176
Gündüz İsmayılov
(ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Fərdi
məlumatlar haqqında”, “Təhsil haqqında”, “Təhsil sahəsində ayrı-
seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi
barədə”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafi əsi haq-
qında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının
təsdiq edilməsi barədə”, “Sərbəst toplaşmaq azadlığı haqqında”,
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında”, “Siyasi partiyalar haqqında” və s. onlarla belə xarakter-
li Azərbaycan Respublikasının qanunlarını göstərmək olar.
Qəbul edilmiş yeni aktların aliliyi və həyatda öz əksini tapması
üçün dövlət səviyyəsində, dövlətin müvafi q qurumları vasitəsilə
mühüm tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda həyata
keçirilmiş və kütləvi informasiya vasitələrində işıqlandırılmış
tədbirlər bunun əyani sübutudur.
Bir sözlə, hazırda qüvvədə olan qanunvericilik cəmiyyətin in-
kişaf dinamikasına uyğun olaraq zamanın tələbinə, ümumi inkişaf
qanunauyğunluqlarına, indi və gələcəkdə yarana biləcək bütün növ
hüquqi münasibətlərin xarakterinə və tənzimlənməsinə, tolerantlıq
prinsiplərinə tam uyğun gəlir. Hətta, həmin aktlar dini aspektdən
mütərəqqi qanunlar hesab edilə bilər.
177
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ÖLKƏ DAXİLİNƏ YÖNƏLİK FƏALİYYƏT
Azərbaycan hökumətinin hazırda tolerantlıqla bağlı fəaliyyəti
iki istiqamətdə qurulub: ölkə daxilinə yönəlik və beynəlxalq aləmə
yönəlik fəaliyyət. Hər iki istiqamətin müxtəlif aspektləri var.
Məsələn, ölkə daxilinə yönəlik fəaliyyəti aşağıdakı kimi qruplaş-
dırmaq olar: tolerantlığın təşviq olunması, dini abidələrin bərpası
və yenilərinin inşası, dini qurumların fəaliyyətinin dəstəkləməsi,
dini ekstremizmə və radikalizmə qarşı mübarizə. Əslində, bu
istiqamətlərə Azərbaycan hökumətinin din siyasətinin elementləri
kimi də baxmaq olar.
Tolerantlığın təşviq olunması: Azərbaycanda fəaliyyət gös -
tərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant
münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə, əmək-
daş lığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə
əsaslanır.
Prezident İlham Əliyev Pravoslav Dini Mədəniyyət Mərkəzinin açılışında
178
Gündüz İsmayılov
Bəlkə də, bunu ümumi şəkildə tolerantlıq yox, dini konfes-
siyalar arasında əməkdaşlıq mühiti adlandırsaq, daha doğru olar.
Çünki əməkdaşlıq tolerantlığın daha yüksək formasıdır.
Hökumətin qarşısına qoyduğu məqsədlərdən biri bu mühiti
qoruyub-saxlamaq və inkişaf etdirməkdir. Bunun üçün bütün dini
konfessiyalara bərabər münasibət göstərilir, onların əməkdaşlığı
üçün münbit zəmin yaradılır. Eyni zamanda, tolerantlığın təşviqi
ilə bağlı çoxsaylı tədbirlər və konkret lahiyələr həyata keçiri-
lir. Bu istiqamətdə dövlət qurumları tərəfi ndən təşkil olunan və
ya dəstəklənən tədbirlər, demək olar ki, cəmiyyətin bütün sosial
təbəqələrini əhatə edir. Son on ildə bu cür tədbirlər dini icmalarla
yanaşı, dini və dünyəvi təhsil verən tədris müəssisələrində, idarə
və təşkilatlarda, yerli icra hakimiyyəti və hüquq mühafi zə orqanla-
rında, hətta, cəzaçəkmə müəssisələrində təşkil olunub. Tolerantlı-
ğın təşviqi ilə bağlı tədbirlər həm dövlət qurumları, xüsusilə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfi ndən, həm də hökumətin
dəstəyi ilə dini qurumlar və qeyri-hökumət təşkilatlarının xətti ilə
keçirilir.
Bakıda Xabad Or-Avner yəhudi Təhsil Mərkəzinin açılış mərasimi.
179
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Prezident İlham Əliyev və Vatikanın Dövlət Katibi Tarçizio Bertoni.
Bakıda Müqəddəs Məryəm Katolik kilsəsinin açılışı.
Onu da qeyd etmək lazımdır ki, bu gün Prezidenti İlham Əliyev
ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında
və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara,
xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bay-
ramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da
möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən
tədbirlərin icrasına nəzarət edir. Eyni zamanda, dövlət başçısı hər
il Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxü-
lislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsində iştirak edir.
Həmin iftar mərasiminə təkcə İslam dininin nümayəndələri deyil,
həm də digər dini konfessiyaların təmsilçiləri qatılırlar. Həmçinin,
dövlət tədbirlərinə, o cümlədən ölkə rəhbərliyinin qatıldığı bay-
ram və əlamətdar günlərlə bağlı mərasimlərə dini konfessiyaların
başçıları dəvət olunur, onların beynəlxalq konfrans və forumlarda
iştirakına hərtərəfl i dəstək verilir.
Azərbaycan hökuməti tolerantlığın təşviqi məqsədilə zərurət
yarandıqca lazım qədər maliyyə vəsaiti də ayırır. Maliyyə və sa-
180
Gündüz İsmayılov
iti dini qurumlarla yanaşı, həm də ayrı-ayrı təşkilatlara veri lir.
Məsələn, Prezident İlham Əliyev Azərbaycanda dini mədəniy yətin,
tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dia loqun təbliğinin
gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublika-
sının dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fon-
dundan “Dini Mədəniyyətin İnkişafı” Fonduna 3 milyon manat ay-
rılması barədə 2014 və 2015-ci illərdə sərəncamlar imzalayıb.
Prezident İlham Əliyev “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda çıxış edərkən.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan hökuməti tolerantlığın
təşviq edilməsi məqsədilə həm dini qurumların, həm də qeyri-
hökumət təşkilatlarının konkret lahiyələrini müxtəlif maliyyə qay-
naqlarından istifadə etməklə maliyyələşdirib. Məsələn, Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fon-
du indiyədək bir sıra yerli təşkilatların bu tipli lahiyələrinin icrası
üçün vəsait ayırıb.
Dostları ilə paylaş: |