Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə53/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

188
Gündüz İsmayılov
Cəmiyyətdə vicdan azadlığı prinsiplərinin, eləcə  də dinlər 
və  mədəniyyətlərarası dialoqun, davamlı dözümlülük mühitinin 
təmin edilməsi, etnik-mədəni müxtəlifl iyin qorunub saxlanılması 
çoxkonfessiyalı  və polietnik cəmiyyətlərdə ictimai-siyasi sabit-
liyi və milli-mənəvi həmrəyliyi  şərtləndirən vacib amillərdəndir. 
Bu amilləri nəzərə almadan hüquqi, dünyəvi və unitar dövlət qu-
ruculuğu prosesində  uğurlu nəticəyə nail olmaq, ümumiyyətlə, 
cəmiyyətin kompleks inkişafını təmin etmək mümkün deyildir.
Dolayısı ilə müasir cəmiyyətdə vicdan azadlığının təmin olun-
maması toplum içində müxtəlif konfessiya mənsubları arasında 
hörmət və dözümlülüyün yaranmasına nəinki əngəl törədər, hətta, 
ölkə vətəndaşlarının bir-birinə qarşı aqressiv münasibətlərinin mey-
dana gəlməsinə səbəb olar ki, bu da nəticədə ölkədəki ictimai-siyasi 
sabitliyin pozulmasına gətirib çıxarar. Məlum məsələdir ki, ictimai-
siyasi sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz.
Ona görə də, istər lokal, istərsə beynəlxalq anlamda cəmiyyət 
üçün sağlam münasibətlərin kredosu olan vicdan azadlığı hüququ 
dinc yanaşı yaşamağın şərəf kodeksinə çevrilməli, tarixi ənənələrə 
islahatçılıq və yaradıcılıq düşüncəsi ilə çağdaş yanaşmalar möv-
qe yindən müdaxilə edərək, bu istiqamətdə qanunlar sistemi elə 
təkmilləşdirilməlidir ki, dünyəvi dövlət quruculuğunda dinin 
yeri milli-mənəvi dəyərlərin hüdudunda qavranılmaqla toplumun 
mənəvi inkişafına rəvac versin.
Sevindirici haldır ki, Azərbaycan bu sahədə uğurlu addım atan 
və nümunəviliyi ilə seçilən ölkələrdəndir. Dövlət müstəqilliyimizin 
bərpasından sonra vicdan azadlığını önə  çəkib dini plüralizmə 
qədəm qoyan xalqımız çoxkonfessiyalı məmləkətimizdə mövcud 
müxtəlif dini icmaların da hüququnu qorumaq, onları vətənimizin 
bərabərhüquqlu vətəndaşına çevirmək missiyasını  uğurla həyata 
keçirmək istiqamətində əhəmiyyətli işlər görmüşdür.
Ümumiyyətlə, vicdan azadlığının təminatı dövlətimizin müa-
sir din siyasətinin prioritet istiqamətidir. Onun hüquqi tərifi ni bu 
şəkildə ifadə etmək olar: “Müasir din siyasəti cəmiyyətdə dinin 


189
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
müxtəlif formalarda mövcudluğunu nəzərə almaqla, konfessiya-
larla münasibətdə  və vicdan azadlığının qorunmasında dünyəvi 
dövlətin həyata keçirdiyi fəaliyyət sistemidir.”
Məhz bu yanaşma Sovet imperiyasının süqutundan sonra 
vətən daşlarımızın vicdan azadlığı hüququnun tənzimlənilməsinə 
zəmin yaratdı. Bu sahədə baş vermiş dəyişikliklər, geniş əhali ara-
sında dinin mənəvi-etik dəyərlərinə uyğunlaşma üzərində əvvəllər 
qo yulmuş qadağaların götürülməsi, ixtisaslaşdırılmış  tədris mü-
əs sisələrinin açılması, yeni ibadət ocaqlarının tikilməsi və köh-
nələrinin bərpa edilməsi, müqəddəs yerlərə ziyarətlərin təşkili və 
ən başlıcası, dinin birləşdirici elementlərinin formalaşmaqda olan 
müasir milli ideologiyaya nüfuzu prosesində təzahürü daha aydın 
göründü.
Hazırkı mərhələdə də dövlətimizin din siyasətinin əsas məq-
sədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada 
inkişafı üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili 
sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Buna görə  də, 
vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınan fundamental 
hüquqlarının, xüsusilə  də vicdan azadlığının qorunması yüksək 
səviyyədə təmin edilir.
Ümumiyyətlə, vicdan azadlığından çıxış edərək dövlətin mil-
li maraqlarının, vətəndaşların təhlükəsizliyinin, həmçinin cəmiy-
yətdə sabit durum yaradaraq inkişafa köklənmiş dini etiqadla bağlı 
ümumi məqsədlərin modelini belə müəyyənləşdirmək olar:
– dinə münasibətindən asılı olmayaraq, hər kəsin dini etiqad 
azadlığının, hüquq və insan haqlarının təmin edilməsi;
– qanunvericiliyə uyğun olaraq, dini qurumların sərbəst 
fəaliyyətinin hüquqi bazasının yaradılması;
– dini 
qurumların bir-biri ilə dinc münasibətini, müxtəlif dini 
etiqadlı insanlar arasında qarşılıqlı anlaşma və tolerantlığın forma-
laşdırılması;
cəmiyyətin birliyinə və sabitliyinə dəstək verilməsi, onun 
dini-mədəni potensialının qorunması və möhkəmləndirilməsi;


190
Gündüz İsmayılov
– müasir sivilizasiyalararası münasibətlər sistemində kon-
fessiyalararası münasibətlərin harmoniyasına  kömək edən dini-
mədəni əlaqələrin qorunması və möhkəmləndirilməsi.
Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda dövlət-
din münasibətləri sahəsində önəmli, bir qədər də mürəkkəb 
məsələlərdən biri dövlətin dindən ayrı olması prinsipi 
çərçivəsində dünyəvi və dini dəyərlərin uzlaşdırılmasında uğur-
lu həll variantının tapılmasıdır.  Əslində, dindarlığın ictimai şü-
urda varlığı “din dövlətdən ayrıdır” prinsipinə zidd deyil, çün-
ki dindarlıq da cəmiyyətin mədəniyyət dəyərləri kompleksinə 
aiddir. Ona görə  də, dövlətimiz cəmiyyətin demokratik əsaslar 
üzərində inkişafda dünyəviliklə yanaşı, diniliyin də  iştirakına 
maraqlıdır. Ümumiyyətlə, dindarlıqla dünyəviliyin harmonik 
vəhdəti Azərbaycan xalqının milli dövlətçiliyinin fərqləndirici 
xüsusiyyətlərindəndir. Başqa sözlə, dünyəvilik və dindarlıq 
Azərbaycan mühitində paralel yaşayır və hər iki sahə sosial-siyasi 
həyatda bütün əlamətləri ilə nəzərə çarpır.  
Dini birliklər, eləcə də dindar fərdlərlə dövlət arasında normal 
münasibətlərin olması, habelə, hər bir dindarın dövləti özününkü 
hesab etməsi, ona güvənməsi, daha da çiçəklənməsi üçün əlindən 
gələni əsirgəməməsi, hər hansı təhlükə baş verərsə, istər ideoloji, 
istərsə də digər sahələrdə var gücü ilə çalışaraq vətənin müdafi əsinə 
qalxması dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından 
xəbər verir. Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin 
belə yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu 
pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Dindən siya-
si məqsədlərlə istifadə olunması günümüz üçün yeni hadisə deyil. 
Dünyanın bir çox ölkələrində, xüsusilə müsəlman dövlətlərində 
din amilindən istifadə edilərək, vətəndaş müharibələrinədək aparıb 
çıxaran proseslər, bütün bəşəriyyətin əzab çəkdiyi terror hadisələri, 
siyasi həyatda qeyri-sabitlik, dövlət çevrilişləri, iqtisadiyyatın 
tənəzzülə uğraması, digər din mənsubları bir yana, eyni dinə etiqad 
edən insanlar arasında qarşılıqlı nifrətin, dözümsüzlüyün mövcud-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə