Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə63/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   56   57   58   59   60   61   62   63   64

225
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
3.4. Bu  qlobal  məsələnin həlli ilə  əlaqədar müvafi q  elmi 
tədqiqatların keçirilməsi və beynəlxalq cəmiyyətin fəaliyyətinin 
əla qələndirilməsi məqsədilə informasiya şəbəkəsinin yaradıl-
ması  zəruridir. Burada sosial elmlərin qüvvələri ilə  təsirli  əks 
tədbirlərin qəbul edilməsi, bu halın əmələgəlmə səbəblərinin təhlil 
olunması, habelə, üzv dövlətlərin siyasi qərarlarının və normativ 
fəaliyyətinin təkmilləşdirilməsinə təsir edən elmi tədqiqatların və 
monitorinqlərin həyata keçirilməsi zəruridir.
Maddə 4 – Tərbiyə
4.1. Tərbiyə dözümsüzlüyün qarşısının alınmasında  ən təsirli 
vasitədir. Dözümlülük ruhunda tərbiyə insanların ümumi hüquq və 
azadlıqlarının nədən ibarət olduğunu onlara öyrətməkdən başlayır, 
bunun üçün bu hüquqların həyata keçirilməsini təmin etmək və baş-
qalarının hüquqlarını müdafi əyə meyli möhkəmləndirmək lazımdır.
4.2. Dözümlülük ruhunda tərbiyəyə  təxirəsalınmaz vacib 
məsələ kimi baxmaq lazımdır; bununla əlaqədar olaraq dözüm-
lülüyün öyrədilməsi metodikasının təkmilləşdirilməsinə sistemli 
və  səmərəli  əsasla kömək etmək vacibdir. Bu zaman dözümsüz-
lüyün zorakılıq və ayrı-seçkiliyin  əsas səbəbləri kimi çıxış edən 
mədəni, sosial, iqtisadi, siyasi və dini mənbələri aşkara çıxarılır. 
Təhsil sahəsindəki siyasət və proqramlar ayrı-ayrı şəxslər arasın-
da olduğu kimi etnik, sosial, mədəni, dini və dil qrupları, habelə, 
millətlər arasındakı münasibətlərdə də qarşılıqlı anlaşmanın yax-
şılaşmasına, həmrəylik və dözümlülüyün möhkəmləndirilməsinə 
kömək etməlidir.
4.3. Dözümlülük  ruhunda  tərbiyə başqalarına münasibətdə 
qorxu və ayrı-seçkilik hissi yaradan təsirə qarşı yönəldilməlidir. O, 
gənclərdə müstəqil təfəkkür, tənqidi dərketmə bacarığının forma-
laşdırılmasına və əxlaqi dəyərlərə əsaslandırılmış mühakimələrin 
təkmilləşdirilməsinə kömək etməlidir.
4.4. Biz sosial elmlər sahəsində elmi tədqiqat proqramlarını və 
dözümlülük, insan hüquqları və qeyri-zorakılıq ruhunda tərbiyəni 


226
Gündüz İsmayılov
bəyənir və onun həyata keçirilməsinə hazır olduğumuzu elan edi-
rik. Bu, pedaqoji hazırlığın, tədris planlarının və  məşğələlərinin 
səviyyəsinin yüksəldilməsi və digər tədris materiallarının təkmil-
ləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. 
Habelə, buraya azadlığı qiymətləndirməyi, insan ləyaqəti və 
fərdiliyinə hörmət etməyi, münaqişələrin qarşısını almağı  və 
ya onları qeyri-zorakılıq vasitələri ilə  həll etməyi bacaran, digər 
mədəniyyətləri qəbul edən həssas və  məsuliyyətli vətəndaşların 
tərbiyəsi məqsədilə yeni təhsil texnologiyası da daxil edilmişdir.
Maddə 5 - Fəaliyyətə hazırlıq
Biz təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində 
proqram və  təsisatlardan istifadə edərək dözümlülüyün yayılma-
sına və qeyri-zorakılığın qarşısının alınmasına kömək etməyi 
öhdəmizə götürürük.
Maddə 6 - Dözümlülüyə həsr olunmuş Beynəlxalq gün
İctimaiyyəti səfərbər etmək, dözümsüzlükdə giz 
lənən təh-
lükəyə diqqəti cəlb etmək və dözümlülüyün yayılması və dözüm-
lülük ruhunda tərbiyəyə hər cür kömək göstərmək məqsədilə biz 
hər il noyabrın 16-nı dözümlülüyə həsr olunmuş Beynəlxalq gün 
kimi təntənə ilə qeyd edəcəyimizi elan edirik.


227
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
DÖZÜMLÜLÜK PRİNSİPLƏRİ HAQQINDA 
BƏYANNAMƏNİN HƏYATA KEÇİRİLMƏSİ
Baş konfrans
UNESCO-nun Nizamnamə ilə təhsil, elm (həm təbiət, həm də 
sosial elmlər), mədəniyyət və kommunikasiya sahələrində üzərinə 
qoyulan vəzifələrə uyğun olaraq dövlətlərin və xalqların diqqətini 
dözümlülük və dözümsüzlük kimi mühüm problematikanın bütün 
aspektlərinə aid olan problemlərə cəlb etməli olduğunu nəzərə ala-
raq,
UNESCO-nun 1995-ci il noyabrın 16-da elan edilmiş Dözüm-
lülük prinsipləri haqqında Bəyannaməni yada salaraq,
1. Üzv dövlətləri:
a) xüsusi tədbir və proqramların təşkili yolu ilə hər bir regi-
onda vətəndaşlar arasında tədris müəssisələri, hökumətlərarası və 
qeyri-hökumət təşkilatları və informasiya vasitələrinin birgə səyi 
ilə dözümlülük ideyalarının yayılması  məqsədilə  hər il noyab-
rın 16-nı dözümlülüyə  həsr olunmuş Beynəlxalq gün kimi qeyd 
etməyə;
b) dözümsüzlük və dözümsüzlüyü mədh edən rasizm, fa-
şizm və antisemitizm kimi ideologiyalarla bağlı olan təzahürlərin 
daha dərindən dərk edilməsi, habelə, bu problemlərin həlli üçün 
daha təsirli tədbirlərin görülməsi məqsədilə dözümlülük və  mə-
dəni plüralizm məsələlərinin elmi tədqiqinin nəticələrini və ic-
timaiyyət tərəfi ndən müzakirələrinin yekunlarını daxil etməklə 
mübadilə etmək istədikləri hər hansı bir məlumatın Baş direktora 
göndərilməsinə təkidlə çağırır.


228
Gündüz İsmayılov
2. Baş direktora:
a) imkan daxilində Prinsiplər haqqında Bəyannamənin mət-
ninin çox geniş yayılmasını təmin etmək və bu məqsədlə həmin 
mətni dərc etmək və onun təkcə Baş konfransın rəsmi dillərində 
deyil, habelə, imkan daxilində bir çox başqa dillərdə də yayılma-
sını təmin etmək;
b) Birləşmiş Millətlər Təşkilatı sistemi çərçivəsində digər 
partnyor təşkilatlarla birgə dözümlülük ideallarının və dözümlülük 
ruhunda tərbiyənin möhkəmləndirilməsi məqsədilə görülən işlərin 
əlaqələndirilməsi və qiymətləndirilməsinin müvafi q mexanizmini 
yaratmaq;
c)  Prinsiplər haqqında Bəyannaməni Birləşmiş Millətlər 
Təşkilatı Baş katibinin nəzərinə çatdırmaq və  bəyannaməni mü-
vafi q surətdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49/213 
qətnaməsinə uyğun olaraq Birləşmiş Miliətlər Təşkilatının Baş 
Məclisinin 51-ci sessiyasına təqdim etməsi xahişi ilə ona müraciət 
etmək təklif olunur.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə