Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə61/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   56   57   58   59   60   61   62   63   64

218
Gündüz İsmayılov
Maddə 6
Bu Bəyannamənin 1-ci maddəsinə müvafi q olaraq və 1-ci 
maddənin 3-cü bəndinin müddəalarına riayət edilməklə fi kir, vic-
dan, din, yaxud əqidə azadlığına, o cümlədən aşağıdakı azadlıqlar 
daxildir:
a) ayinləri icra etmək, yaxud din və ya əqidə ilə bağlı yığışmaq 
və bu məqsədlər üçün yerlər saxlamaq;
b) müvafi q xeyriyyəçilik və humanitar yardım təsisatları yarat-
maq və saxlamaq;
c) dini mərasimlər, yaxud adətlər və ya əqidələrlə bağlı mü-
vafi q həcmdə lazımi əşya və materiallar istehsal etmək, almaq və 
onlardan istifadə etmək; 
d) bu sahələrdə müvafi q əsərlər yazmaq, nəşr etdirmək və yay-
maq;
e) din, yaxud əqidə  məsələlərini bu məqsədlər üçün yararlı 
yerlərdə tədris etmək;
f) ayrı-ayrı şəxslərdən və təşkilatlardan könüllü maliyyə yardı-
mı və digər ianələr istəmək və almaq;
g) bu və ya digər dinin, yaxud əqidənin ehtiyaclarına müvafi q 
onların başçılarını hazırlamaq, təyin etmək, seçmək, yaxud varis-
lik hüququna əsasən təyin etmək;
h) istirahət günlərinə  əməl etmək və din, yaxud əqidənin 
göstərişlərinə müvafi q  bayramları keçirmək və  mərasimləri icra 
etmək;
i) din, yaxud əqidə sahələrində ayrı-ayrı  şəxslər və icmalar 
arasında milli və beynəlxalq səviyyələrdə  əlaqələr yaratmaq və 
saxlamaq.
Maddə 7
Bu Bəyannamədə elan edilən hüquq və azadlıqlar milli 
qanunvericilikdə elə  təqdim edilir ki, hər bir insan bu hüquq və 
azadlıqlardan təcrübədə istifadə edə bilsin.


219
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Maddə 8
Bu Bəyannamədə heç nə  İnsan hüquqları haqqında ümumi 
bəyannamədə  və  İnsan hüquqları haqqında beynəlxalq paktlarda 
müəyyən edilmiş  hər hansı hüquqların məhdudlaşdırılması kimi 
yozulmamalıdır.


220
Gündüz İsmayılov
DÖZÜMLÜLÜK PRİNSİPLƏRİ HAQQINDA
BƏYANNAMƏ
                                                                                      
UNESCO, 16 sentyabr 1995.
Preambula
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində  bəyan edi-
lənləri  yadda saxlayaraq: “Biz, Birləşmiş Millətlərin xalqları 
gələcək nəsilləri müharibə fəlakətlərindən xilas etmək qətiyyətilə... 
insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə 
inam hissini yenidən təsdiq etmək... və bu məqsədlərlə dözümlü-
lük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc 
yanaşı yaşamaq”, UNESCO-nun 1945-ci il noyabrın 16-da qəbul 
olunmuş Nizamnaməsinin Preambulasında qeyd edilənləri  yada 
salaraq: “dünya bəşəriyyətin intellektual və  əxlaqi həmrəyliyinə 
əsaslanmalıdır”, insan hüquqları haqqında ümumi bəyannamədə 
elan edilənləri eyni zamanda yada salaraq: “hər bir insan fi kir, vic-
dan və din azadlığı hüququna malikdir” (maddə 18), “məslək azad-
lığına və onların azad ifadə edilməsinə “ (maddə 19), həmçinin, 
təhsil “bütün xalqlar, irqi və dini qruplar arasında həmrəyliyə
dözümlülüyə və dostluğa kömək etməlidir” (maddə 26), müvafi q 
beynəlxalq aktları, o cümlədən aşağıdakıları nəzərə alaraq:
- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, 
-  İqtisadi, sosial və  mədəni hüquqlar haqqında Beynəlxalq 
Pakt,
- İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqın-
da Beynəlxalq Konvensiya,
- Soyqırımı cinayətinin qarşısının alınması  və ona görə 
cəzalandırma haqqında Konvensiya,
-  Uşaq hüquqları Bəyannaməsi,


221
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
- Qaçqınların statusu haqqında 1951-ci il konvensiyası və qaç-
qınların statusuna dair 1967-ci il Protokolu, habelə, bu sahədə re-
gional hüquqi aktlar,
- Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv 
edilməsi haqqında Konvensiya,
- İşgəncələr və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti 
alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya,
- Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin 
bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə,
- Milli və ya etnik, dini və dil azlıqlarına məxsus şəxslərin hü-
quqları haqqında Bəyannamə,
- Beynəlxalq terrorçuluğun ləğvi tədbirləri haqqında Bəyan-
na mə,
- İnsan hüquqları haqqında Vyana Bəyannaməsi və insan hü-
quqları üzrə Ümumdünya konfransının fəaliyyət proqramı,
- Kopenhagendə yüksək səviyyədə keçirilən Ümumdünya 
kon fransının fəaliyyət proqramı,
- UNESCO-nun İrq və irqi xurafat haqqında Bəyannaməsi,
-  UNESCO-nun Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haq-
qında Konvensiya və tövsiyələri, irqçilik və irqi ayrı-seçkiliyə qarşı 
mübarizə üzrə fəaliyyətin üçüncü Onilliyinin, Birləşmiş Millətlər 
Təşkilatının insan hüquqları sahəsində  təsisatları Onilliklərinin 
və dünyanın yerli xalqlarının Beynəlxalq onilliyinin məqsədlərini 
yada salaraq, UNESCO Baş konfransının 27 m/5.14 qətnaməsinə 
uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının  İli çərçivəsində 
dözümlülüyə  həsr olunmuş  məhəlli konfranslarının, habelə, 
Birləşmiş Millətlər Təşkilatının  İli proqramı üzrə üzv dövlətlər 
tərəfındən təşkil olunmuş digər konfrans və müşavirələrin nəticə və 
tövsiyələrini nəzərə alaraq, son vaxtlar milli, etnik, dini və dil az-
lıqlarına, qaçqınlara, fəhlə-mühacirlərə, mühacirlərə, cəmiyyətdə 
sosial cəhətdən daha az müdafi ə olunan qruplara qarşı artmaqda 
olan dözümsüzlük, zorakılıq, terrorçuluq, ksenofobiya, mürtəce 
millətçilik, irqçilik, antisemitizm, ögey münasibət, marqinallaş-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə