Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə54/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

191
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
luğu və bunun real həyatda mənfi  təzahürlərinin hər gün müşahidə 
olunması heç kimə sirr deyil. 
Yaxın tarixə  nəzər saldıqda  Əfqanıstan, Pakistan, İraq, Misir, 
Liviya, Suriya, Sudan və s. ölkələrlə yanaşı, keçmiş sovet respubli-
kalarına Özbəkistanın, Rusiya Federasiyasının Dağıstan, Çeçenistan 
və digər  Şimali Qafqaz Respublikalarında da dini-siyasi zəmində 
qarşıdurmanın mövcudluğu məlumdur. Bu problemlərdən, demək 
olar ki, heç bir dövlət tam sığortalanmamışdır. Məsələnin ciddiliyi, 
Azərbaycanın həssas, böyük dövlətlərin maraqlarının toqquşduğu 
bir bölgədə yerləşdiyi nəzərə alınaraq, baş verə biləcək hadisələrin 
araşdırılması, məqsədyönlü tədbirlərin həyata keçirilməsi, sabitliyə 
və davamlı inkişafa mane olacaq problemlərin vaxtında qarşısının 
alınması mühüm rol oynayır. Bu baxımdan dinlə bağlı məsələlərə 
təkcə insan hüquqları  və milli-mənəvi dəyər prizmasından deyil, 
həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin 
borcu və müstəsna hüququdur. Əslində, bu borc dindən ayrı olma-
sına baxmayaraq, ölkədəki dinin duruma, vətəndaşların təhlükəsiz 
yaşamasına görə dövlətin daşıdığı məsuliyyətdən irəli gəlir.
Bu sahədə önəmli məsələlərdən biri də vicdan azadlığı pərdəsi 
altında qeyri-insani ideyaların yayılmasının, vətəndaşın digər hü-
quqlarının pozulmasının və ya məhdudlaşdırılmasının qarşısının 
alınmasıdır. Məsələn, hansısa təriqətin və ya sektanın yaranması-
nın, daha doğrusu, yaradılmasının arxasında şəxsi maddi maraqla-
rın dayanması çoxdan təsdiqini tapmış həqiqətdir. Sayentologiya 
təliminin banisi amerikalı Lafayette Ron Hubbard bu faktı  qısa 
və lakonik bir fi kirlə ifadə edir: “Əgər varlanmaq istəyirsənsə, 
öz sektanı yarat”. Deməli, vətəndaşların din adı altında hüquq-
larının qəsb olunmaması üçün qabaqlayıcı, zərurət yaranarsa, 
məhdudlaşdırıcı tədbirlərin görülməsi dövlətin vətəndaşları qarşı-
sındakı öhdəliklərindən irəli gələn borcudur. 
Bütün dünya ölkələrində, xüsusilə Azərbaycan kimi həssas re-
gionda yerləşən ölkələrdə vicdan azadlığının təmin olunması şərti 
ilə dövlətin din sahəsində tənzimləyici tədbirlər həyata keçirməsi 


192
Gündüz İsmayılov
zəruridir. Başqa sözlə, vicdan azadlığı hüququ ilə dövlətin milli 
və ictimai təhlükəsizliyini təmin etmək hüququ arasında incə bir 
xətt var. Dövlət özünün təhlükəsizliyini qorumaq hüququndan sui-
istifadə edərək vicdan azadlığına müdaxilə etməməli, dini qruplar 
isə vicdan azadlığı bəhanəsi ilə dövlətin təhlükəsizliyinə təhdid ya-
ratmamalıdırlar. 
Azərbaycan hökuməti qeyd olunan “incə  xətti” həmişə 
həssaslıqla nəzərə alır. Belə ki, hələ 2000-ci illərin  əvvəllərində 
dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözüm-
lülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaran-
mış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə  qədəm 
qoymuşdur. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Azərbaycan 
Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin yara-
dılması barədə fərman imzalanmışdır.  
Dövlət Komitəsi dini qurumlarla qarşılıqlı anlaşma şəraitində 
münasibətlər qurur və dini dözümlülük prinsiplərinə əməl olunma-
sı, tolerantlıq mühitinin qorunub saxlanması üçün atılan addımları 
dəstəkləyir və birgə tədbirlər həyata keçirir. 
Həmçinin, Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində dini 
ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat mate-
riallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. 
Zərərli dini ədəbiyyatın, yəni dinlərarası qarşıdurma yaradan, 
dini ekstremizmi və qeyri-humanist ideyaları  təbliğ edən, başqa 
dinlərə qarşı dözümsüzlüyü və ayrı-seçkiliyi, eləcə də dini duru-
mu gərginləşdirməyə xidmət edən dini ədəbiyyatın ölkəyə idxal 
edilməsi və yayılmasının qarşısı alınır. 
Bu işlərin görülməsi təbii prosesdir. Vətəndaşların, xüsusilə 
uşaqların və  gənc nəslin mənəvi sağlamlığını, eləcə  də ölkədə 
ta ri xən mövcud olmuş tolerantlıq  ənənələrini və dözümlü-
lük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritet 
vəzifələrindən biridir.
Ötən müddət  ərzində dini ədəbiyyata rəy verilməsi prosedu-
ru olduqca sadələşdirilmişdir. Eyni zamanda, dini ədəbiyyatın və 


193
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
dini əşyaların ölkəyə gətirilməsinə nəzarətin dini azlıqlara mənsub 
şəxslərə mənfi  təsir göstərməsi halı müşahidə olunmamışdır. 
Dövlət vətəndaşların  əqidə seçiminə hörmətlə yanaşmaqla 
bərabər, dini ekstremizmin, dözümsüzlük ideyalarının təbliğinin 
qarşısını qətiyyətlə alır. Dindən siyasi məqsədlər üçün istifadəyə 
çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini ge-
niş ləndirməsinə, dövlətçiliyimiz üçün təhlükə  mənbəyinə çev ril -
məsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənə-
lərinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-
istifadəsinə yol verilmir.
Ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin 
yüksək olması, dini əqidəsinə görə  vətəndaşlar arasında heç bir 
ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumlara öz ibadət 
evlərində hüquqi şəxs kimi sərbəst fəaliyyət göstərməyə, dini 
ayinləri yerinə yetirməyə, dini bayramlar və mərasimlər keçirməyə 
əlverişli şərait yaradır. Onların azad şəkildə ibadəti təmin olunur. 
Qeyri-islam dini icmalarına İslam təmayüllü icmalarla yana-
şı, digər məsələlərdə olduğu kimi, qeydiyyat zamanı da bərabər 
şərait yaradılır, onların sənədlərinin hazırlanması, qəbulu, 
qanunvericiliyə uyğunluğunun yoxlanılması və dövlət qeydiyyatı-
nın aparılması lazımi səviyyədə təşkil olunur. 
Qeyd edilməlidir ki, “Dini etiqad azadlığı haqqında” Qanu-
na  əsasən, qeyri-islam dini icmalarının xaricdə  fəaliyyət gös-
tərən dini mərkəzlərə tabe olmaq və tabeliyini dəyişdirmək hü-
ququ var. Həmçinin, təşkilati mərkəzləri xaricdə olan qeyri-is-
lam dini qurumları öz fəaliyyətində Azərbaycan Respublikası-
nın qanunvericiliyinə zidd olmayan hallarda həmin mərkəzlərin 
nizamnamələrini rəhbər tuta bilərlər. Hazırda qeyri-islam dini 
qurumlarının böyük əksəriyyətinin, o cümlədən Rus Pravoslav
Katolik, Lüteran, Gürcü pravoslav kilsələrinin dini mərkəzləri 
xaricdə yerləşir və bu kilsələrdə, eləcə də protestant və yəhudi dini 
icmalarında dini ayinlərə  rəhbərlik edən din xadimləri xaricdəki 
mərkəzlərdən təyin olunurlar. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə