Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə55/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

194
Gündüz İsmayılov
Bundan  əlavə, Azərbaycanda mövcud olan dini mərkəz və 
idarələr xarici ölkələrdəki müvafi q mərkəzlərlə işgüzar əlaqə sax-
layır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Eyni za-
manda, Azərbaycan hökuməti bütün dini qurumların fəaliyyətini 
maddi və  mənəvi cəhətdən dəstəkləyir. 2011-ci ildən başlayaraq 
Prezident  İlham  Əliyevin təşəbbüsü və göstərişi ilə qeyri-islam 
təmayüllü dini qurumlar arasında bölüşdürülməsi üçün 400 min 
manat vəsait ayrılır. Bu vəsait Dövlət Komitəsində yenidən dövlət 
qeydiyyatına alınmış qeyri-islam təmayüllü dini qurumların və on-
larının təəssübkeşlərinin sayı nəzərə alınmaqla bölüşdürülür. 
Azərbaycanda fəaliyyət göstərən yəhudi, xristian və digər 
konfessiyalara mənsub müxtəlif dini qurumların rəhbərləri onla-
ra dövlət büdcəsindən maddi yardım göstərilməsini təqdir etməklə 
yanaşı, bunu həm də ölkəmizdə dövlət-din münasibətlərinin tən-
zimlənməsi sahəsində mütərəqqi ənənə kimi qiymətləndirmişlər.
Eyni zamanda, qeyri-islam təmayüllü dini qurumlar Azərbay can 
dövlətinin bu qərarını təkcə ölkəmiz deyil, həm də bütün region üçün 
nümunəvi ənənə və digər dünyəvi dövlətlərə örnək kimi dəyərləndirmiş, 
eləcə də ölkə Prezidentinə minnətdarlıq müraciəti qəbul etmiş və həmin 
sənəd kütləvi informasiya vasitələrində yayılmışdır.
Azərbaycan hökuməti 2011-ci ildən etibarən hər il İslam dini 
icmaları üçün Qafqaz Müsəlmanları  İdarəsinə  də  vəsait ayırır. 
Nazirlər Kabinetinin qərarına əsasən, hər il dövlət büdcəsinin eh-
tiyat fondundan Qafqaz Müsəlmanları  İdarəsinə 2,5 milyon ma-
nat köçürülür.  Bundan əlavə, ölkə Prezidentinin 17 iyul 2015-ci 
il tarixli sərəncamı ilə Azərbaycanda dini tarix və  mədəniyyət 
abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Res-
publikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezi-
dentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon 
manat ayrılıb.
Bütün bunlar həm Azərbaycan hökumətinin din siyasətinin 
mahiyyətini və miqyasını göstərir, həm də dini qurumların fəaliy-
yətinin hərtərəfl i dəstəklənməsi faktını təsdiqləyir.


195
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
BEYNƏLXALQ ALƏMƏ YÖNƏLİK FƏALİYYƏT
Azərbaycanın ötən  əsrin doxsanıncı illəri ilə müqayisədə son 
on ildə  həm sosial-iqtisadi, həm geosiyasi, həm də regional və 
beynəlxalq proseslərə  təsir imkanları baxımından güclənməsi to-
lerantlıq, multikulturalizm, dinlər və  mədəniyyətlərarası dialoq 
sahəsində  hədəfl ərini dəyişdirməsi ilə  nəticələnib.  Əslində, bunu 
hədəfl ərin dəyişməsi yox, qarşıya qoyulmuş məqsədin daha böyük 
məqsədlərlə əvəz edilməsi kimi qiymətləndirmək olar. Belə ki, ötən 
əsrin doxsanıncı illərində Azərbaycan müstəqilliyini yeni bərpa et-
mişdi: əsas hədəf müstəqilliyi qoruyub saxlamaq, vicdan azadlığını 
təmin etmək, xalqımızın tarixən formalaşmış tolerantlıq ənənələrinin 
məhvinə imkan verməmək, ölkədə fəaliyyət göstərən dini konfessi-
yalar arasında dialoq və əməkdaşlıq mühiti yaratmaq və bunu təşviq 
etmək idi. Başqa sözlə, dövlətin tolerantlıqla bağlı  hədəfl əri daha 
çox ölkə daxilinə yönəlik məqsədlər idi. Bu gün isə həmin hədəfl ərin 
miqyası və əhatə dairəsi təbii olaraq xeyli genişlənib. Azərbaycan 
“tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılma-
sını özünün hədəfi  kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi 
haqqı olması, həm beynəlxalq nüfuzu, həm də  gələcəyə yönəlik 
planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd 
qoyması nəinki başa düşüləndir, hətta təbii və zəruri prosesdir. 
Eyni zamanda, qeyd etmək lazımdır ki, tolerant ölkədən to-
lerant dünyaya doğru yola çıxmağa və bu hədəfə addım-ad-
dım irəliləməyə yalnız məqsəd kimi baxmaq olmaz, bu həm də 
şərəfl i  missiyadır: bəşəriyyətdə sülh və inkişaf yaratmaq missi-
yası.  İyirmi birinci əsrdə - milli və dini zəmində münaqişələrin 
körükləndiyi dövrdə bu missiyanı daşımaq şərəfl i olduğu qədər də 
çətindir. Dünyada sülh və sabitlik qitəsi kimi tanınan Avropa artıq 
multikulturalizmdən imtina edir, dini ayri-seçkilik və ksenofobiya 


196
Gündüz İsmayılov
Qərb üçün hələ də problem olaraq qalır. Belə zamanda tolerant və 
multikultural dəyərlərin dünyada təbliğ edilməsi və yayılması bö-
yük əmək, ciddi səy, effektiv lahiyələr, hətta, fədakarlıq tələb edir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünyada tole-
rantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iş-
tirakçılarından biri idi. Ölkəmiz iqtisadi imkanlarını və beynəlxalq 
nüfuzunu nəzərə almaqla bu istiqamətdə bütün səyləri dəstəkləyir 
və mümkün köməyini əsirgəmirdi. Amma son on ildə Azərbaycan 
bu prosesin aktiv iştirakçısı yox, əsas təşəbbüskarı  və lokomati-
vi kimi çıxış edir. Bu baxımdan əminliklə söyləmək olar ki, ötən 
müddət  ərzində Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər 
və mədəniyyətlərarası dialoq sahəsində nəinki hədəfl ərini dəyişib, 
hətta qarşısına qoyduğu məqsədə doğru xeyli irəliləyə bilib. Ha-
zırda dünya ictimaiyyəti həm Azərbaycanı tolerant, multikultu-
ral ölkə kimi qəbul edir, həm də bu dəyərlərin dünyada təşviqi 
istiqamətində hökumətin qazandığı uğurları etiraf edir. 
Şübhəsiz ki, bu sahədə qarşıya qoyulmuş böyük hədəfl ərə çatmaq 
üçün əvvəlcədən müəyyən şərtlər təmin olunmalıdır. Məsələn, aktiv 
xarici siyasət yürüdülməli, maraqlı olan qüvvələri müxtəlif formatlar-
da bir araya gətirməli, məsələnin nəzəri və praktiki tərəfl əri üzərində 
işləyən strukturlar yaradılmalı, ciddi maliyyə ayrılmalı və s. Son illər 
bu istiqamətə yönəlmiş  tədbirləri nəzərdən keçirdikdə qeyd olunan 
şərtlərin tam təmin olunduğu qənaəti formalaşır. Belə ki, hazırda 
Azərbaycanın aktiv xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla 
yaxından işləməsi, regional və beynəlxalq səviyyədə ciddi təşəbbüslərlə 
çıxış etməsı  hər kəsə  bəllidir. Bunun bariz nümunəsi Azərbaycanın 
BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Həmin 
seçkilər zamanı Azərbaycanı 155 dövlətin dəstəkləməsi ölkəmizin xa-
rici siyasət sahəsindəki ən böyük uğurlarından biridir. 
Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multi-
kulturalizm, dinlər və  mədəniyyətlərarası dialoq sahəsində 
müxtəlif tərəfl ərin bir araya gəlməsi istiqamətində kifayət qədər 
tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə on-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə