Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə57/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

202
Gündüz İsmayılov
Birinci Forum Bakıda 7-9 aprel 2011-ci ildə keçirilib. Foru-
ma dünyanın lider və ictimai xadimləri, beynəlxalq təşkilatların 
rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlamentarilər, dip-
lomatlar, qeyri-hökumət təşkilatları, media mənsubları, ümumilikdə 
400-dən çox nümayəndə qatılıb. Beynəlxalq Forumun işi kifayət 
qədər uğurlu olub, nəticədə Prezident İlham Əliyev 27 may 2011-ci 
ildə Azərbaycanda hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası 
Dialoq Forumunun təşkil edilməsi barədə  Sərəncam imzalayıb. 
Sərəncamda deyilir ki, “ölkəmizin  İslam dünyası ilə  Qərb sivili-
zasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar ara-
sında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu-
nu nəzərə almaqla, müxtəlif mədəniyyətlər arasında  əməkdaşlıq 
üçün qlobal platformanın təmsil edilməsi və Azərbaycan xalqının 
tolerantlıq mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmdə 
tanıdılması  məqsədilə  qərara alıram: 1. Azərbaycan Respubli-
kasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya 
Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilsin”. 
Prezident İlham Əliyev bütün ermənilərin katalikosu
II Qaregini qəbul edərkən.


203
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası 
Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edi-
lib. Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən 
bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən  he-
sab olunur. 
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri 
“Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” 
mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olu-
nan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforma-
sı” adlı  sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən 
nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar 
qəbul olunub. 2016-cı ildə “Dövlət və din: qloballaşan dünyada 
tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Fo-
rumunun keçirilməsi nəzərdə tutulur.


204
Gündüz İsmayılov
HEYDƏR ƏLİYEV FONDU VƏ 
“TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN” 
LAYİHƏSİ
10 may 2004-cü ildə – Ümummilli Liderin doğum günündə, 
açılış  mərasimini keçirmiş Heydər  Əliyev Fondu fəaliyyət 
göstərdiyi müddətdə qarşısına qoyduğu başlıca məqsəd kimi Ulu 
Öndərin milli dövlətçilik ideyasının həyata keçirilməsi, eləcə  də 
onun zəngin ideoloji və siyasi irsinin dərindən öyrənilməsi və 
təbliği istiqamətində böyük işlər görüb. Eyni zamanda, Fondun 
fəaliyyət imkanları və gördüyü işlərin əhatə dairəsi Azərbaycanın 
hüdudlarını aşıb. 
Heydər  Əliyev Fondunun uğurlu fəaliyyətinin təminatçısı 
onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfi ri, Milli 
Məclisin deputatı Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi ilə 
təhsil, səhiyyə, ekologiya, mədəniyyət, sosial, beynəlxalq əlaqələr, 
elm və texnologiya, idman sahələrində, eləcə də sanballı əsərlərin 
nəşri istiqamətində böyük layihələr həyata keçirilib. 
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyər-
lərimizin qorunmasına, tarixi-dini abidələrimizin bərpasına və to-
lerantlığın təşviqinə müvəqqəti, kampaniya xarakterli iş kimi yox, 
uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Onun 
mövqeyi bu idi ki, tarixi-dini abidələrin bərpası  və tolerantlığın 
təşviqi həmişə Azərbaycan dövlətinin din siyasətinin tərkib hissəsi 
olmalı,  əsla müvəqqəti xarakter daşımamalıdır. Heydər  Əliyev 
Fondunun ilk gündən qeyd olunan məsələni diqqət mərkəzində 
saxlaması bu həqiqəti bir daha təsdiqlədi. Məlum oldu ki, Ümum-
milli Liderin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi 
kimi bu ənənə Ulu Öndərə layiq şəkildə  həm də Heydər  Əliyev 
Fondu tərəfi ndən davam etdiriləcəkdir.


205
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin 
tikintisi və bərpasında Heydər Əliyev Fondunun məqsədyönlü və 
ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond fəaliyyətində 
milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələ-
rimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir. 
Həqiqət naminə deyilməlidir ki, Fond qısa vaxtda Azərbaycan 
həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük 
ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara 
imza atıb. Təsadüfi  deyil ki, Azərbaycanın tarixi tolerantlıq ənənə-
lərini nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca 
XII konfransını 2006-cı ilin aprelində Bakıda Heydər Əliyev Fondu 
ilə birgə keçirib. Eyni zamanda, Mehriban xanım Əliyevanın qayğısı 
və təşəbbüsü ilə mədəni müxtəlifl iyə, dinlərarası dialoqa həsr edil-
miş mötəbər beynəlxalq konfranslar təşkil olunub, Fondda nüfuzlu 
din xadimləri ilə yüksək səviyyədə görüşlər keçirilib. Ən əsası odur 
ki, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin UNESCO və 
İSESCO səviyyəsində  təbliğ olunmasına, bu mötəbər beynəlxalq 
təşkilatların ölkəmizin təbliğatçısına çevrilməsinə nail olub. 
Ulu Öndərin apardığı  uğurlu din siyasəti nəticəsində qoru-
nub-saxlanılmış tolerantlıq  ənənələri, bərpa edilmiş tarixi-dini
memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti,  ədəbiyyatı 
bizim dünya mədəniyyətinə  ən böyük töhfəmiz, gələcək nəsillər 
üçünsə ən dəyərli mirasımızdır. Heç şübhə yoxdur ki, Azərbaycan 
xalqı bu mirasın sahibi, Heydər  Əliyev onun qorucusu, Heydər 
Əliyev Fondu isə himayədarı və təbliğatçısı kimi tarixdə qalacaq-
dır. Bu mənada Fondun həyata keçirdiyi “Tolerantlığın ünvanı – 
Azərbaycan” layihəsi çərçivəsində görülmüş  işlər barədə  ətrafl ı 
məlumat vermək yerinə düşərdi.  
2005-ci ildə Heydər  Əliyev Fondu adıçəkilən layihə  çərçi-
və sində Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən 
ziyarətgahında əsaslı təmir və bərpa işləri aparıb. Ziyarətgahdakı 
məqbərə yenidən inşa edilib, ibadətgah kompleksi milli, dini 
ornamentlərlə bəzədilib, memarlıq abidəsi olan və dövlət tərəfi ndən 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə