Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə15/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

53
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
dövrün bir çox aliminə – Platona, Aristotelə, Hermippinə və baş-
qalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini 
statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni 
İslamın yayılması ilə  əlaqədar zəifl əməyə başlayıb. Təsir dairəsi 
bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları 
yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış 
və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə 
ərmağan etdiyi ilk böyük töhfədir. 
Zərdüştiliklə bağlı önəmli məqamlardan biri də odur ki
bu dinin tarixi ilə Azərbaycan fəlsəfəsinin tarixi demək olar ki, 
həmyaşıddır. Çünki zərdüştiliyin ayinlərini yerinə yetirən maqlar 
həm də Azərbaycanın ilk fi losofl arı hesab edilirlər.  Əslində, bu 
gün müxtəlif dövrlərə və qruplara ayırdığımız dünya fəlsəfəsinin 
bünövrəsində maqların təbliğ etdiyi ideyalar dayanır və bu baxım-
dan dünya fəlsəfəsi onlara çox şey borcludur. 


54
Gündüz İsmayılov
YƏHUDİLİK
Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik 
Azərbaycan  bütün dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. 
Şübhəsiz ki, Azərbaycan  ərazilərində müxtəlif tarixi dövrlərdə 
çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük 
rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu məsələdə coğra-
fi   şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə  mənsub 
insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə 
yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfi yyətinə 
çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min 
illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, 
əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib. 
Azərbaycan xalqının bu zən gin liyini  təs diq lə yən və min illər 
ərzində ondan fay dalanan xalqlardan biri də  yə hu dilərdir. Azər-
 bay canda 
məs-
kun  laş ma la rı nın 
tarixi era 
mızdan 
öncəyə  ge dib çı-
xan yə hudilərin 
bu böyük tarixi 
dövr ərzində azər  -
bay  canlılar tərə-
fi n  dən nə vaxtsa 
dini ayrı-seç kiliyə 
məruz qalmaları-
na dair bir dənə 
olsun, fakt yox-
dur. Amma 
müxtəlif tarixi 


55
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
dövr lərdə Azərbaycan xalqına qarşı aparılmış soyqırımı siyasətinin 
qurbanları arasında yəhudilər də olub. 
Yəhudilər Azərbaycana gəlməmişdən  əvvəl bu ərazilərdə 
müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan 
gəlməyib, burada formalaşıb. Bu baxımdan Azərbaycana kənardan 
gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk 
səmavi  dindir. 
Yəhudi xalqının etiqad etdiyi yəhudilik e.ə. II minilliyin so-
nunda yaranıb. Qərb dillərində  “İudaizm” adlanan bu inanc ən 
qədim monoteist (təktanrılıq) dindir. Yəhudiliyin Xristianlıq və İs-
lamdan başlıca fərqi ondadır ki, bu dinə başqa millətlər deyil, yal-
nız yəhudilər etiqad edirlər. Bu baxımdan vəhylə göndərilməsinə 
baxmayaraq, Yəhudilik səmavi dinlər içərisində milli din hesab 
olunur.      
Yəhudilərin Azərbaycan  ərazilərində  məskunlaşması tarixi 
qədim dövrlərə gedib çıxır. Mənbələrə görə, bu proses öz başlan-
ğıcını e.ə. II minilliyin I yarısının sonundan başlayan Yeni Babil 
Xaldey hökmdarlarının zamanından götürür. Belə ki, eradan əvvəl 
586-cı ildə Yeni Babil Xaldey hökmdarı II Navuxodonosor qədim 
yəhudi çarlığının paytaxtı Qüdsü zəbt etdikdən sonra şəhəri və Sü-
leyman məbədini dağıdıb, 40 min insanı əsir götürərək qula çevi-
rib. Yəhudilərin Azərbaycana köçü də həmin dövrdən başlayıb. 
Əsrlər boyu yəhudilər  əsasən böyük şəhərlərdə yaşayıb, 
sənət karlıq, ticarət, həkimlik, müəllimlik və digər sahələrdə ça-
lışıblar. Azərbaycanda isə  yəhudilər  Şirvan (orta əsrlərdə indiki 
Şabran rayonu ərazisində şəhər), Dərbənd kimi böyük şəhərlərdə 
məskunlaşıblar. Yəhudi yaşayış  məntəqələri, həmçinin, Cənubi 
Azərbaycanın Xoy, Salmas, Təbriz və digər şəhərlərində də olub. Bu 
dövrlərdə ticarətin inkişafı ilə əlaqədar belə yaşayış məntəqələrinə, 
hətta, Mərvdən Çinə kimi uzanan şəhər mərkəzlərində  də rast 
gəlmək mümkün idi. Bəzi tarixi mənbələrdə bunu sübut edən 
məlumatlar var. 


56
Gündüz İsmayılov
Azərbaycanda yəhudilərin yaşamaları haqqında XII əsr yəhudi 
səyyahı Tudelalı Binyamin məlumat verib. Sonradan İslamı qəbul 
edən yəhudi həkim Şemuel ben Yəhya əl-Məqribi də yəhudilərin 
Azərbaycanın Xoy, Salmas, Təbriz, Marağa və Urmiya kimi 
şəhərlərində məskunlaşmalarından bəhs edib. 
XIII  əsrin ikinci yarısında Qafqazdan Fars körfəzinə  və  Əf-
qa  nıstandan Suriya səhralarına kimi geniş  ərazilərə sahib olan 
Hülakilər dövləti Azərbaycanı öz imperiyasının siyasi mərkəzinə 
çevirib. Elxanilər (Hülakilər) dövlətinin ilk nümayəndələrinin dini 
dözümlülüyü Azərbaycana xeyli sayda yəhudilərin gəlməsinə təsir 
göstərib. Hətta, həmin dövrdə yəhudilərin dövlət vəzifələrində ça-
lışmaları barədə məlumatlar mövcuddur.
Vaxt keçdikcə İslam dininin qəbulu və miqrasiya nəticəsində 
Azərbaycandakı yəhudi icmalarının mövqeləri bir qədər zəifl əməyə 
başlayıb. Çoxsaylı icmalar əsasən Şimali Azərbaycanda qalıb. Xan-
lıqlar dövrü ilə  səciyyələnən XVIII əsrin II yarısında isə  yəhudi 
icmaları müxtəlif xanlıqların tərkibində öz mövcudluğunu qoruya 
biliblər. O dövrdə Azərbaycandakı  yəhudi  əhalisinin  əsasını dağ 
yəhudiləri təşkil edib.
Hələ XV əsrdən başlayaraq karaimlərin və krımçaqların, 
1827-ci ildə isə arami dilində danışan laxluxa  adlanan Kürdüs-
tan yəhudilərinin Azərbaycana pənah gətirmələri faktı məlumdur. 
Karaimlər yəhudiliyi qəbul etmiş xəzərlərin törəmələri hesab olu-
nurlar. Krımçaqlar isə Krım  ərazisində yaşayan türkdilli xalqlar 
olsalar da, onların bir çoxu özlərini yəhudilərin başqa etnodil qru-
puna daxil olduğunu qeyd edirdilər.
Bundan başqa, 1832-ci ildən Rusiya imperiyasının qərb quber-
niyalarından köçərək Azərbaycanda məskunlaşan aşkenazi yəhu-
dilərinin icması yaranıb. Tarixi dövr ərzində Gürcü yəhudiləri də 
Azərbaycanın  şimal-qərb bölgələrində öz icmalarını formalaşdı-
rıblar. 
Dağ  yəhudiləri: onların mən şəyi və Azərbaycan da  məskunlaş-
ma ları haqqında müx tə lif  fi kirlər və ehtimallar mövcuddur. Bun-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə