Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə48/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

169
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
YENİ MƏRHƏLƏ – SÜRƏTLİ İNKİŞAF
Azərbaycanda dini və milli zəmində tolerant-
lıq hökm sürür, bütün xalqlar bir ailə kimi yaşayır. 
Əminəm ki, bu ölkəmizin gələcəyi üçün çox önəmli 
amildir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi 
dövrü üç mərhələyə bölmək olar: iqtisadi-siyasi böhran dövrü, sa-
bitlik və ilkin inkişaf dövrü, sürətli inkişaf dövrü. Ölkədə sabitliyin 
və inkişafın təməli Ulu Öndər Heydər  Əliyevin adı ilə bağlıdır. 
Şübhəsiz ki, onun əsasını qoyduğu və formalaşdırdığı idarəçilik 
sistemi olmasaydı, növbəti mərhələdə Azərbaycanın inkişafı in-
diki qədər sürətli getməyəcəkdi. Bu baxımdan ölkəmizin hər iki 
mərhələdə uğurlarının təməlində Heydər Əliyev siyasəti dayanır. 
Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inki-
şaf dövrü Prezident İlham  Əliyevin adı ilə bağlıdır. Başqa ifadə 
ilə desək, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər 
Əliyevin yolu ilə  gələcəyə doğru inamla və sürətlə irəliləyən 
Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-
mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin 
bərpası sahəsində regionun lider dövlətinə çevrilib, dünyada 
sürətlə inkişaf edən ölkələr sırasına daxil olub və dünya birliyinin 
layiqli hörmətini qazanıb.
Bütün sahələr üzrə inkişafın təməlində iqtisadi amil dayanır. 
Azərbaycanın sürətli iqtisadi inkişafı, təbii ki, din sahəsinə də öz 
təsirini göstərib. Nəticə etibarı ilə bu gün ölkədəki dini durum ötən 
əsrin doxsanıncı illəri ilə müqayisədə kifayət qədər dəyişib. Lakin 


170
Gündüz İsmayılov
Azərbaycan hökumətinin din siyasətinin mahiyyəti və prinsipləri 
zərrə  qədər dəyişikliyə  məruz qalmayıb. Çünki Ulu Öndər Hey-
dər  Əliyev Azərbaycan hökumətinin din siyasətinin  əsas prori-
tet və prinsiplərini xalqımızın və dövlətimizin milli maraqlarına, 
dövlətçilik prinsiplərinə, eləcə  də beynəlxalq normalara uyğun 
müəyyənləşdirib. 
Azərbaycan hökumətinin din siyasətinin proritet istiqamət lə-
rindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minil-
liklər boyu formalaşmış tolerantlıq  ənənələrini qoruyub saxla-
maq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə  təşviq və 
təbliğ etmək dövlətin din siyasətinin  əsas hədəfl əri sırasındadır. 
Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessi-
yalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin 
bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfrans-
lara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində 
açıq aydın görmək mümkündür. Əslində, Azərbaycandakı tole-
rantlığı ən yaxşı ölkənin dini mənzərəsi əks etdirir. Bu baxımdan 
Azərbaycanda dövlət-din münasibətlərinə  və mövcud vəziyyətə 
ötəri də olsa, nəzər salmaq yaxşı olardı.   
Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini 
müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər 
dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-
65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. 
Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə 
təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, 
lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin 
mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən 
Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravos-
lavlar),  İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ  və 
Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonla-
rının əhalisidir. 
Katoliklər və lüteranlar daha çox Bakı  şəhərində yaşayır-
lar. Vaxtı ilə  Şəmkir və Göygöl rayonlarında kompakt halda 


171
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ya şa mış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet 
hakimiyyəti tərəfi ndən departasiya edilmişlər. Digər protestant 
təriqətlərə  mənsub  şəxslərin sayı bir neçə min nəfərdir. Bunlar 
əsasən adventistlər, baptistlər,  əllincilər, Yehovanın  şahidləri və 
digərləridir. Onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.  
Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sina-
qoq var. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 
4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Al-
ban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-i Bakıda, 
2-i Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir.
İbadət evləri ilə yanaşı, respublikada xristian və  yəhudi dini 
tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında ba-
zar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, 
yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kurs-
ları və s. fəaliyyət göstərir. 
1 avqust 2015-ci ilin məlumatına görə, Dini Qurumlarla İş üzrə 
Dövlət Komitəsində 632 dini qurum dövlət qeydiyyatına alınmış-
dır. Onlardan 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si 
xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. 
Dövlətin din siyasətinin  əsas mahiyyəti və  məqsədi:  Azər-
baycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə 
dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fi kir, söz 
və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, döv-
lətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsip lə ri nə və 
normalarına, Azərbaycan Respublikasının qoşulduğu bey nəl  xalq 
müqavilələrə, ölkə  Kon s titusiyasına və digər normativ hüquqi akt-
lara əsaslanır.
Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respub-
likası fi kir, söz və vicdan azadlığı prinsiplərini gündəlik həyatda 
təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın 
ən vacib elementlərindən biri kimi, Azərbaycan Respublikası 
hökumətinin diqqət mərkəzindədir. Dövlət ölkədə və dünyada dini 
azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə