, o cümlə dən mə dəni və mə nəvi aləm də dirçə lişin əsa sını 
iqtisadi amillər təşkil edir. Bu baxımdan Azər bay can da  tarixən for-
malaşmış tolerantlıq mədəniyyətinin iqtisadi əsasları olmuş, sosi-
al-iqtisadi amillərlə şərtlənmişdir. Sosial-iqtisadi əsasları olmadan 
tolerantlığın indiki yüksək səviyyəyə çatması mümkünsüz idi. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə