Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə59/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   56   57   58   59   60   61   62   63   64

210
Gündüz İsmayılov
çərçivəsində Heydər  Əliyev Fondu və “Or-Avner” Beynəlxalq 
Fondu tərəfi ndən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev 
Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə  mərkəzin 
təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-
cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti 
İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları 
Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti 
Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər.
Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş
yeni zalların açılış mərasimi.
Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli bu kompleks ən 
müasir tələblər səviyyəsində inşa olunub. Mərkəzdə müasir avadanlıq 
və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadrat-
metr sahədə süni örtüklü açıq stadion var. 450 yerlik mərkəzin digər 
təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının 
tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. 
Heydər  Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” 
layihəsi çərçivəsində xarici ölkələrdə də bir sıra məbədlərin bərpasını 


211
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
həyata keçirib. Belə ki, Fond Fransada Strasburq Kafedral kilsəsinin 
XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Bu məqsədlə 2009-cu 
ilin iyun ayında Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırıb. 
1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs 
Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.
Fond Rusiyada da bir sıra layihələr həyata keçirib. Belə ki, 
Rusiya Federasiyasının Həştərxan  şəhərində, Müqəddəs Vladi-
mir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi 
Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin sərəncamı 
ilə ucaldılıb. Heydər  Əliyev Fondunun dəstəyi ilə ucaldılan 
abidənin təməli 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondu-
nun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan 
nümayəndə heyətinin iştirakı ilə qoyulub. 2013-cü il dekabrın 20-
də abidənin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti 
Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jil-
kin mərasimdə iştirak ediblər.
Hündürlüyü dörd metr olan abidə Bakıda tökülüb. Abidənin 
dörd tərəfi ndə  fəvvarələr qurulub. Memarlıq kompozisiyasının 
müəllifi  Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademi-
yasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifl əri həştərxanlı 
memar Aleksandr Fedorçenko və Rusiyanın Xalq rəssamı And-
rey Kovalçukdur. Monumentin ucaldılması Rusiyada xristianlığın 
qəbul edilməsinin 1025 illiyinə  və  Həştərxanın təməlinin qoyul-
masının 455 illiyinə həsr edilib.
Bunlarla yanaşı, 2013-cü ildə Heydər  Əliyev Fondu Fransa-
nın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Je-
rar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII 
əsrlərə aid 7 kilsənin bərpasına yardım edib. Həmçinin, Vatikanda 
bir sıra tarixi abidənin yenidən qurulmasını həyata keçirib. 
Fond Azərbaycan xalqının tolerantlıq ənənələrinin beynəlxalq 
aləmdə  təbliği məqsədilə foto-sərgilər də  təşkil edir. 2013-cü il 
sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı  mənzil-qərargahında 
Heydər  Əliyev Fondunun, BMT-nin Sivilizasiyaların Alyansı  və 


212
Gündüz İsmayılov
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komi-
təsinın birgə təşkilatçılığı ilə “Azərbaycan-tolerantlıq məkanı” adlı 
foto-sərginin açılış mərasimi olub.
 Bir həftə ərzində davam edən foto sərgidə Heydər Əliyev Fon-
dunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində 
Azərbaycana dəfələrlə yaradıcı  səfərlər etmiş dünya şöhrətli fo-
toqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı  əks etdirən 
fotoşəkilləri sərgilənib.
Adıçəkilən foto-sərgi Parisdəki Azərbaycan Mədəniyyət 
Mərkəzində də nümayiş etdirilib. 2013-cü il noyabrın 22-də Parisdə 
foto-sərginin açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun pre-
zidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, 
Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direk-
toru  İrina Bokova, ISESCO-nun baş direktoru Əbduləziz Osman 
Əl-Tüveycri, Parisin VII rayonunun meri Rəşidə Dati, senator-
lar, deputatlar, tanınmış incəsənət ustaları, Fransa ictimaiyyətinin 
nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun 
əməkdaşları iştirak ediblər. 
“Azərbaycan – tolerantlıq məkanı” sərgisi növbəti dəfə 2014-cü il 
aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində 
açılıb. Sərgidə Reza Deqatinin 26 foto əsəri nümayiş olunub. Fotolar 
əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, 
xristian və yəhudi icmalarının həyatından bəhs edir.
Bu gün Azərbaycan Heydər Əliyev Fondunun məqsədyönlü və 
uğurlu fəaliyyəti nəticəsində BÖYÜK MƏDƏNİYYƏTİNİ – dün-
yada  ən yüksək səviyyədə tanıtmaq və nümayiş etdirmək imka-
nı qazanıb. Xalqımızın zəngin mədəni irsi – musiqisi, ədəbiyyatı, 
incəsənəti, tarixi-mədəni abidələri artıq ölkə yox, beynəlxalq - 
UNESCO səviyyəsində qorunur. Azərbaycan mədəniyyətinin və 
ədəbiyyatının görkəmli nümayəndələrinin yubileyləri bu mötəbər 
təşkilatın geniş imkanları çərçivəsində qeyd olunur. Təbii ki, bütün 
bunlar təkcə Heydər  Əliyev Fondunun deyil, mədəniyyətimizin, 
ümumilikdə Azərbaycanımızın uğurudur.


ƏLAVƏ
TOLERANTLIĞA DAİR 
ƏSAS BEYNƏLXALQ 
SƏNƏDLƏR 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə