130
Gündüz İsmayılov
Bu baxımdan Azərbaycandakı tolerantlığın və dinlərarası dialo-
qun səbəbini həm də bunda axtarmaq lazımdır. Azərbaycanda dini
konfessiyalar arasında tarixən formalaşmış qarşılıqlı hörmət hissi
zaman keçdikcə bir-birinə dəstək münasibətləri ilə əvəz olunub.
Bəlkə də, bir çoxlarına, hətta, beynəlxalq ekspertlərə də qəribə
gələ bilər. Onlar fi kirləşərlər ki, fərqli dinlərin mənsubları bir-birini
necə dəstəkləyə bilər? Axı onlar ən yaxşı halda rəqibdir?! Lakin
qəribə olsa da, bu həqiqətdir. Azərbaycandakı dini konfessiyalar
dar gündə bir-birilərinə qarşı çıxmamış, birləşməyi, həmrəy olma-
ğı bacarmış, hətta, xoş günlərdə belə, bir-birini dəstəkləmişlər.
Prezident İlham Əliyev dini konfessiyaların rəhbərləri ilə.
Bunun bariz nümunəsi hansısa dini konfessiya ibadət evi inşa
edən zaman digər konfessiyaların ona dəstək verməsi və yardım
göstərməsidir. Bununla bağlı tarixdən və günümüzdən onlar-
la nümunə gətirmək olar. Məsələn, 2003-cü ildə Bakıda Avropa
(aşkinazi) yəhudiləri üçün sinaqoq inşa edilən zaman ölkədəki
digər dini konfessiyalar yalnız ənənəvi dəstək verməmiş, həm də
ibadət evinin tikintisinə maddi kömək göstərmişlər. Həmin dövrdə
Azərbaycandakı Dağ yəhudiləri dini icması, pravoslav kilsəsi və
131
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Qafqaz Müsəlmanları İdarəsi bir araya gələrək vəsait toplamış və
sinaqoqun inşası prosesində yaxından iştirak etmişlər.
Təbii ki, bu hadisə təkcə Avropa yəhudilərinin sinaqoqu in-
şa edilən zaman baş verməmişdir. Sonrakı dövrdə, Bakıda ka-
tolik kilsəsi tikilən zaman dini konfessiyalar eyni münasibəti
təkrarlamışlar. Qafqaz Müsəlmanları İdarəsi, Dağ və Avropa
yəhudiləri, eləcə də pravoslav kilsəsi ayrı-ayrılıqda katolik kil sə-
sinin inşasına maddi yardım göstərmişlər.
Şübhəsiz ki, bu məsələdə dini konfessiyaların nə qədər maddi
yardım etməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ ölkədə
fəaliyyət göstərən dini konfessiyalar arasındakı qarşılıqlı hörməti
bir az da qabağa aparıb, bunu bir-birinə dəstək səviyyəsinə qal-
dırmaqdır. Təəssüf ki, XXI əsrdə yaşamağımıza, insan hüquq və
azadlıqlarının təmin olunması məqsədilə onlarla beynəlxalq qurum
yaradılmasına baxmayaraq, müasir dövrümüzdə bu cür nümunələr
çox azdır. Hazırda nəinki fərqli dinlərin mənsubları, hətta, eyni
dinin müxtəlif məzhəblərinin nümayəndələri az qala bir-birlərinə
düşmən gözü ilə baxırlar. Halbuki, fərqli düşünsələr də, hər kəs
eyni məqsədə - Yaradana və insanlığa xidmət göstərdiyini iddia
edir. Amma əsas olan yalnız necə düşünmək deyil, həm də necə
yaşamaq və ətrafındakı fərqli insanlarla necə davranmaqdır. Bu-
nun üçün, bəlkə də, qalaq-qalaq kitablar yazmaq, yüzlərlə konf-
rans keçirməkdənsə, bir nümunə ortaya qoymaq daha yaxşıdır. Bu
baxımdan çağdaş dünyamız üçün gerçək bir örnək – Azərbaycan
nümunəsi var.
Kiş məbədi: tariximizin müəyyən dövrü Xristianlıqla bağ lıdır.
Yarandığı dövrdən eti ba rən Azərbaycanda özünə tə rəf darlar tap-
mış Xristianlıq İslam dini bu ərazilərdə yayıldıqdan sonra da bəzi
bölgələrdə nüfuzunu qoruyub saxlamışdır.
Bu gün ölkəmizdə Xristian dininə aid yüzlərlə tarixi abidə
var. Həmin abidələr təkcə Azərbaycan deyil, bütün xristian dün-
yası üçün böyük tarixi əhəmiyyətə malikdir. Onlardan biri, daha
doğrusu, birincisi Şəki rayonunun Kiş kəndindəki Kiş, başqa adı
132
Gündüz İsmayılov
ilə Yelisey məbədidir. Eramızın birinci əsrində Müqəddəs Yelisey
tərəfi ndən inşa olunduğu güman edilən Kiş məbədi yüz illiklər
ərzində Alban kilsəsi kimi fəaliyyət göstərib.
Şəki, Kiş məbədi.
Əslində, Kiş məbə-di əsrlər boyu Alban kilsəsinin dini maarif
mərkəzi olub. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xris-
tian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada Xristianlı-
ğın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır.
Görkəmli alban tarixçisi Musa Kalankatuklunun verdiyi məlumatdan
aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apos-
tollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır.
Qədim mənbələrdə də ilk kilsənin Kiş kəndində (Gis) tikil məsi
haqqında məlumatlar var. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd
iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn
“Kiş” adlanır.
133
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov
Xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Azərbaycana -
Albaniyaya göndərib. Çola vilayətində missionerlik etdikdən sonra
ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada
kilsə tikdirib. Bu, yalnız Azərbaycan Albaniyası ərazisində deyil,
ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir.
Kiş məbədinin memarlıq xüsusiyyətləri Azərbaycan Albani-
yası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən
aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun il-
kin tikinti tarixini təyin etməyə imkan yaradıb. Abidə dövrümüzə
yeniləşmiş görkəmdə gəlib çatıb. Məbədin divarları həm içəridən,
həm də çöl hissədən qismən suvaqlanıb. Qapı və pəncərələrə
əsasən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldı-
ğını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı
detallarını saxlayır.
Kiş məbədi qədim bünövrə üzərində tikilib. III-V əsrlərdə
onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilsə də, VI-VII
əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib.
2000-ci ilin fevral ayında Kiş layihəsi üzrə işə başlanılıb.
Layihə abidənin memarlıq, arxeoloji tədqiqi, bərpa və uyğunlaş-
dırılmasını, eləcə də gələcəkdə muzey kimi fəaliyyət göstərməsini
nəzərdə tutub.
Layihə dörd mərhələdə həyata keçirilib. Birinci mərhələ
(2000-ci il iyun-2001-ci il) abidənin memarlıq - arxeoloji cəhətdən
öyrənilməsinə həsr olunub. Məbədin içərisində və həyətində bir
sıra maraqlı tapıntılar, o cümlədən, abidənin əsrlər boyu mədəni
mərkəz olduğunu göstərən çoxlu qəbirlər, keramika qalıqları, qızıl
və tunc bəzək əşyaları üzə çıxarılıb. Məbədin qərb hissəsinin alt
tərəfi ndən tapılmış qəbir sərdabəni ən maraqlı qazıntı hesab etmək
olar. Qazıntılar və abidənin bünövrələrinin arxeoloji tədqiqi mü-
asir kilsənin divarlarının tikilmə tarixini (V əsr) müəyyən etməyə
imkan verib, həmçinin, onların daha qədim, altında bizim era-
nın birinci əsrinə aid olan məbədin divar və bünövrələrinin qalıqla-
Dostları ilə paylaş: |