Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə62/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   56   57   58   59   60   61   62   63   64

222
Gündüz İsmayılov
dırma və ayrı-seçkiliyə, habelə, ayrı-ayrı şəxslərə öz azad fi kir və 
məsləklərini həyata keçirdiklərinə görə  tətbiq edilən və milli və 
beynəlxalq səviyyədə sülh və demokratiyanın möhkəmləndirilməsi 
işinə əngəl törədən zorakılıq və hədə aktları ilə əlaqədar həyəcan 
hissi duyaraq, üzv dövlətlərin insan hüquqlarına hörməti və irqinə, 
cinsinə, dilinə, milli mənsubiyyətinə, dininə  və ya sağlamlığına 
fərq qoymadan hamı üçün əsas azadlıqları inkişaf etdirmək və 
təmin etmək, dözümsüzlüyə qarşı mübarizə aparmaq vəzifələrinə 
xüsusi  diqqət yetirərək “Dözümlülük prinsipləri haqqında bu 
Bəyannamə”ni qəbul və təntənə ilə elan edirlər.
Dözümlülüyün təkcə  əsas prinsip deyil, həm də sülhün və 
bütün xalqların sosial-iqtisadi inkişafının zəruri  şərti olduğunu 
nəzərə alaraq, cəmiyyətdə dözümlülük ideyalarının təsdiqi üçün 
zəruri ol an hər şeyi etmək əzmi ilə biz aşağıdakıları bildiririk:
Maddə 1 - Dözümlülük anlayışı
1.1. Dözümlülük  dünyamızın zəngin, rəngarəng mədəniy-
yətlərinin, insan fərdiyyətinin özünü ifadə etmə və büruzə forma-
larının qəbulu, düzgün dərki və onlara hörmət deməkdir. Ona bilik, 
aşkarlıq, ünsiyyət və fi kir, vicdan və məslək azadlığı xidmət edir. 
Dözümlülük rəngarəng xüsusiyyətlərin birliyidir. Bu təkcə mənəvi 
borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Dözümlülük sülhə 
nail olmağı mümkün edir və müharibə  mədəniyyətindən sülh 
mədəniyyətinə aparır.
1.2. Dözümlülük güzəşt, mərhəmət və ya pis şeylərə göz yum-
maq deyil. Dözümlülük hər şeydən əvvəl insanın hərtərəfl i hüquq 
və əsas azadlıqlarını etiraf əsasında formalaşan fəal münasibətdir. 
Heç bir halda dözümlülük bu əsas dəyərlərə edilən qəsdlərə haqq 
qazandıra bilməz. Ayrı-ayrı şəxslər, qruplar və dövlətlər dözümlü-
lük göstərməlidirlər.
1.3. Dözümlülük insan hüquqlarının, plüralizmin (o cümlədən 
mədəni plüralizmin), demokratiyanın bərqərar olmasına və qanu-
nun təntənəsinə kömək etmək vəzifəsidir. Dözümlülük ehkam-


223
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
çılığı, həqiqəti mütləqləşdirməyi rədd edən və insan hüquqları 
sahəsində beynəlxalq hüquqi aktlarda müəyyən edilmiş normaları 
təsdiq edən bir anlayışdır. İnsan hüquqlarına hörmətlə həmahəng 
olan dözümlülüyün təzahürü sosial ədalətsizliyə dözümlü müna-
sibət, öz əqidələrindən imtina və ya başqalarının əqidələrinə güzəşt 
deyildir. Bu, o deməkdir ki, hər kəs öz əqidəsində azaddır və baş-
qalarının da həmin hüququnu tanıyır. Bu, o deməkdir ki, insanlar 
təbiətcə öz xarici görünüşlərinə, vəziyyətlərinə, nitqlərinə, davra-
nış və dəyərlərinə görə fərqlənirlər və əmin-amanlıqda yaşamaq, 
öz fərdiliklərini qoruyub saxlamaq hüququna malikdirlər. Bu, 
həm də o deməkdir ki, bir adamın fi kirləri başqalarına zorla qəbul 
etdirilə bilməz.
Maddə 2 - Dövlət səviyyəsi
2.1. Dözümlülük dövlət səviyyəsində ədalətli və qərəzsiz qa-
nunvericilik, qayda-qanuna riayət, məhkəmə-prosessual və inziba-
ti normalar tələb edir. Dözümlülük, habelə ayrı-seçkilik qoyma-
dan hər bir insana iqtisadi və sosial inkişafı üçün şərait yaradıl-
masını tələb edir. Ögey münasibət və marqinallaşdırma passivliyə, 
düşmənçiliyə və fanatizmə səbəb ola bilər.
2.2. Cəmiyyəti daha dözümlü etmək üçün dövlətlər insan hü-
quqları haqqındakı beynəlxalq konvensiyaları təsdiq etməli, əgər 
lazım gələrsə, cəmiyyətdəki bütün qruplar və ayrı-ayrı  şəxslər 
üçün bərabərhüquqlu yanaşmanı, imkanların bərabərliyini təmin 
etmək məqsədilə yeni qanunvericilik işləyib hazırlamalıdırlar.
2.3. Beynəlxalq həmrəyliyin mənafeyi üçün ayrı-ayrı adamla-
rın, icmaların və millətlərin bəşər birliyinin çoxmədəniyyətli xa-
rakterini dərk etməsi və ona hörmət bəsləməsi vacibdir. Dözümlü-
lük olmadan sülh mümkün deyil, sülh olmadan inkişaf və demok-
ratiya mümkün deyildir.
2.4. Dözümsüzlük,  sosial  cəhətdən daha az müdafi ə olunan 
qrupların marqinallaşdırılması, onların ictimai və siyasi həyatdan 
təcrid edilməsi, onlara qarşı zorakılıq və ayrı-seçkiliyin tətbiq 


224
Gündüz İsmayılov
edilməsi formasını  qəbul edə bilər.  İrq və irqi xurafat haqqında 
bəyannamənin elan etdiyi kimi: “bütün insanlar və insan qrupları 
bir-birlərindən fərqlənmək hüququna malikdirlər” (maddə 1,2).
Maddə 3 - Sosial aspektlər
3.1. Dözümlülük müasir dünyada xüsusilə vacibdir. Biz iq-
tisadiyyatın qloballaşdığı, çevikliyin artdığı  və kommunikasiya-
ların, inteqrasiyaların və qarşılıqlı asılılığın sürətlə inkişaf etdiyi 
bir əsrdə, iri miqyaslı miqrasiyalar və əhalinin yerdəyişməsi, so-
sial strukturların urbanizasiyası  və  dəyişdirilməsi  əsrində yaşa-
yırıq. Hər bir region çoxsifətlidir,  buna görə  də dözümsüzlüyün 
və münaqişələrin qızışdırılması dünyanın bütün hissələri üçün 
təhlükəlidir. Bu təhlükədən milli sərhədlərlə xilas olmaq mümkün 
deyil, çünki o, qlobal xarakter daşıyır.
3.2. Ayrı-ayrı adamlar arasında, ailədə və cəmiyyətdəki müna si-
bətlərdə dözümlülük zəruridir. Məktəblərdə və universitetlərdə, qeyri-
formal təhsil yolu ilə, evdə və işdə dözümlülük hissini möhkəmlətmək, 
münasibətlərdə açıqlığı, bir-birinə diqqəti və  həmrəyliyi formalaş-
dırmaq zəruridir. Kommunikasiya vasitələri azad və açıq dialoq və 
müzakirələrə  təsir etməklə,  dözümlülüyün dəyərlərini yaymaqla və 
dözümsüzlüyün təbliğ edilməsində yenicə baş qaldıran qruplara və 
ideologiyalara münasibətdə biganəlik göstərməyin təhlükəli olduğunu 
aydınlaşdırmaqla konstruktiv rol oynaya bilər.
3.3. UNESCO-nun İrq və irqi xurafat haqqında Bəyannaməsində 
elan edilir ki, zəruri olduğu hər bir yerdə ayrı-ayrı  şəxslərin və 
bir qrup adamların ləyaqət və hüquqlarında bərabərliyi təmin 
etmək məqsədilə xüsusi tədbirlər görülməlidir. Bununla əlaqədar 
əlverişsiz sosial və ya iqtisadi şəraitdə olan, sosial cəhətdən daha 
az müdafi ə olunan qruplara xüsusi diqqət yetirməklə onlara mənzil
məşğulluq və sağlamlığın qorunması ilə əlaqədar hüquqi və sosi-
al müdafi ə  təminatı vermək, onların mədəniyyət və  dəyərlərinin 
xüsusiyyətlərinə hörmət etmək, xüsusilə təhsil vasitəsilə sosial və 
peşə yüksəlişinə, inteqrasiyaya təsir etmək lazımdır.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə