Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə60/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   56   57   58   59   60   61   62   63   64

214
Gündüz İsmayılov
DİNƏ VƏ ETİQADA ƏSASLANAN DÖZÜMSÜZLÜYÜN 
VƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ ARADAN 
QALDIRILMASI HAQQINDA BƏYANNAMƏ
BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli
qətnaməsi ilə qəbul edilmişdir.
Baş Məclis
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin  əsas prinsip-
lərindən birinə görə ləyaqət və bərabərliyin hər bir insana məxsus 
olduğunu və bütün iştirakçı dövlətlərin irqinə, cinsinə, dilinə, ya-
xud dininə görə fərq qoyulmadan hamı üçün insan hüquqlarına və 
əsas azadlıqlara hamılıqla hörmət edilməsinə  və riayət olunma-
sına yardım göstərmək və onları təşviq etmək üçün müştərək və 
Birləşmiş Millətlər Təşkilatı ilə  əməkdaşlıqda müstəqil fəaliyyət 
göstərməyi öhdələrinə götürdüklərini nəzərə alaraq, 
insan hüquqları haqqında Ümumi bəyannamədə  və insan 
hü quqları haqqında Beynəlxalq paktlarda ayrı-seçkiliyin yol 
verilməzliyinin və qanun qarşısında bərabərlik prinsiplərinin və fi -
kir, vicdan, din, yaxud əqidə azadlığı hüququnun elan olunduğunu 
nəzərə alaraq,
insan hüquqlarının və əsas azadlıqların, o cümlədən hər han-
sı qəbildən olan fi kir, vicdan, din, yaxud əqidə azadlığı hüququ-
nun inkar edilməsi və pozulmasının bilavasitə, yaxud bilavasitə 
müharibələrə  və  bəşəriyyətin ağır iztirablarına səbəb olduğunu, 
xüsusilə onlar başqa dövlətləri daxili işlərinə qarışmağa xidmət 
etdikdə  və xalqlar və dövlətlər arasında nifrətin qızışdırılmasına 
gətirib çıxardığını nəzərə alaraq,
din, yaxud əqidənin onlara etiqad edən hər bir insan üçün onun 
həyatı dərk etməsinin əsas elementlərindən biri olduğunu və din, 


215
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
yaxud  əqidə azadlığına tam riayət edilməsi və  təminat verilməsi 
olduğunu nəzərə alaraq,
din və əqidə azadlığı məsələlərində anlaşmaya, dözümlülüyə və 
hörmətə yardım göstərməyi və dindən, yaxud əqidədən Birləşmiş 
Millətlər Təşkilatının Nizamnaməsi, digər müvafi q  sənədləri və 
bu Bəyannamənin məqsəd və prinsipləri ilə bir araya sığmayan 
məqsədlər üçün istifadə olunmasına yol verməməyə nail olmağı 
vacib sayaraq,
din, yaxud əqidə azadlığının, həmçinin, ümumi sülhə, sosial 
ədalətə və xalqlar arasında dostluğa, müstəmləkəçilik və irqi ayrı-
seçkilik ideologiyasının və praktikasının ləğv edilməsinə nail ol-
mağa yardım, göstərməli olduğuna əmin olaraq, 
Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin 
himayəsi altında ayrı-seçkiliyin müxtəlif formalarının ləğv 
edilməsi haqqında bir neçə konvensiyanın qəbul olunduğunu və 
onlardan bəzilərinin qüvvəyə mindiyini razılıqla qeyd edərək, 
din, yaxud əqidə məsələlərində dünyanın bəzi rayonlarında hələ 
də müşahidə olunan dözümsüzlük və ayrı-seçkilik təzahürlərindən 
narahat olaraq, 
bu cür dözümsüzlüyün bütün forma və  təzahürlərini ləğv 
etmək, dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin qarşısını almaq və 
onunla mübarizə  əzmi ilə,
dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bü-
tün formalarının ləğv edilməsi haqqında bu Bəyannaməni təntənəli 
surətdə elan edir:
Maddə 1
1. Hər bir insan fi kir, vicdan və din azadlığı hüququna malik-
dir. Bu hüquq özünün seçdiyi hər hansı dinə, yaxud əqidəyə ma-
lik olmaq və öz dininə, yaxud əqidəsinə təklikdə, yaxud başqaları 
ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini mərasim və 
ayinlərin icrasında və təlimdə etiqad bəsləmək, yaxud onları ifadə 
etmək azadlığını əhatə edir.


216
Gündüz İsmayılov
2. Heç kəs özünün seçdiyi dinə, yaxud əqidəyə malik olmaq 
azadlığını alçaldan məcburiyyətə məruz qalmamalıdır.
3. Dinə etiqad bəslənməsinə, yaxud əqidənin ifadə olunması-
na yalnız qanunla müəyyən edilən və ictimai təhlükəsizliyin, asa-
yişin; sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin hüquq də 
azadlıqlarının qorunması üçün zəruri olan məhdudiyyət qoyulur.
Maddə 2
1. Heç kəs dinə, yaxud əqidəyə görə hər hansı bir dövlət, idarə, 
şəxslər qrupu, yaxud ayrı-ayrı  şəxslər tərəfi ndən ayrı-seçkiliyə 
məruz qalmamalıdır.
2. Bu Bəyannamənin məqsədləri üçün “dinə, yaxud əqidəyə 
görə dözümsüzlük və ayrı-seçkilik” ifadəsi dinə, yaxud əqidəyə 
əsaslanan və  məqsədi, yaxud nəticəsi bərabərlik  əsasında insan 
hüquqlarının və  əsas azadlıqların tanınmasını, onlardan istifadə 
olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, yaxud 
alçaltmaq olan hər hansı fərqləndirmə, istisna, məhdudiyyət, ya-
xud üstüntutma deməkdir.
Maddə 3
İnsanlara dininə, yaxud əqidəsinə görə ayrı-seçkilik qoyul-
ması insan şəxsiyyətini təhqir edir, Birləşmiş Millətlər Təşkilatı 
Nizamnaməsinin prinsiplərini inkar etməkdir və insan hüquqları 
haqqında Ümumi bəyannamədə elan olunmuş və insan hüquqları 
haqqında Beynəlxalq paktlarda ətrafl ı ifadə edilmiş insan hüquqla-
rının və əsas azadlıqların pozulması və dövlətlər arasında dostluq 
və sülh münasibətlərinə maneçilik kimi pislənilir.
Maddə 4
1. Bütün dövlətlər dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin 
qarşısının alınması  və  ləğv edilməsi, mülki, iqtisadi, siyasi və 
mədəni həyatın bütün sahələrində insan hüquqlarının və əsas azad-


217
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
lıqların tanınması, həyata keçirilməsi və gerçəkləşdirilməsi üçün 
təsirli tədbirlər görməlidirlər.
2. Bütün dövlətlər, lazım gəldikdə, hər cür belə ayrı-seçki-
liyi qadağan etmək məqsədilə qanunvericiliyin qəbuluna, yaxud 
ləğvinə, həmçinin dinə, yaxud bu sahədə digər  əqidələrə görə 
dözümsüzlüyə qarşı mübarizə üçün bütün müvafi q  tədbirlərin 
görülməsinə dair bütün səyləri göstərirlər.
Maddə 5
1. Valideynlərin, yaxud müvafi q hallarda uşağın qanuni qəy-
yumlarının ailə  çərçivəsində öz dininə, yaxud əqidəsinə uyğun 
həyat tərzini, həmçinin, onların  fi krincə, uşağın almalı olduğu 
mənəvi tərbiyəni müəyyən etmək hüququ var.
2.  Hər bir uşaq valideynlərinin, yaxud müvafi q hallarda qanuni 
qəyyumlarının istəyinə uyğun din, yaxud əqidə sahəsində təhsil al-
maq hüququna malikdir və din və əqidə sahəsində valideynlərinin, 
yaxud qanuni qəyyumlarının istəyinin əksinə olan təlimə məcbur 
edilmir; həm də başlıca prinsip uşağın mənafeləridir.
3. Uşaq dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin hər hansı 
formasından qorunur. O, dözümlülük, xalqlar arasında dostluq, 
sülh və ümumi qardaşlıq, başqalarının azadlığına, dininə, yaxud 
əqidəsinə hörmət etməyə, həmçinin, enerji və qabiliyyətini baş-
qalarının xeyrinə xidmətə sərf etməyə borclu olduğunu tam dərk 
etmək ruhunda tərbiyə olunmalıdır.
4.  Əgər uşaq valideynlərinin, yaxud qanuni qəyyumlarının 
himayəsində deyilsə, onda onların din, yaxud əqidə məsələlərində 
iradələri, yaxud iradələrinin hər hansı təzahürləri lazımi dərəcədə 
nəzərə alınmalıdır; həm də başlıca prinsip uşağın mənafeləridir.
5. Uşağın tərbiyə olunduğu din və  əqidə praktikası bu 
Bəyannamənin 1-ci maddəsinin 3-cü bəndinə riayət edilməklə, nə 
onun fi ziki, yaxud əqli sağlamlığına, nə də onun inkişafına xələl 
gətirməməlidir.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə