114
Gündüz İsmayılov
Prezident İlham Əliyev, Şeyxülislam Allahşükür Paşazadə və
arxiyepiskop Aleksandr.
Tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini az-
lığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda, onun öz inancına
uyğun yaşamasına mane olmamalıdır. Etiraf edək ki, tolerantlığın
minimum şərtlərinin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə
nümunə göstərmək mümkündür. Lakin bu şərtlərin tələblərindən
artıq tolerant cəmiyyət tapmaq, nəinki tarixdə, hətta, XXI əsrdə
belə, müşkül məsələdir. Çünki belə cəmiyyətin formalaşması
üçün yüzilliklər yox, minilliklər lazımdır. Ancaq bu, həqiqətdir
ki, Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın
minimum şərtlərini və tələblərini çoxdan ötüb. Azərbaycanlılar
tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına
uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta, öz inancları-
na uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək,
azərbaycanlılar tarixən dini azlıqların himayədarı və mühafi zəçisi
qismində çıxış ediblər. Bu, təkcə azərbaycanlıların deyil, dini az-
lıqların nümayəndələrinin də etiraf etdikləri həqiqətdir. Məsələn,
Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri
115
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Boris Simanduyev rəsmi tədbirlərin birində bəyan etmişdir ki,
yəhudilər öz adət-ənənələrini qoruyub saxlamalarına və bu günə
qədər gətirib çıxarmalarına görə, müsəlman Azərbaycan xalqına
borcludurlar.
Bu cür faktlar və nümunələr kifayət qədərdir. Hətta, onların
içərisində elə nümunələr var ki, dünyanın hansısa ölkəsində və ta-
rixin hansısa səhifəsində oxşarını tapmaq qeyri-mümkündür.
Hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi
qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağ-
lı tədbirlərdə bir araya gəlirlər. Başqa sözlə, dini konfessiyaların
rəhbərlərinin görüşü, hətta, bir süfrə arxasında əyləşmələri və
şəkil çəkdirmələri protokol qaydalarından kənara çıxmır. Lakin bu
cür protokol qaydaları Azərbaycanda fəaliyyət göstərən dini kon-
fessiyaların rəhbərləri üçün yaddır. Onlar, Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravos-
lav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepisko-
pu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix
Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və Avropa
yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç bir-birilərinə
dost, qardaş münasibəti göstərirlər. Dini liderlərin Şeyxülislamın
ağsaqqallığı ilə tez-tez görüşmələri, məsləhət-məşvərət etmələri,
müxtəlif tədbirlərdə birgə iştirak etmələri adi haldır. Əslində, onla-
rın Şeyxülislamı ağsaqqal kimi qəbul edərək onun ətrafında könüllü
birləşmələri qarşılıqlı güzəşt yox, qarşılıqlı hörmət və Azərbaycan
xalqına xas Ağsaqqallıq institutunun dini sahəsində özünü təsdiq
formasıdır. Bu, dini liderlər arasında təkcə qarşılıqlı hörmət yox,
həm də qarşılıqlı etimad deməkdir. Onların bu cür birliyinə çox-
ları heyrət və qibtə edir. Axı qibtə etməmək mümkün də deyil!
Təsəvvür edin ki, Şeyxülislam mübarək Ramazan ayında iftar
süfrəsi təşkil edir və iftar süfrəsində ölkə Prezidenti cənab İlham
Əliyevin sağında Şeyxülislam, solunda isə digər dini konfessiyala-
rın rəhbərləri əyləşirlər. Üstəlik, iftar süfrəsində yalnız Şeyxülislam
deyil, digər dini konfessiyaların nümayəndələri də çıxış edirlər.
116
Gündüz İsmayılov
Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsi.
Başqa bir nümunə: müsəlmanların Ramazan ayında təşkil
etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak
etməsi praktikası mövcuddur. Eyni zamanda, başqa dinə mənsub
dövlət başçılarının, səfi rlərin müsəlmanlar, xüsusilə müsəlman
din xadimləri və diplomatları üçün protokol xatirinə də olsa, if-
tar verməsi ənənəsi də var. Amma hansı ölkədə xristian icması
müsəlmanlar üçün iftar süfrəsi təşkil edir? Çətin ki, Azərbaycandan
başqa belə bir ölkə tapılsın. Maraqlısı odur ki, bu ənənənin əsası
tolerantlıq mühitinin daha çox hakim olduğu hansısa şəhərdə - Ba-
kıda, Sumqayıtda, Gəncədə yox, Qəbələ rayonunda qoyulub. Bu
rayonun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianların
məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil
etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib.
Yeri gəlmişkən qeyd edək ki, Qafqaz Albaniyasının mədəni
və mənəvi varisi sayılan udilər yüzilliklər ərzində öz etnik və
dini kimliklərini qoruyub saxlayıblar. Nic qəsəbəsi Böyük Qaf-
qaz dağlarının ətəyində, geniş düzənlikdə yerləşir. İslam dini
Azərbaycanda yayıldıqdan sonra Nic qəsəbəsinin ətrafında, yüz
117
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
kilometrlərlə radiusda müsəlmanlar yaşayıb, lakin udilər kom-
pakt halda mövcudluqlarını saxlayıblar. Dünyada yüksək dağlıq
ərazilərdə müxtəlif etnik qrupların öz mövcudluqlarını saxlamaları
ilə bağlı xeyli nümunələr var. Lakin düzənlik ərazidə fərqli dini
mənsubiyyətə malik azsaylı xalqın kompakt halda mövcudluğunu
saxlaması nadir hadisədir. Bu, yalnız Azərbaycana və Azərbaycan
tolerantlığına xas nümunədir.
Əslində, udilərin keçdiyi uzun tarixi yol və Nic qəsəbəsindəki
bugünkü dini mühit Azərbaycanın tolerantlıq salnaməsinin ən
parlaq səhifələrindəndir. Tarixi Alban kilsəsi Çar Rusiyasının
məqsədyönlü siyasətinin nəticəsi kimi ləğv edilərək səlahiyyətləri
və mülkiyyəti Erməni Qriqoryan kilsəsinə verilən zaman udilər
buna qəti etiraz etmiş, nümayişkaranə şəkildə siyasi hakimiyyətə
qarşı çıxmaqdan çəkinməmişlər. Həmin dövrdə udilərin iki seçi-
mi var idi: onlar ya Erməni Qriqoryan kilsəsinin tabeliyinə ke-
çib erməniləşməli, ya da ümumiyyətlə, kilsəyə getməkdən imti-
na etməli idilər. Udilər ikincini seçdilər və erməniləşib xristian
qalmaqdansa, kilsəyə getməməyi üstün tutdular. Tarixdə bu cür
hallara çox az rast gəlinir. Udilər 150 ildən artıq gözləmiş, yal-
nız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz kilsələrini
bərpa etmək imkanı qazanmışlar.
Bu gün tarixi Alban-udi kilsəsinin fəaliyyət göstərdiyi Nic
qəsəbəsi bütün dünya üçün kiçik tolerantlıq modeli ola bilər.
Qəsəbədə xristian udilərlə yanaşı, müsəlmanlar da yaşayır və
məscid fəaliyyət göstərir. Gün ərzində həm azan, həm də kilsə
zənginin eşidildiyi Nic qəsəbəsində indiyədək bir dəfə də olsun,
müsəlmanlarla xristianlar arasında kiçik qarşıdurma belə yaşan-
mayıb. Əksinə, onlar birlikdə yaşamağın ən gözəl nümunəsini ya-
ratmaq üçün qarşılıqlı güzəştə getməkdən heç vaxt çəkinməyiblər.
Ona görədir ki, bu gün Nic təkcə azərbaycanlıların deyil, hər
gün yüzlərlə əcnəbinin ziyarət etdiyi, heyranlığını və heyrətini
gizlətmədiyi tolerantlıq möcüzəsidir.
Dostları ilə paylaş: |