Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə11/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

38
Gündüz İsmayılov
dialoq və əməkdaşlıq imkanlarından istifadə edilməlidir. Belə ki, 
dinlər Tanrı ilə insan arasında ünsiyyət vasitəsidir. Hətta, dinləri 
insanla Yaradan arasında körpü də hesab etmək olar. Bütün din lə-
rin mahiyyətində və missiyasında bu dayanır. Əgər hansısa dində 
insanlar arasında ayrı-seçkiliyə,  ədavətə  və qarşıdurmaya rəvac 
verən qaydalar varsa, deməli, o, bəşəri mahiyyət daşımır və insan-
pərvərlik prinsiplərinə ziddir. Ümumiyyətlə, bu cür inanc sistem-
lə rini din adlandırmaq doğru deyil. Çünki mahiyyətində mənfi  ça-
larlar və qarşıdurma yaratmaq elementləri olan inanc forması din 
anlayışı ilə daban-dabana ziddiyyət təşkil edir. 
Bəşəri dinlərin mərkəzində Tanrı, onun şah  əsəri - insan və 
yaradılmışlara hörmət prinsipi dayanır. Ona görə də, bütün insan-
lar dini və milli mənsubiyyətindən asılı olmayaraq, vahid Tanrının 
bərabər bəndələridir. Onlar öz inanclarına uyğun olaraq Tanrını 
müxtəlif adlarla və  fərqli formalarda çağırırlar, amma Yaradan 
onların hamısını eyni “məsafədən” eşidir, görür və  mərhəmətini 
əsirgəmir. Belə olan halda bəzilərinin, daha doğrusu, din adından 
danışan “dinpərəstlərin” insanlar arasında ayrı-seçkilik salması, 
onları qruplaşdırması Yaradanın işinə qarışmaq deməkdir. Bu isə 
dinlərin hamısında böyük günah sayılır. 
Bütün bunlar onu deməyə  əsas verir ki, dinlərin mahiyyəti 
nəinki tolerantlığa, dialoqa və  əməkdaşlığa imkan yaradır, hətta, 
TANRI və İNSAN naminə bunu zərurətə çevirir. Deməli, dünya 
dinlərinin “bətnində” tolerantlığı, konfessiyalararası dialoqu və 
əməkdaşlığı reallaşdırmaq üçün böyük potensial “gizlənib”. Çağ-
daş dövrümüzdə tolerantlığın, dinlərarası əməkdaşlığın baş tutması 
müəyyən mənada bu potensialdan nə qədər və necə istifadə olun-
masından asılıdır. Əgər dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq 
imkanlarından maksimum istifadə ediləcəksə, din adından da-
nışanların təsir dairəsi zəifl əyəcək, nəticədə onlar zərərsiz və 
əhəmiyyətsiz qüvvəyə çevriləcəklər.
Bu gün həm beynəlxalq təşkilatlar, həm siyasi qüvvələr, həm 
də dini qurumlar və  mərkəzlər tərəfi ndən tolerantlıq, dialoq və 


39
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
əməkdaşlıq məsələsində dinlərin müsbət potensialından istifadə 
etmək meylləri açıq-aşkar hiss edilir. Təbii ki, bunun müsbət 
nəticələrinin olması inkaredilməz faktdır. Amma iş ondadır ki, real 
nəticələr mövcud imkanlarla düz mütənasib deyil. Əgər belə olma-
saydı, vəziyyət indikindən qat-qat yaxşı ola bilərdi.
Dinlərin tolerantlıq, dialoq və əməkdaşlıq potensialından isti-
fa də olunması üçün dünya miqyasında dini maarifl əndirmənin 
gücləndirilməsinə  və  əhatə dairəsinin genişləndirilməsinə böyük 
ehtiyac var. Çünki insanların böyük əksəriyyətinin nəinki başqa 
dinlərdən, hətta, öz etiqadının mahiyyətindən və  bəzi prinsip-
lərindən xəbəri yoxdur. Belə bir vəziyyətdə maraqlı  və  məkirli 
qüvvələrin dinlər arasında qarşıdurma yaratmaq imkanları daha 
geniş olur. Son illər ərzində Avropada, Afrikada və Asiyada dini 
qarşıdurma meyllərinin yaranması faktları bunu təsdiqləyir. 
Ədalət naminə etiraf edilməlidir ki, bu cür hallarda daha çox 
ədalətsizliklə, haqsızlıqla və təzyiqlərlə üzləşən müsəlmanlar olur-
lar. Hətta, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəl-
manları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan in-
sanlar kimi göstərməyə çalışan şəxslər də var. Nə qədər acı olsa da, 
belələrinə və İslamı humanizmdən uzaq din kimi qələmə vermə hal-
larına, hətta, müqəddəs şəxslərin, xüsusilə Məhəmməd peyğəmbərin 
(s) təhqir edilməsi faktlarına bəzi Avropa ölkələrində tez-tez rast 
gəlinir. Müəyyən dairələrin dəstəklədiyi karikatura rəzaləti bunun 
bariz nümunəsidir. Belə münasibət İslam dininə və bütün müsəlman 
dünyasına qarşı ədalətsizlik və hörmətsizlikdir. Çünki dünyada və 
regionda tarixən dözümlülük mühitinin formalaşmasında  İslamın 
böyük rolu olub. Mərhəmət, sevgi və  əxlaq dini olan İslamda to-
lerantlıq, dözümlülük yüksək mənəvi dəyər və  mədəniyyət kimi 
qiymətləndirilir. Bu baxımdan,  əsrlər boyu dinc və ayrı-seçkiliyə 
məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin 
mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar.
Tarixi faktlar təsdiqləyir ki, dinin siyasətdən uzaq olduğu bütün 
dövrlərdə müsəlmanlar öz inanclarına söykənərək, digər dinlərin 


40
Gündüz İsmayılov
mənsublarına nəinki qucaq açmış, hətta, ibadət evləri tikmək, eti-
qadlarına uyğun yaşamaq üçün onlara yardım göstərmişlər. Bunun 
ən mükəmməl nümunəsi Azərbaycandır. 
Dünya miqyasında dini maarifl əndirmə işinin doğru və sağlam 
qaynaqlar vasitəsi ilə aparılması təkcə dinlərə bağlı həqiqətlərin ya-
yılması, onlara qarşı olan mənfi  fi kirlərin aradan qaldırılması deyil, 
həm də dindarlar arasında mövcud fi kir ayrılıqlarının aradan qaldı-
rılması, tolerantlıq, dialoq və əməkdaşlıq hissinin gücləndirilməsi 
baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə ortaq nöqtələrin 
tapılması, ümumi rəyin formalaşması  və birgə  qərarların qəbul 
edilməsi müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın 
genişlənməsinə  və etimad hissinin möhkəmlənməsinə ciddi təsir 
göstərə bilər.
Nümunəvi gerçəkliyin tətbiqi və beynəlxalq təşkilatların bu 
prosesə cəlb olunması: hər bir cəmiyyətin dinə, inanc sisteminə 
özünəməxsus münasibəti və baxış tərzi var. Təbii ki, bu münasibət 
bir neçə ilə yox, onilliklər, yüzilliklər ərzində formalaşır, cəmiyyətin 
ümumi mövqeyini və maraqlarını əks etdirir. Məsələn, İslam dini-
nin vahid inanc, ibadət əsasları, eləcə də ümumi şəri qaydaları var 
və bu, bütün müsəlman aləmində eynidir. Amma müsəlman xalqla-
rının hamısının İslama, ümumiyyətlə, inanclar sisteminə baxış tərzi 
oxşar olsa da, eyni deyil. Ona görə ki, hər bir xalqın, cəmiyyətin 
dinə münasibətinin formalaşmasında həmin xalqın özünəxas etnik 
keyfi yyətləri, tarixi-milli adət-ənənələri, həyat tərzi, hətta, təbii 
coğrafi  şəraiti böyük rol oynayır. Bu baxımdan Azərbaycan xalqı-
nın dinə yanaşma tərzi digər xalqlarla, o cümlədən İslam ölkələri 
ilə müqayisədə xeyli fərqlidir. 
Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azər-
bay can heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın 
milli, dini və coğrafi  xüsusiyyətlərindən irəli gələn tolerantlıq key-
fi y yəti artıq xalqımızın genefondunda özünə yer tapıb. Deməli, 
tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən 
cəmiyyətlərdə və ölkələrdə dinlərarası dialoq və əməkdaşlığın sə-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə