Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə52/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

184
Gündüz İsmayılov
Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Heydər Məscidinin açılışında.


185
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
rın istifadəsinə verilib. Yenidən qurulmuş bu müqəddəs ocaqları 
görəndə hər bir azərbaycanlının qəlbi iftixar hissi ilə dolur. Onlar 
öz unikal milli memarlıq xüsusiyyətləri və tarixiliyi ilə ölkəmizin 
çağdaş  mədəni simasına misilsiz gözəllik və  zənginlik gətirir, 
vətənimizin İslam dünyasında yerini möhkəmləndirir və nüfuzunu 
daha da artırır. 
Yeri gəlmişkən qeyd edək ki, böyük tarixə malik dini mə-
bəd lərimizin bərpası  və xalqımızın istifadəsinə verilməsi sa hə-
sində ardıcıl tədbirlər hazırda davam etdirilir. Ölkə Prezidentinin 
sərəncamına  əsasən,  Gəncədə  İmamzadə ziyarətgah kom plek-
sində aparılan bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir. 
Bu proses həm də onunla fərqlənir ki, Azrbaycan hökuməti 
tarixi-dini abidələrin bərpası dedikdə yalnız  İslama deyil, digər 
səmavi dinlərə  məxsus abidələri də  nəzərdə tutur. Son on ildə 
yəhudi və xristianlara məxsus onlarla tarixi-dini abidə  bərpa və 
ya inşa edilib. Onların arasında Prezident İlham Əliyevin tapşırığı 
ilə inşa olunmuş Bakı  və Azərbaycan Yeparxiyasının  Pravoslav 
Dini Mədəniyyət Mərkəzini xüsusi qeyd etmək lazımdır. 2013-
cü il noyabrın 15-də dövlət başçısının iştirakı ilə Mərkəzin açılış 
mərasimi keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları  İdarəsinin 
sədri, Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Ye-
parxiyasının arxiyepiskopu Aleksandr İşein, Vereyski arxiyepisko-
pu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva 
Pravoslav Ruhani Akademiyasının ve Seminariyasının rektoru 
Yevqeni, Berlin ve Alman arxiyepiskopu Feofan, Moskva Patri-
arxlığının Sinodal bölməsinin kilsə  və  cəmiyyətin münasibətləri 
üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı dağ Yəhudiləri dini icma-
sının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icma-
sının sədri Gennadi Zelmanoviç, Qırmızı  qəsəbə Dağ  yəhudiləri 
dini icmasının sədri Boris Simanduyev, Alban-udin dini icmasının 
sədri Robert Mobili, Bakıdakı katolik kilsəsinin ordinarisi Vladi-
mir Fekete, Azərbaycanın rus icmasının sədri, Milli Məclisin de-
putatı Mixail Zabelin, Rusiyanın və Belarusun Azərbaycandakı 


186
Gündüz İsmayılov
səfi rləri Vladimir Doroxin ve Nikolay Pastkeviç və digər şəxslər 
iştirak ediblər.
Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qol-
larının və  cərəyanlarının mənsublarına da sərbəst  şəkildə ibadət 
etmək,  əqidələrini yaymaq imkanı yaradılıb. Heç kimə sirr de-
yil ki, Azərbaycanda katolik xristianların sayı azdır, onlar əsasən 
müxtəlif vaxtlarda ölkəmizə pənah gətirmiş insanlardır. Bununla 
belə, Azərbaycan hökuməti ilə Vatikan arasında Bakıda  Katolik 
kilsəsinin inşa olunması barədə razılıq əldə edilib. 2006-cı ildə ti-
kintisi başa çatdırılmış kilsənin 2008-ci il mart ayının 7-də rəsmi 
açılış mərasimi keçirilib və mərasimdə Azərbaycan Respublikası-
nın Prezidenti Ilham Əliyev və Vatikanın Dövlət katibi Tarçizio 
Bertone də iştirak ediblər. 
Qeyd edək ki, səfər çərçivəsində çoxsaylı görüşlər keçirən Tar-
çizio Bertone Azərbaycandakı tolerantlığı yüksək qiymətləndirib, 
onun nümunə kimi digər ölkələrə ixrac edilməsinin zəruriliyini 
bildirib və Vatikanın bu istiqamətdə ciddi səylə çalışacağına söz 
verib. Katolik kiləsinin inşası ilə yanaşı, 2011-ci ilin mayında 
Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac (Vatikan) arasın-
da “Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statu-
su haqqında” Saziş imzalanıb. Azərbaycan Vatikanın bu tipli saziş 
imzaladığı ilk ölkədir.  
Dövlət başçısının sərəncamı ilə Bakıdakı tarixi Lüteran Kilsəsi 
də təmir olunub və 30 dekabr 2010-cu ildə açılış mərasimi keçiri-
lib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyası-
nın kamera və orqan musiqisi zalı kimi fəaliyyət göstərən kilsədə 
Lüteran dini icmasının dini ibadət və mərasimlər keçirməsinə lazı-
mi şərait yaradılıb. 
Ötən dövr ərzində Azərbaycanda fəaliyyət göstərən gürcü pra-
voslav kiləsələri, o cümlədən Qax rayonu, Qaxingiloy kəndindəki 
“Müqəddəs Giorgi”,  Əlibəyli kəndindəki  “Müqəddəs Nino” 
məbədləri təmir ounub. 2011-ci il iyunun 11-də “Müqəddəs Nino” 
kilsəsinin təmirdən sonra açılış  mərasimi keçirilib. Bunlardan 


187
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
əlavə, tarixi Alban kilsəsinin məbədlərində təmir işləri aparılıb, bu 
kilsənin varisi olan Alban-Udi dini icması formalaşdırılıb, Qəbələ 
rayonunun Nic qəsəbəsindəki  Çotari məbədi yenidən qurularaq 
2006-cı ildə istifadəyə verilib. 
Xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqlar da bərpa 
olunub, yeniləri inşa edilib. Onlardan biri də Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə Bakı 
şəhərinin mərkəzində inşa edilmiş Dağ yəhudiləri sinaqoqudur. 
5 aprel 2011-ci ildə bu ibadət ocağının açılış mərasimi keçirilib. 
Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda 
deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun 
açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən 
dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də 
İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak ediblər.  
Bakı ilə yanaşı, yəhudilərin kompakt halda yaşadıqları Quba 
və Oğuz rayonlarındakı sinaqoqlar da təmir olunub. Quba rayonu, 
Qırmızı  qəsəbəsindəki sonuncu ibadət evi – Giləki sinaqoqunun 
əsaslı təmirdən sonra 3 oktyabr 2010-cu ildə açılış mərasimi keçi-
rilib. Hazırda həmin qəsəbədə 3 sinaqoq fəaliyyət göstərir. 
Onu da qeyd edək ki, 4 oktyabr 2010-cu ildə yəhudilərə aid daha 
bir müəssisənin - Bakı şəhərində yəhudi məktəbinin Azərbaycan 
Respublikası Prezidentinin iştirakı ilə açılışı olub. Hazırda həmin 
orta məktəb fəaliyyətini davam etdirir. 
Vicdan azadlığının təmin olunması, dini ekstremizmə  və 
radikalizmə qarşı mübarizə, dini qurumların fəaliyyətinin dəs-
tək  lənməsi: qloballaşan dünyada baş verən mürəkkəb siya si ka-
taklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini eks-
tremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik, 
eləcə də tolerantlıq və dinlərarası dialoq üçün ciddi maneə olaraq 
qalmaqdadır. Bu baxımdan dinin insan mə nə viyyatında, əxlaqında 
və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya 
yönləndirilməsi, bilavasitə  cəmiyyət həyatında vicdan azadlığının 
meyarlarının düzgün müəyyən ləşdirilməsindən asılıdır.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə