Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə58/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

206
Gündüz İsmayılov
mühafi zə edilən türbənin  ətraf  ərazisində abadlıq işləri aparılıb, 
park salınıb.
Burada Pir Həsənin və yeddinci İmam Müseyi Kazımın qızı Xədicə 
xanımın qəbirlərinin olduğu bildirilir. Fəlsəfəyə və din tarixinə dair 
bir çox kitabların müəllifi , ilahiyyat elminin görkəmli nümayəndəsi 
Axund Hacı Mirzə Əbu Turab Axundzadə, məşhur xeyriyyəçi Hacı 
Zeynalabdin Tağıyev və qızı Sara xanım da burada dəfn ediliblər.
XIX  əsrin  əvvəllərində yerli mədən sahibinin vəsaiti ilə ti-
kilmiş Binə  qəsəbəsindəki  Möhsün Səlim məscidi uzun illər 
heç bir təmir-abadlıq işi aparılmadığına görə yararsız vəziyyətə 
düşmüşdü. Hətta, 1918-ci ildə erməni daşnaklarının atdığı top 
məscidin günbəzini deşmiş, çatlar əmələ  gətirmişdi. Sakinlərin 
müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Heydər 
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 
məsciddə bərpa işlərinə başlanılıb. 2006-cı il iyunun 15-də Prezi-
dent İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidə gələrək 
görülmüş işlərlə tanış olublar.
Məscid əsaslı şəkildə təmir edilib. Həyətində 100 nəfərlik salon, 
dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələr, din 
xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina 
tikilib, hər cür lazımi avadanlıqla təmin olunub. Həmçinin, ibadət evi 
dövlət tərəfi ndən qorunan tarixi abidələr siyahısına daxil edilib. 
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində 
yenidən qurulmuş ibadət evlərindən biri Xəzər rayonunun Buzov-
na qəsəbəsindəki Cümə  məscididir.  Məscidin tikintisinə 1896-
cı ildə başlanıb, 1900-cü ildə inşaat işləri yarımçıq qalıb. Sovet 
dövründə tikilidən anbar və dükan kimi istifadə olunub. 
2006-cı ilin dekabrında Mehriban Əliyevanın təşəbbüsü 
ilə  məscidin yenidən qurulması üçün smeta dəyəri 700 min ma-
nat olan layihə hazırlanıb. 2007-ci ilin fevral ayında başlanan ti-
kinti işləri 2009-cu ildə başa çatıb. 2009-cu il dekabrın 19-da 
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 
Cümə məscidinin açılışında iştirak ediblər.


207
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Buzovna Cümə məscidi.
Sahəsi 500 kvadratmetr olan məscid sal daşlardan inşa olunub, 
fasad  ərəb  əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Məscidin 
hündürlüyü 28 metr, o cümlədən günbəzin hündürlüyü 12 metrdir. 
İbadət evi ilə yanaşı, burada köməkçi və inzibati binalar, kişilər və 
qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib.
Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla bilər. Qadınların 
və kişilərin ayrılıqda ibadət etmələri üçün hər cür şərait yaradılıb. 
Məscidin birinci mərtəbəsi kişilərin, ikinci mərtəbəsi isə qadınla-
rın ibadəti üçün nəzərdə tutulub.
Qəbələ şəhərindəki Yeni məscid də Heydər Əliyev Fondunun 
sifarişi ilə tikilib. 2010-cu ilin mayında inşaat işlərinə başlanılıb və 
2013-cü ilin əvvəlində məscidin tikintisi başa çatıb. 2013-cü il fev-
ralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
məscidin açılışında iştirak edib.
Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlü-
yü isə 25 metrdir. Məsciddə eyni vaxtda 450 kişi, 150 qadın ol-
maqla ümumilikdə 600 nəfər mömin ibadət edə bilər. Məscidin 


208
Gündüz İsmayılov
divar və sütunlarına müqəddəs Qurani-Kərimdən surələr yazı-
lıb, dini rəmzlərlə bəzədilib. İbadət evində axund, dərs, kitabxa-
na, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi 
tikililər var. Həyəti yaşıllaşdırılıb, dekorativ ağaclar əkilib, müasir 
işıqlandırma sistemləri quraşdırılıb.
Heydər  Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş 
məscidlərdən biri də Bakının Binə  qəsəbəsindəki  İmam Rza 
məscididir. 2013-cü il iyunun 6-da məscid yenidənqurmadan son-
ra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı 
Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. 
Binə qəsəbəsi, İmam Rza məscidi.
Məscid, minarə  və xidməti otaqlardan ibarət komplek-
sin ümumi sahəsi 1800 kvadratmetrdir. Ibadət evinin hasarı 
tamamilə sökülərək yenidən tikilib, darvaza və metal barmaqlıq-
lar dəyişdirilib. Məscidin  əsas binasının bünövrəsində  bərkitmə-
gücləndirmə  və izolə  işləri aparılıb. Binanın və hündürlüyü 21 
metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən qu-


209
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
raşdırılıb. Qapı və pəncərələr dəyişdirilib, divar və tavanda bəzək-
tərtibat işləri aparılıb.
Məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkün-
dür. Burada istilik sistemi ilə  təchiz olunmuş döşəmə quraşdırı-
lıb. Məscidə gələn qadınların isə ikinci mərtəbədə ayrılmış yerdə 
ibadət etməsi nəzərdə tutulub.
Heydər  Əliyev Fondunun təşəbbüsü ilə  Mərdəkan qəsəbə-
sindəki Heydər Cümə məscidi də yenidən qurulub. 1893-cü ildən 
fəaliyyət göstərən məsciddə ötən illər ərzində heç vaxt əsaslı təmir 
işləri aparılmayıb. 2012-ci ildə yenidənqurma işlərinə başlanılıb. 
2013-cü il dekabrın 31-də Heydər  Əliyev Fondunun vitse-prezi-
denti Leyla Əliyeva əsaslı yenidənqurmadan sonra məscidin açılı-
şında iştirak edib.
Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi 
inşa edilib və eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün şərait yara-
dılıb. Məsciddə iki dəstəmazxana, kitabxana, mədrəsə, 180 nəfərlik 
mərasim zalı, müxtəlif yardımçı otaqlar yaradılıb, minarə tikilib. 
2007-ci ildə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - 
Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsində 
təmir-bərpa işləri aparılıb. Kilsəsinin asma tavanı bədii şüşələrlə 
əvəz edilib, məbədin fasadı dəyişdirilib. 
Həmçinin, 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və 
Roma Katolik dini icması arasında Anlaşma Memorandumu imza-
lanıb. Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma 
layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə 
yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni 
inkişafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 
İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm 
kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj 
texnikasında işlənmiş  bədii  şüşələrlə  əvəz edilib, eyni zamanda 
məbədin fasadında keramik panno yerləşdirilib. 
Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” 
Təhsil Mərkəzi də  “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə