Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə41/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

145
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
mənəvi dəyərlərini qorumaq bu böyük şəxsiyyətin təkcə prinsipinə yox, 
hətta deyərdim ki, həyat tərzinə çevrilmişdi. 
Ümummilli Lider Heydər Əliyev Ümrə ziyarətində.
O, Sovetlər dönəmində uzun illər rəhbər vəzifələrdə çalışdığı 
üçün cəmiyyətdəki mənəvi boşluqları çox gözəl bilirdi. Əslində, 
Onun müstəqillik dövründə  Azərbaycana rəhbərlik etməsi həmin 
boşluqları doldurmaq üçün gözəl fürsət oldu. Bu böyük dövlət 
adamı  qısa bir zamanda Azərbaycançılığın hakim ideologiya 
kimi qəbul edildiyi şah əsərini – milli dövlətimizi formalaşdırdı. 
Əsasını qoyduğu milli siyasətin, milli ideologiyanın tərkib hissəsi 
kimi xalqın milli-mənəvi dəyərlərinə böyük diqqət yetirən Ulu 
Öndər dini milli ideologiyamızın tərkib hissəsi, dövlətimizin və 
xalqımızın  ən böyük istinadgahı  və dayağı hesab edirdi. Bu ba-
xımdan O,  dövlətimizin və xalqımızın gələcək taleyinin müəyyən 
mənada milli-mənəvi dəyərlərə qayıdışdan asılı olduğunu, bu 
prosesin incəliyini nəzərə alırdı. “Azərbaycan dövləti müstəqillik 
əldə etdikdən sonra xalqımızın mənəvi dəyərləri canlanıb bərpa 


146
Gündüz İsmayılov
edilibdir” - deyən Ümummilli Lider bu sahədə qarşıya qoyulan 
məqsədləri də müəyyənləşdirmiş, həmin məqsədlərdən birini belə 
açıqlamışdır: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə 
söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin in-
kişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə  zəngin-
ləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk”. 
Bu böyük şəxsiyyət 1994-cü il avqust ayının 26-da Məhəmməd 
Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində çıxışı 
zamanı bununla əlaqədar başqa bir məqama da toxunmuşdur: “İs-
lam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu 
dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda  müsəlmanlarla yanaşı 
başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın 
bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsu-
biyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni 
hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil 
edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzdur”. 
Son dövrlər bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaş-
dırı lır, dünyəvi anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi 
istiqamətində əsassız fi kirlər səsləndirilir. Bu da bəzən İslam dün-
yasında ciddi fi kir  ayrılıqlarına, ideoloji ziddiyyətlərə yol açır. 
Heydər Əliyev bu iki anlayışın sərhədlərini dəqiqliklə müəyyən-
ləşdirən, onların uzlaşmasından və uyuşmasından ibarət ideologi-
ya ortaya qoyan böyük şəxsiyyətdir. “Bizim dövlətimiz dünyəvi 
dövlətdir. Ancaq biz dindən ayrı deyilik” fi krini dövlət quruculuğu 
prosesinin  əsas prinsiplərindən birinə çevirən Ümummilli Lider 
bu fi kri həm beynəlxalq konfranslarda, həm də ölkə ictimaiyyəti 
qarşısında çıxışlarında dəfələrlə vurğulamışdır: “Bizim Konstitu-
siyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur. Din dövlətdən 
ayrıdır. Təbiidir ki, bütün dünyəvi ölkələrdə bu belədir. Bu, heç 
kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir 
mövqe tutmağımızı göstərmir”. 
Heydər  Əliyev milli-mənəvi dəyərlərə, xalqımızın min illər 
boyu formalaşan adət-ənənələrinə bağlı olduğu qədər də müasirlik, 


147
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
yenilik tərəfdarı idi. O deyirdi ki, müasirlik və dini-mənəvi dəyərlər 
bir-biri ilə uzlaşdırılmalıdır. Dini-mənəvi dəyərlərimizdən müasir 
həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə 
etməliyik. Yəni dini dəyərlərə qayıdış adı altında keçmişə qayıt-
mamalı, əksinə, bu mənəvi mənbələrdən faydalanaraq daha da irəli 
gedib parlaq gələcəyimizi qurmalıyıq. O, tarixçi kimi İslam dininin 
mənəvi dəyərlərinin cəmiyyəti və insanları həmişə inkişafa apardı-
ğını çox gözəl bilirdi. Ona görə də, milli-hüquqi dövlət quruculu-
ğunda və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində İslam dini-
nin mənəvi dəyərlərindən maksimum istifadə olunmasına çalışırdı. 
Ulu Öndərimiz dinə düzgün yanaşılmayacağı  təqdirdə onun 
cəmiyyət və dövlətimiz üçün ciddi problemlər yarada biləcəyini 
də nəzərə alırdı. Ona görə də, dini maarifl əndirmə istiqamətində 
lazımi tədbirlər görülməsini, gənc nəslin düzgün tərbiyə olunma-
sını vacib sayır, bu sahədə atılan addımlara lazımi dəstək verir-
di: “Gənclərimizin  İslam dinini mənimsəməsində hesab edirəm 
ki, lazımi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmama-
sı  nəticəsində  bəzi mənfi  hallar meydana çıxır, ayrı-ayrı qruplar 
gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da 
bizim gənclərin tərbiyəsinə zərər vurur...”
Din insanların  şüuruna və  cəmiyyətə  təsir göstərmək üçün 
güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə  bəşəriyyət üçün 
əhəmiyyətini qara qüvvələr də yaxşı başa düşür və  bəzən bun-
dan məharətlə istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə 
çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə  əlində 
radikal ekstremist, xurafat, antimilli formaya salınır. Bu baxım-
dan milli dövlətimizin ideologiyasının tərkib hissəsi olan dindən 
dövlətçiliyimizə qarşı istifadə edilməsi də mümkündür. Təəssüf ki, 
son illər bu cür hallar müxtəlif vaxtlarda müşahidə olunmuş, ancaq 
onun qarşısı vaxtında alınmışdır. 
Heydər Əliyevin böyüklüyü onda idi, o, yeni yaranmış, milli 
dövlətçilik ənənələri təzə-təzə formalaşmış gənc bir dövlətə qarşı 
qara qüvvələrin bu cür vasitələrdən istifadə etməsinin mümkün-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə