Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə56/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

197
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
larla beynəlxalq və regional konfrans, forum və simpoziumlar 
düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. 
Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə 
bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı 
prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. 
Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm 
sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri 
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və 
Roma Papası Fransiski.


198
Gündüz İsmayılov
beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o 
cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla 
yaxından əməkdaşlıq edir.
İndiyədək sözügedən sahədə  fəaliyyət göstərən strukturla-
rın formalaşdırılması  və onların işinin koordinasiya olunması 
istiqamətində  də ciddi və  əhəmiyyətli qərarlar qəbul olunub. Bu 
baxımdan Azərbaycan Respublikasının millətlərarası, multikultu-
ralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə 
də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xü-
susi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 
fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması 
və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, 
multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində 
hədəfl ərinə doğru irəliləməsini daha da sürətləndirir. 
Son on ildə Azərbaycan hökumətinin təşəbbüsü və təşkilatçılığı 
ilə tolerantlıq və  mədəniyyətlərarası dialoq sahəsində keçirilmiş 
beynəlxalq konfrans və forumlar barədə ətrafl ı məlumat verməyə, 
bəlkə  də, ciddi ehtiyac yoxdur. Amma onların bəziləri haqqında 
qısa məlumat təqdim edilməsi mövcud vəziyyəti və görülmüş 
işləri qiymətləndirmək baxımından yaxşı olardı:
“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və 
prespektivlər” mövzusunda beynəlxalq konfrans 3-4 aprel 2007-
ci ildə Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfi ndən 
təşkil edilib. Dünyanın 20 ölkəsini təmsil edən din siyasəti ilə 
məşğul olan rəsmi  şəxslərin, tanınmış dinşünasların, ilahiyyatçı-
ların, politoloqların, diplomatların, habelə, beynəlxalq və qeyri-
hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi konfrans-
da 50-dən çox məruzə dinlənilib, çoxsaylı çıxışlar edilib, eyni za-
manda ölkəmizdə tarixən formalaşmış tolerantlığın nümunə kimi 
tədqiq və təbliği üçün BMT, UNESCO, Avropa Şurası, ATƏT və 
İslam Konfransı  Təşkilatına (indiki İslam  Əməkdaşlıq Təşkilatı) 
müraciət qəbul olunub.


199
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa 
doğru” mövzusunda 6-7 noyabr 2009-cu ildə Bakıda keçirilmiş 
iki günlük beynəlxalq konfrans ölkədə  və regionda böyük əks-
səda yaradıb. 
Prezident İlham Əliyev Moskva və
Ümumrusiya Patriarxı Kirilli qəbul edərkən.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfi ndən təşkil 
edilmiş,  Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 
60, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş konfran-
sa 4 qitədən, 31 ölkədən, 8 beynəlxalq təşkilatdan ümumilikdə 167 
qonaq qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev, Ümumrusiya 
Patriarxı Krill, Ümumgürcüstan Katalikos-Patriarxı II İliya, İslam 
Konfransı Təşkilatının Baş katibi Ekmələddin İshanoğlu, Dağıstan 
Respublikasının Prezidenti Muxu Əliyev, Çeçenistan Respublika-
sının Prezidenti Ramazan Kadırov və digər yüksək səviyyəli qo-
naqların iştirak etdiyi beynəlxalq konfransda əhəmiyyətli qərarlar 
qəbul edilib, Azərbaycanın tolerantlıq modelinin təbliğ və təşviqi 
istiqamətində ciddi uğur qazanılıb. 


200
Gündüz İsmayılov
2008-ci il dekabrın 2-də Avropa Şurasına üzv olan dövlətlərin 
mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və 
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” 
mövzusunda konfransının Bakıda keçirilməsi Azərbaycanın 
mədəniyyətlərarası dialoqda nə  qədər rol oynamasını göstərən 
faktdır. 250-dən çox nümayəndəni əhatə edən konfransda Avropa 
Şurasına üzv ölkələrdən başqa İslam ölkələrinin, habelə, İSESCO 
və ALESKO-nun yüksək rütbəli rəsmiləri, müxtəlif beynəlxalq və 
qeyri-hökumət təşkilatlarının rəhbərləri, o cümlədən 16 nazir, 18 
nazir müavini, 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edib.
2009-cu il noyabrın 11-də Bakıda  İslam Konfransı  Təşki-
la tının 40 illiyinə  həsr olunmuş  “Sivilizasiyalararası dialoq: 
Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçiri-
lib. Azərbaycan Diplomatik Akademiyası (ADA) və İKT-nin Baş 
katibliyi ilə birgə təşkil olunmuş konfransa 41 ölkədən, 3 beynəlxalq 
təşkilatdan 200-dək elm xadimi, respublikamızda akkreditə olun-
muş diplomatik korpusun nümayəndələri və s. qonaqlar qatılıblar. 
Konfransda əsas mövzular kimi dinlər və sivilizasiyalararası dialo-
qun qlobal əhəmiyyətindən, İKT-nin bu sahədəki fəaliyyətindən və 
Azərbaycanın bu prosesə verdiyi töhfələrdən bəhs edilib.
Dini Liderlərin Ümumdünya Sammitinin açılış mərasimi.


201
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkə-
mi zin  dinlər və  mədəniyyətlərarası dialoqa dəstək verməsinin 
bey nəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq 
təcrübəsinin yayılması baxımından  əhəmiyyətli tədbirlərdən biri 
də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin 
Bakı Sammiti olub. Qafqaz Müsəlmanları  İdarəsi və Rus Pra-
vos  lav  Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin maliy yə-
ləşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə 
dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən 
Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqoryan kilsələrinin 
rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının,  İslam dün-
yasının nüfuzlu din xadimləri iştirak ediblər. Eyni zamanda, 
dünya nın nüfuzlu dini liderləri ilə yanaşı, beynəlxalq təşkilatların 
nümayəndələri, xarici ölkələrin dövlət və hökumət rəsmiləri, tanın-
mış dinşünaslar da Sammit çərçivəsində müzakirələrə qatılıblar.
Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi 
etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası 
Dialoq Forumudur


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə