Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə27/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

93
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ki onların bir çoxu İslam dinini yenicə  qəbul edib, ordu sıraları-
na yazılmışdılar. Hətta, bəzi hədis mənbələrində Həzrət Osmanın 
xəlifəliyi dönəmində Azərbaycanın fəthinə yollanmış Hüzeyfə ibn 
əl-Yəmənin qoşununda dini biliklərin yetərsizliyi səbəbindən Qura-
nı fərqli şəkildə oxumaq üzərində əsgərlər arasında ixtilaf yarandığı 
da qeyd edilmişdir. Lakin buna baxmayaraq, qoşunun tərkibində 
dini yaxşı bilən, onun təbliği ilə vəzifələndirilənlər az deyildi. İsla-
mın mədəni gücünün artdığı IX əsrin sonu – X əsrin əvvəllərində 
isə dini qəbul etmiş yerli əhali özü onu yaymağa başladı.
Həzrət  Əlinin hakimiyyəti dövründə (656-661) işğal olun-
muş Azərbaycan torpaqlarında yerləşdirilmiş ərəblər yerli əhalini 
İslama daha intensiv dəvət edirdilər. Məhz həmin dövrdə Cənubi 
Azərbaycanın baş  şəhəri olan Ərdəbildə o zaman Azərbaycanın 
hakimi təyin edilmiş əl-Əşas ibn Qeys məscid tikdirmişdi.
İlk vaxtlar belə  məscidlər ancaq ərəb qəbilələrinin yerləş di-
rildikləri şəhərlərdə fəaliyyət göstərirdisə, sonralar Azərbaycanın 
hər yaşayış məntəqəsində kiçik və böyük məscidlər tikildi. İslamın 
yayılmasında dini ayinlərin  əyani surətdə  təbliğ  və icra edildiyi 
məscidlərin  əhəmiyyətli rol oynadığı  şübhəsizdir. Çünki ibadət 
yerinin bütün dinlərdə olduğu kimi, İslam dinində  də  təsiredici 
qüvvəsi var. Ərəb fəthləri dövründə də din təbliğçiləri bu məsələyə 
önəm verərək,  əvvəlcə ibadət üçün xüsusi yer ayırar, sonra isə 
məscid binası inşa edilməsi qayğısına qalardılar. İbadətdə iştirak 
edənlərin sayından asılı olaraq namaz məscid binasının içində, dini 
bayram və cümə günlərində isə hətta, onun ətrafındakı ərazidə qı-
lınardı. Daha sonra isə cümə namazlarının elliklə icra edildiyi və 
“Came” adı verilən böyük məscidlər inşa olundu. Artıq X əsrdə 
Azərbaycanın, demək olar ki, bütün şəhərlərində Came məscidləri 
vardı.
Məscidlər təkcə ibadət yerləri sayılmırdı. Onlardan, həmçinin, 
əhali arasında mədəni-maarif işinin aparılması, siyasi, ictimai-iq-
tisadi məsələlərin həllində ümumi toplanış yeri kimi də istifadə 
olunurdu. Fərmanlar, vəqfnamələr, fətvalar və s. sənədlər əhaliyə 


94
Gündüz İsmayılov
məhz məscid minbərlərindən çatdırılırdı. Məscidlər ilk vaxt-
lar, həmçinin, ideoloji mərkəz, siyasi hakimiyyət aparatı, hərbi 
qərargah funksiyasını da daşıyırdı. Çünki xilafətin hər yerində ol-
duğu kimi, işğal qoşunlarında da sərkərdə həm mülki rəis, həm də 
regionun ən rütbəli ruhanisi hesab olunurdu.
Tədris işi də məscidlərdə cəmləşmişdi. Məscid nəzdində ay-
rıca tədris binalarının tikilməsi, dini məktəb və mədrəsələrin ya-
radılması VIII əsrin sonu, IX əsrin əvvəllərinə təsadüf edir. Lakin 
Abbasilər Xilafəti dövründən başlayaraq (751-ci ildən) məscidlər 
yalnız ibadətgah və dini ayinlərin icra edildiyi məkanlara çevrildi.
Azərbaycanın fəthindən sonra ərəblərin himayəsi altında olan, 
öz dini etiqadlarını saxlayan, “zimmi” adlandırılan yerli əhali 
var-dövlətindən asılı olaraq can vergisi (cizyə) verməyə davam 
etmişdir. Bu verginin alınması Qurani-Kərimə  əsaslanır:  “Kitab 
əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın 
və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və 
haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz 
əlləri ilə cizyə verincəyə qədər vuruşun” (ət-Tovbə, 29).  Lakin 
Əməvilər sülaləsinin hakimiyyəti dövründə öz şəxsi mənfəətlərini 
güdən xəlifə canişinləri Qurani-Kərimin bu buyuruğunu poza-
raq, artıq yeni müsəlmanlardan – məvalilərdən də can vergisi al-
mağa başlayıb. Təbii ki, bu xalq kütlələrinin narazılığına səbəb 
olub. Bunun nəticəsində  xəlifə II Ömər (717-720) canişinlərə 
yeni müsəlmanlardan cizyə toplamağa qadağa qoysa da, onun 
ölümündən sonra can vergisinin alınması yenidən bərpa edilib və 
narazılıqlar yenidən baş qaldırıb.
VIII  əsrin  əvvəllərində  İslam dini Azərbaycanda geniş ya-
yıldığı və hakim din olduğu şəraitdə Albaniyanın bir hissəsində, 
xüsusilə Qarabağın dağlıq hissəsində xristianlıq  əvvəlki mövqe-
yini saxlaya bilmişdi. Kitab əhli olduqlarına görə, ərəblər burada 
xristianlığa toxunmadılar. Xristianlığın ilk vaxtlarından burada Al-
ban kilsəsinin hakim olmasına baxmayaraq, onunla erməni qriqo-
rian kilsəsi arasında əsrlər boyu davam edən mübarizə gedirdi.


95
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bu dövrdə bütpərəstlik və zərdüştiliyin əhəmiyyətini itirməsinə 
baxmayaraq, “əhli kitab”dan sayılan yəhudilik də mövcudluğunu 
qoruyub saxlaya bilmişdi. İslama mənsubluq şüuru güclənsə də, et-
nik köklərlə bağlılıq tamamilə itib getməmişdi. Bunu Abbasilərin 
hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik və Babəkin baş-
çılığı ilə aparılan xürrəmilər hərəkatlarında (816-838) daha aydın 
görmək mümkündür.
Beləliklə, Azərbaycana yayılmağa başladığı ilk vaxtdan 
etibarən İslam dini sinfi , milli, dini, cinsi və ailə münasibətlərini 
özünəməxsus şəkildə müəyyən edib, dövlətlərarası münasibətlərdə 
din amilinin rolunu ön plana çəkən nizam formalaşdırdı. O, ölkə 
daxilində  vətəndaşların həyatının bütün sahələrinə nüfuz edərək 
onları yenidən nəzərdən keçirib sahmanlayıb və yeni dini hüquq 
normaları yaratmağı bacardı. 


96
Gündüz İsmayılov
AZƏRBAYCAN XALQININ TOLERANTLIĞININ 
SƏBƏBLƏRİ
Ceymis Simit adlı ingilis jurnalist Azərbaycanla bağlı yazı ha-
zırlamaq üçün Bakıya gəlir. Dediyinə görə, öncədən qərara alır ki, 
Azərbaycanın neftindən və xalçasından yazsın. Ölkəmizlə qiyabi 
tanışlığı internetdən başlayır. Öyrənir ki, yəhudilər Azərbaycanda 
2600 ildir yaşayır və Qafqazda tikilmiş ilk kilsə olan Kiş məbədi 
ölkəmizdə yerləşir.  İngilis jurnalist fi krini dəyişir. O, VII əsrdən 
İslamın aparıcı din olduğu Azərbaycanda yəhudi, xristian və 
müsəlman icmalarının birlikdə necə yaşamaları ilə maraqlanır. 
C.Simitin sözlərinə görə, Azərbaycandakı tolerantlığı, dini və et-
nik müxtəlifl iyi  görmək, fərqinə varmaq çox çəkmir. Amma əsl 
məsələ bundan sonra başlayır.  Şərq ölkəsində  cəmiyyətin bütün 
təbəqələrinə sirayət etmiş tolerantlığın formalaşma səbəblərini 
öyrənmək istəyir. Buna görə də, görüşdüyü və tolerantlıq barədə 
söhbət etdiyi hər kəsdən Azərbaycandakı dözümlülük ənənələrinin 
səbəbini soruşur.  İngilis yazar deyir ki, görüşdüyü hər kəs 
Azərbaycanın tolerant ölkə olduğunu söyləyir, bununla bağlı çox-
saylı nümunələr gətirirdilər. Mən isə hey “niyə”, “niyə” deyə sual 
edirdim. Amma axırda başa düşdüm ki, “niyə” sualının cavabını 
hələ azərbaycanlılar özləri tam aydınlaşdıra bilməyiblər. 
Əslində, ingilis jurnalist qənaətində haqlıdır. Təəssüf ki, Azər-
baycanın tolerantlıq mədəniyyətini, onun səbəb və nəticələrini hələ 
də tam tədqiq etməmişik. Azərbaycan tolerantlığının praktiki tərəfi  
ilə yanaşı, elmi-nəzəri tərəfi nin də tədqiq olunması xüsusi əhəmiyyət 
kəsb edir. Sevindirici haldır ki, son illər bu istiqamətdə kifayət qədər 
önəmli addımlar atılır və böyük layihələr həyata keçirilir. 
Şübhəsiz ki, ölkəmizdəki tolerantlığı əsrlər, hətta, minilliklər 
boyu formalaşmış dözümlülük mədəniyyətini bir və ya bir neçə 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə