Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə30/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

104
Gündüz İsmayılov
To l e r a n t l ı ğ a 
zəmin yaradan iqti-
sadi amillərdən da-
nı şarkən, ilk növ-
bədə Azər baycanın 
ta rixi  İpək yolunun 
üzərində yerləşməsi 
xüsusi qeyd olunma-
lıdır. Uzaq Çin 
dən 
başlayan və Avropa-
nın qurtaraca 
ğında 
bitən  İpək yo 
luna 
təkcə ticarət yo lu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla 
həm ipək və müxtəlif məhsullar daşınmış, həm də insanlar, fərqli 
dinlər, mə dəniyyətlər səyahət etmişdir. Nəticədə Azərbaycan xal-
qı müxtəlif mədəniyyətlərlə, dini, fəlsəfi  cərəyanlarla tanış olmuş, 
hətta, bəzən onların nümayəndələrinə sığınacaq belə vermişdir.
Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, 
həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə 
məşğul olmuşlar. Onları ölkəmizə cəlb edən yalnız vergi güzəştləri 
deyil, eyni zamanda, mədəni və mənəvi mühit idi. Müxtəlif etnik 
və dini qruplara mənsub olan tacirlər heç bir ayrı-seçkiliyə məruz 
qalmır, rahat və təhlükəsiz şəraitdə öz inanclarına uyğun yaşayır-
dılar. Tarixdə fərqli dinə və etnik qrupa mənsub olan hansısa ta-
cirin buna görə ayrı-seçkiliyə  məruz qalmasına dair bir dənə  də 
olsun fakt yoxdur. Əksinə, bu qəbildən olan tacirlərə dövlət və 
yerli əhali tərəfi ndən hörmət və dözümlü münasibət göstərilməsini 
təsdiqləyən onlarla fakt mövcuddur. Bu fi kri  təsdiqləyən  ən ba-
riz nümunə Azərbaycanda ticarətlə  məşğul olan katoliklərin və 
atəşpərəstlərin ölkəmizdə öz inanclarına uyğun ibadət etmələri 
üçün monastır və atəşgah tikmələridir. Azərbaycanda venesiyalı 
tacirlərin himayəsində katolik monastırlarının olması, hindistanlı 
tacirlərin isə Bakıda Atəşgah tikmələri hər kəsin bildiyi həqiqətdir. 
Tarixi İpək yolu.


105
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Əslində, fərqli dinlərin mənsublarının Azərbaycanda ticarətlə 
məşğul olması yerli əhali üçün də olduqca sərfəli idi. Çünki ticarətin 
inkişafı həm dövlətin, həm də insanların rifah halını yaxşılaşdırırdı. 
Başqa sözlə, tacirlər sərbəst ticarətlə məşğul olur, etiqadlarını yaşayır, 
yerli əhali isə onlara iqtisadi və mənəvi cəhətdən əlverişli mühit yara-
daraq sosial rifah halını yaxşılaşdırırdı. Təbii ki, hər iki tərəfi n iqtisa-
di baxımdan maraqlı olduğu belə bir mühitdə tolerantlığın, qarşılıqlı 
hörmətə əsaslanan dözümlülük ənənələrinin formalaşması labüd idi.    
Bəzən Azərbaycanda tolerantlıq mədəniyyətinin formalaş-
masının səbəblərindən danışılarkən yalnız Quzey Azərbaycanla 
bağlı  məqamların üzərində dayanılır. Məsələn, xalqımızın tole-
rantlığı  təkcə Quzeydəki tarixi mühitlə  şərtləndirilir. Halbuki, 
Azərbaycan xalqının yayıldığı və yaşadığı areal Azərbaycan Res-
publikasının  ərazisindən daha böyükdür. Eyni zamanda, dünya 
azərbaycanlılarının sayı Azərbaycan Respublikasının  əhalisinin 
sayından ən azı beş dəfə çoxdur. Deməli, xalqımızın tolerantlığı-
nın səbəblərini ərazi və əhalicə daha böyük miqyasda araşdırmaq 
lazımdır. Belə yanaşıldıqda tolerantlığımızın səbəblərindən biri 
kimi sosial-iqtisadi amil daha qabarıq nəzərə çarpacaq. Məsələn, 
Uzaq Şərqi, xüsusilə Çini, Hindistanı və Orta Asiyanı Avropa və 
Ərəb dünyası ilə birləşdirən yeganə “körpü” – Xəzər dənizi ilə 
Fars körfəzi arasındakı quru ərazinin böyük bir qismində tarixən 
azərbaycanlılar yaşamışlar. Təkcə  İpək yolu deyil, həm də onun 
ucqarlara uzanan qolları belə son nəticədə bu ərazidə birləşmişdir. 
İpək yolunun, xüsusilə bu coğrafi yanın  ən önəmli nöqtəsi bütün 
tarixi dövrlərdə Təbriz şəhəri olmuşdur. Azərbaycanlıların böyük 
coğrafi   ərazidə yaşamalarının tolerantlıq baxımından başqa üs-
tün cəhətləri də var. Xəzər dənizindən Tifl isə qədər, Dərbənddən 
Həmədan və  Zəncana, Gilandan İraqa, Anadoluya kimi uzanan 
bu  ərazilərdə azərbaycanlılarla qonşuluq edən və iç-içə yaşayan 
onlarla xalq və yüzlərlə etnik qrup olmuşdur. Bu xalqlar arasın-
da formalaşmış sosial-iqtisadi münasibətlər və mədəni mühit son 
nəticədə tolerantlığı daha da möhkəmləndirmişdir.


106
Gündüz İsmayılov
Dini-mədəni amil: din insanların ümumilikdə  cə miy yətin 
digər dinlərə  və xalqlara münasi bətini müəyyən ləş dirən başlıca 
amil lər dən biridir. Çünki insanların dünyagörüşü,  əxlaqı, həyat 
tərzi daha çox din əsasında formalaşır. Təbii ki, ən uzağı bir əsr 
öncəni götürsək, din cəmiyyətin həyatında indikindən qat-qat artıq 
rol oynayıb. O dövr üçün nəinki dinsiz cəmiyyəti, hətta, dindən 
uzaq insanı belə  təsəvvür etmək çox çətindir. Yəqin, elə buna 
İrfan mədəniyyətinin görkəmli nümayəndəsi 
Seyid Yəhya Bakuvinin türbəsi (İçərişəhər)
görədir ki, mütəxəssislər tolerant cəmiyyətin sirrini daha çox din 
amilində axtarırlar. Bunu hətta standart və  qəti  fi kirlə belə ifadə 
edirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə 
də, bu fi krin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İs-
lam dinidir. On üç əsrdir ki, İslam Azərbaycan ərazilərində yayılıb 
və bu coğrafi yada aparıcı dinə çevrilib. 
Şübhəsiz ki, İslam tolerant din olmasaydı, onun mənsublarının 
yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti 
formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlı-
ğının əsas səbəblərindən biri də din amili – İslamla bağlıdır. 


107
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
İslamdakı tolerantlığın səbəbini bu dinin iki əsas qaynağında – 
Qurani-Kərim və Məhəmməd peyğəmbərin sünnəsində axtarmaq 
lazımdır. Hər iki qaynaqdan az-çox xəbəri olanlar bilirlər ki, İslam 
seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, et-
nik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. Dinimizə görə, 
bütün insanlar və millətlər bərabərdir, ali irq, ali millət anlayışı 
yoxdur. Qurani-Kərim buyurur: “Ey insanlar! Biz sizi bir kişi və 
bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi ta-
nıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və  qəbilələrə 
ayırdıq...” (Əl-Hucurat, 13). 
Peyğəmbərimizin hədisi-şərifi ndə bu fi kir daha da konkret ləş-
dirilir: “Heç bir ərəb qeyri-ərəbə nisbətən hansısa üstünlüyə ma-
lik deyil. Eləcə  də qeyri-ərəb zənciyə nisbətən, zənci ağ adama 
nisbətən hansısa üstünlüyə malik deyil”. 
Qurani-Kərimdə insanlara bəyan edilir: “Dində  məcburiyyət 
(zorakılıq) yoxdur...” (Əl-Bəqərə,256); “...İnsanları iman gətirməyə 
sənmi məcbur edəcəksən?!” (Yunus,99). 
Göründüyü kimi, İslam prinsipial şəkildə insanların vicdan və 
seçim azadlığına müdaxilə edilməsinə icazə vermir. Hətta Pey ğəm-
bər belə olsa, o, insanları inanmağa məcbur edə bilməz.  İnsanlar 
inanıb-inanmamaqda sərbəstdirlər. Peyğəmbər yalnız təbliğ edən 
və düz yolu göstərəndir. “Və de: “Haqq Rəbbinizdəndir. Kim is tə-
yir inansın, kim də istəyir inanmasın (kafi r olsun)...” (Əl-Kəhf, 29). 
İslama görə, əsl müsəlman əlindən, dilindən başqasına ziyan 
dəyməyən insandır. Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 177-ci 
ayəsində buyurulur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü gün-
çıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl 
sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın na-
zil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) 
məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmaya-
raq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu 
qurtarıb yolda qalan) müsafi rə (yolçulara), dilənçilərə və qulların 
azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə