134
Gündüz İsmayılov
rı yerləşən çoxtəbəqəli bünövrənin üstündə tikilməsi haqqında gü-
manı təsdiq edib.
Layihənin ikinci mərhələsinə 2001-ci ilin iyun ayında başlanı-
lıb. Azərbaycan Mədəniyyət Nazirliyinin Şəki Bərpa İdarəsi bərpa
layihəsini həyata keçirib. Bu bərpa işi 2 il, 2002-ci ilin sonuna qədər
davam edib. Məbədin simasını pozan XIX əsrə aid əlavələr ləğv
olunub. Bundan əlavə, binanın bütün parametri üzrə bünövrələr
möhkəmləndirilib, şimal divarında və digər üç divarda bəzi
sahələrdə üzlük daşları alınıb və yenidən möhkəmləndirilib.
İcrasına 2003-cü ildə başlanılan layihənin dördüncü mərhələsi
isə abidənin muzeyləşdirilməsinə həsr olunub.
Təbii ki, tarixilik baxımından Kiş məbədinin xüsusi əhə-
miyyəti var. Lakin məbədin bizim üçün ən önəmli cəhət lə rindən
biri onun Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinə
əyani nümunə göstərilməsidir. Belə ki, İslam Azərbaycanda ya-
yıldıqdan sonra bu bölgədə sürətli müsəl man laşma prosesi gedib,
Şəkidə və onun ətrafında, demək olar ki, kompakt halda xristian
əhali yaşamayıb. Hətta, böyük Azərbaycan maarifçisi Rəşid bəy
Əfəndiyevin məlumatına görə, XIX əsrdə Kiş kəndində bir nəfər
də xristian olmayıb. Amma Azərbaycan xalqı bu məbədi tarixinin
və keçmiş dini inancının bir hissəsi kimi qoruyub saxlayıb. Bu ba-
xımdan keçmiş inancına Azərbaycan xalqı qədər ehtiramla yana-
şan çox az xalq tapmaq olar.
III FƏSİL
TOLERANTLIQ –
AZƏRBAYCANIN DÖVLƏT
SİYASƏTİ
136
Gündüz İsmayılov
KEÇMİŞİNİ BİLMƏYƏN GƏLƏCƏYİNİ QURA
BİLMƏZ
Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların
nümayəndələri yaşamış, bir çox xalqların dinləri möv-
cud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dö-
zümlülüyü ilə fərqlənmişdir
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri
Keçmişini öyrənmədən sağlam gələcək qurmağın mümkün
olma dığını tarix çoxdan sübut edib. Minilliklərin sınağından çıx-
mış bu sadə və adi qaydanı müdriklər elə sadə ifadə ilə də tari-
xin yaddaşına həkk ediblər: keçmiş gələcəyin bünövrəsi, gələcək
isə keçmişin davamıdır. Bəlkə, elə buna görədir ki, keçmiş insana
həmişə cazibədar və əlçatmaz görünür. Amma bəzən istisnalar da
olur. İnsan keçmişinə baxanda köks ötürür, hətta, xəcalət çəkdiyi
məqamlar da ola bilər.
Xalqlar, toplumlar da insanlar kimidir: keçmişi, bu günü və
gələcəyi var. Lakin keçmişinə sahib çıxmayan xalqlar gələcəyin
qurbanına çevrilir. Bəzən də, xalqlar bəzi insanlar kimi keçmişə
baxmağa cəsarət etmirlər. Çünki arxaya boylandıqda qaranlıq və
ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə ümid
və inamla baxdığı kimi, keçmişinə də alnıaçıq və şərəfl ə baxır.
Xalqımızın tarixində çətin və əzablı dövrlər çox olub, lakin heç bir
zaman ümidsizliyə qapılmayıb, qaranlıq günlər yaşamayıb.
Bəzən xalqlar iki qrupa ayrılırlar: tarix yaradan və tarix ya-
zan xalqlar. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb,
amma nədənsə yaratdıqlarını tarixə köçürməyə diqqət yetirməyib.
137
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bəlkə, elə buna görədir ki, tariximizi bəzən başqalarının yazdıqları
əsasında öyrənmək məcburiyyətində qalırıq. Başqalarının yazdığı
tarix isə bir çox hallarda ya saxta, ya da təhrif olunmuş faktlara
əsaslanır.
Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımlara məruz qalıb,
tarixi ərazilərini itirib, milyonlarla soydaşımız didərgin həyatı ya-
şamalı olub. Çünki xalqımız tarixdən ya gec və az nəticə çıxarıb,
ya da ümumiyyətlə, nəticə çıxarmayıb, zaman keçdikcə unutqan-
laşıb, bəlkə də, məqsədli şəkildə unutqanlaşdırılıb. Bu baxımdan
bizim üçün tarix yazmaq, tarix yaratmaq qədər zəruri və labüddür.
Başqalarından fərqli olaraq, Azərbaycan xalqının sağlam gələ-
cək qurmaq üçün saxta tarix yazmağa, dumanlı keçmiş uydurmağa
ehtiyacı yoxdur. Sadəcə, keçmişə boylanmağımıza, məqsədli şə-
kil də saxtalaşdırılmış tariximizi yenidən vərəqləməyimizə, nəticə
çıxarmağımıza ehtiyac var. Bu, bizə təkcə tariximizi doğru-dürüst
bilmək və gələcəyimizi sağlam təməllər üzərində qurmaq yox,
həm də saxta tarix uydurub, onun arxasında gizlənənlərin maskası-
nı yırtmaq üçün lazımdır. Çağdaş ifadə ilə desək, Azərbaycan xal-
qının tarixini reklam etməsinə gərək yoxdur, amma haqlı olduğunu
sübut etmək üçün həqiqəti təbliğ etməyə ehtiyacı böyükdür. Bəlkə
də, bu, gələ cəyimiz üçün labüd və zəruridir. Çünki zərurət ehti-
yacdan doğur, ödənilmədikdə ciddi fəsadların yaranması qaçılmaz
hala çevrilir.
Dünyada iki mindən artıq xalq yaşayır. Amma onlardan yal-
nız iki yüzünün dövləti mövcuddur. Azərbaycan xalqının müstəqil
dövlət qurmuş iki yüz xalqdan biri olması qürurverici faktdır.
Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycan xalqının coğrafi
sərhədləri bugünkü Azərbaycan dövlətinin sərhədlərindən çox-
çox böyükdür və bu xüsusiyyətinə görə, bəlkə də, azərbaycanlılar
heç bir xalqla müqayisə oluna bilməzlər. Çünki bu gün dünyada
60 milyona yaxın azərbaycanlı yaşasa da, onlardan cəmi 10 mil-
yona yaxını Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli,
tariximizin yaranma coğrafi yası Azərbaycan Respublikasının
138
Gündüz İsmayılov
ərazisindən dəfələrlə böyük, bu tarixi yaradanların sayı isə onun
vətəndaşlarının sayından qat-qat çoxdur.
Azərbaycan Şərqlə Qərbin, Cənubla Şimalın qovşağın-
da yerləşdiyi üçün müxtəlifl ikdən doğan zənginlik təkcə onun
mədə niy yətində deyil, eyni zamanda təbiətində də açıq şəkildə
özünü büruzə verir. Ölkəmizin ərazisinə nəzər yetirdikdə, Azər-
bay can təbiətinin iqlim, relyef, hətta fauna və fl ora baxımından
rəngarəngliyini görməmək mümkün deyil. Şübhəsiz, bu rənga-
rəng lik Azərbaycanın tarixi-coğrafi ərazilərinin timsalında daha
qabarıq nəzərə çarpır. Təsəvvür edin ki, tarixən Azərbaycana
məxsus olmuş ərazilərdə əksər iqlim tiplərinə - subtropik və mü-
layim qurşaqlara, səhra və yarımsəhra, eləcə də yüksək dağlıq və
meşə relyefi nə rast gəlmək mümkündür. Bu cür əlverişli təbii-
coğrafi şəraitə, zəngin fauna və fl ora aləminə və mülayim iqlimə
malik olan Azərbaycanın Yer kürəsində ibtidai insanın formalaşdı-
ğı bölgələrdən biri olması təsadüfi deyil.
Mədəniyyəti xalqlar, toplumlar yaradır, amma onu qorumaq
hər xalqa nəsib olmur. Yəqin çoxları razılaşar ki, yalnız güclü və
qüdrətli dövlət qurmuş xalqlar yaratdıqları yüksək mədəniyyəti qo-
ruya bilərlər. Çünki qorunmayacağı təqdirdə ən yüksək mədəniy-
yətin belə məhvi labüddür. Əslində, hər bir xalqın qurduğu dövlət
həm də onun mədəni səviyyəsinin göstəricisidir. Bu baxımdan
dövlət böyük mənada mədəniyyətin tərkib hissəsidir. Bu, həm
də böyük dövləti yüksək mədəniyyətə malik xalqların qurması
deməkdir.
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət
halında birləşməsinin tarixi eramızdan əvvəl üçüncü minilliyə ge-
dib çıxır. Həmin dövrdə formalaşmış və Azərbaycan ərazilərinin
böyük bir hissəsini əhatə edən Aratta dövləti yaranma tarixinə və
idarəçilik formasına görə Mesopotomiyanın ən qədim dövləti sa-
yılan Şumerlə müqayisə edilə bilər. Deməli, Aratta kimi bir dövləti
mədəni səviyyəsi ən azı şumerlilər qədər olan bir toplum qura
bilərdi.
Dostları ilə paylaş: |