172
Gündüz İsmayılov
Azərbaycan Respublikası hökumətinin vətəndaşların eti-
qad azadlığının təmin etmək sahəsində həyata keçirdiyi siyasət
öz müsbət bəhrələrini verməkdədir. Hazırda respublikada dini
durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir,
din sahəsində beynəlxalq konfranslar və görüşlər keçirilir, dini
əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol ve-
rilmir.
Qanunvericilik bazası: Azərbaycan Respublikasında dövlət-
din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan
azadlığı ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən,
eləcə də mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırla-
narkən ölkə ərazisində yaşayan və fəaliyyət göstərən çoxmillətli və
çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Əsas məqsəd uzun dövrlər ərzində
azərbaycanlılarla birgə harmoniya və qardaşlıq şəraitində yaşa-
yan xalqların ən böyük nailiyyəti olan dini və milli dözümlülük
ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq
olmuşdur.
173
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respub-
likasının Konstitusiyasına indiyədək iki dəfə (24.08.2002 və
18.03.2009-cu illərdə) ümumxalq səsverməsi (referendum)
vasitəsilə əlavələr və dəyişikliklər edilmişdir. Təkcə son referen-
dumda dini etiqad azadlığının normativ əsası olan üç maddəyə
mühüm əlavələr olunmuşdur. Məsələn, 18-ci maddə dövlət-din
münasibətlərinin əsasını və hüquqi vəziyyətini müəyyən edən
mühüm normadır. Bu normada dinin dövlətdən ayrı olması, bü-
tün dini etiqadların qanun qarşısında bərabərliyi göstərilmişdir. Bu
müddəa ilə dövlət dinlərə qarşı Konstitusiya səviyyəsində özünün
ali niyyətini bəyan edir. İkinci hissədə insan ləyaqətini alçaldan
və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və
təbliğinin qadağan olması göstərilir.
Yeni dəyişikliklərdən biri dinlərlə yanaşı, belə fəaliyyətə
xidmət edən dini cərəyanların qadağan olunmasıdır. Bu yenilik yeni
yaranmış qeyri-ənənəvi cərəyanların ölkədəki dini duruma zərərli
təsirinin qarşısını almağa və müxtəlif dinə mənsub olan insanların
bərabər səviyyədə hüquqlarının təmin edilməsinə yönəlmiş addım
hesab edilir.
Bundan başqa, “Bərabərlik hüququ” adlanan 25-ci maddəyə
iki yeni – IV və V bəndlər əlavə edilmişdir. Həmin maddənin
3-cü hissəsinə görə “dövlət, irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaq-
larına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olma-
yaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat
verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, mil-
li, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq qadağandır”. Bu bənddə nəzərdə tutulmuş
müddəalar real həyatda öz əksini tapmışdır və bilavasitə milli və
dini azadlıqların hüquqlarının müdafi əsinə yönəlmişdir. Buna bax-
mayaraq, Konstitusiya səviyyəsində belə təminatın gücləndirilməsi
məqsədilə aşağıdakı yeni bəndlər qəbul edilmişdir:
174
Gündüz İsmayılov
“IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara
görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz,
yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna
bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət or-
qanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə
münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”.
Göründüyü kimi, bu bəndlər ümumən insanlar, o cümlədən
müxtəlif etnik və dini qruplar arasında hüquq bərabərliyinin təmin
edilməsinə xidmət edir, eləcə də bu hüquqların mühafi zəsində
dövlət hakimiyyəti nümayəndələrinə imperativ göstərişlər verir.
Dini etiqad azadlığının əsas prinsiplərini özündə əks edirən
48-ci, “Vicdan azadlığı” maddəsinə ciddi dəyişikliklər edilmişdir.
Həmin maddənin mətni aşağıdakı kimidir:
“I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək,
yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı poz-
mursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazan-
dırmır.” Əlavə edilmiş bəndə görə isə “Heç kəs öz dini etiqadını
və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur
edilə bilməz”.
Əsas Qanunun dinə aid maddələrinə olunmuş əlavələr dövlətin
vətəndaşların və dini azlıqların mənafeyinin qorunmasında maraq-
lı olduğunu göstərir.
Qanunvericiliyə din sahəsindəki insan hüquqları baxımından
edilmiş dəyişikliklər bununla məhdudlaşmır. Bu sahəyə aid əsas
tənzimləyici qanunlardan biri olan “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanununa Konstitusiya yeniliklərinə
175
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
uyğun xeyli əlavələr və dəyişikliklər edilmişdir. Məsələn, adıçəkilən
Qanunun preambula hissəsində və “Dini etiqad azadlığı” adlanan
1-ci maddəsində Əsas Qanunda olan əlavələr və dəyişikliklər
qanunvericiliyə uyğun olaraq bu Qanuna da daxil edilmişdir.
1-ci maddənin 2-ci hissəsinə əsasən, “şəxsin dini etiqadını ifadə
etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə
və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz
dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur
edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə
və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə, irqi, milli, dini,
sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol ve-
rilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağan-
dır”. Həmin müddəalar nəzərə alınarkən Azərbaycan Respublika-
sının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsipləri hüquqi
təminatlar sisteminə daxil edilmişdir.
Bundan başqa, hüquqi məsuliyyətin növlərini özündə əks
etdirən Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və
Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişikliklər olunmuş-
dur.
Ümumiyyətlə, dövlət-din münasibətlərini tənzimləyən norma-
tiv hüquqi aktların demək olar ki, tam əksəriyyətinə insan hüquq və
azadlıqlarının mühafi zəsi və qarşılıqlı vəzifələrin gücləndirilməsi
istiqamətində mühüm əlavələr və düzəlişlər edilmişdir. Bura
Azərbaycan Respublikası Prezidentinin müvafi q fərman və
sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Dövlət Komitəsi
haqqında Əsasnaməni və digər normativ hüquqi aktları aid etmək
olar.
Bunlarla yanaşı, Azərbaycanda qanunvericiliyin yaradılma-
sında və təkmilləşdirilməsində belə bir tendensiya mövcuddur
ki, qanunların qəbulunda dini məsələlərin tənzimlənməsinə xü-
susi yer ayrılır. Misal kimi, “Qaçqınların və məcburi köçkünlərin
Dostları ilə paylaş: |