Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə13/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

44
Gündüz İsmayılov
Dini Liderl
ərin Ümumdünya Sammiti. 26-27 apr
el, Bak
ı.


45
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
qoşulmaq və  dəstəkləməklə  həm insanlıq, həm də dini borcunu 
yerinə yetirmiş olur. Bu baxımdan ruhanilərin cəmiyyətin önəmli 
təbəqələrindən biri kimi bu prosesdə daha aktiv iştirak etmələri 
zəruri və təbii haldır. 
İnformasiya texnologiyalarının sürətlə inkişafının fonunda 
“kiçik bir kəndi xatırladan” müasir dünyada cəmiyyəti ictimai-
siyasi təşkilatlarsız təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi  
deyil ki, bu qurumların  mövcudluğu və  sərbəst fəaliyyət im-
kanları  hər bir cəmiyyətin demokratik dəyərlərə  nə  dərəcədə sa-
hib olmasının göstəricisi kimi qiymətləndirilir. Azad və demok-
ratik cəmiyyətlərdə ictimai-siyasi təşkilatların və dini-mədəni 
müxtəlifl iyin  olması  təbii və labüddür. Bu baxımdan ictimai 
təşkilatlar cəmiyyət və insanlarla işləyən bir qurum kimi dinlər və 
mədəniyyətlərarası dialoq məsələsinə biganə qalmamalıdırlar. 
Cəmiyyətdə sabitliyin və sağlam siyasi rəqabətin yaranmasın-
da maraqlı olan partiyalar tolerantlıq, dinlər və mədəniyyətlərarası 
dialoqun gerçəkləşməsi məsələsində  də eyni dərəcədə maraqlı 
olmalıdırlar. Çünki hər bir cəmiyyətin, ümumilikdə  bəşəriy
 
yə tin 
gələcək taleyi və sabitliyi müəyyən mənada dinlər və  mədəniy-
yətlərarası dialoqun baş tutmasından, eləcə də birgə əməkdaşlığın 
genişləndirilməsindən asılıdır. Dinlər və entik qruplar arasında-
kı münasibətlərin gərgin olduğu bir cəmiyyətdə ictimai-siyasi 
sabitlikdən, sağlam rəqabət mühitindən danışmaq əbəsdir. Deməli, 
bu qurumlar dinlər və sivilizasiyalararası dialoqun baş tutma-
sı istiqamətində  səylərini  əsirgəməməli və bunun reallaşmasının 
müəyyən mənada onlardan asılı olduğu nəzərdən qaçırılmamalıdır.
Lakin o da qeyd edilməlidir ki, dindən və insanların inanc his-
sindən siyasi məqsədlər, şəxsi və partiya maraqları naminə istifadə 
etmək yolverilməzdir. Bu cür cəhdlər nəinki dinlərarası dialo-
qun reallaşmasına mane ola, hətta, cəmiyyətdə  və bütün dünya-
da onu gərginləşdirə bilər. Ona görə də, ictimai-siyasi təşkilatlar, 
cəmiyyətdə söz sahibi olan partiyalar dinlər və mədəniyyətlərarası 
münasibətlərə  həssas yanaşmalı, bu sahədə atdıqları addımların 


46
Gündüz İsmayılov
cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət 
kəsb etdiyinin fərqinə varmalıdırlar. 
Təbii ki, din xadimləri də bu məsələdə ehtiyatlı olmalı, siyasət 
meydanına can atmamalı  və heç bir siyasi iddia irəli sürmə mə-
lidirlər. Əks təqdirdə, ciddi problemlərin yaranması qaçılmaz hala 
çevrilə bilər. Çünki “dinin” siyasi hakimiyyətə gəlməsi indiyədək 
heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib.   


II FƏSİL 
AZƏRBAYCANIN 
TOLERANTLIQ TARİXİ


48
Gündüz İsmayılov
AZƏRBAYCANDA DİNLƏR
Din və inancların yaşı insan oğlunun yaşı  qədərdir. Səmavi 
kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu 
üçün  əlavə izahata və geniş  şərhə ehtiyac yoxdur. Amma bu da 
həqiqətdir ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə pa-
ralel olaraq inancları da dəyişib. Bu baxımdan dinlərin və inanc-
ların təkmilləşməsi insanın dünyagörüşünün genişlənməsi ilə 
düz mütənasibdir. Maraqlıdır ki, dini inancların ən ibtidaidən ən 
aliyə doğru inkişafını Azərbaycan tarixinin timsalında ardıcıllıqla 
müşahidə etmək mümkündür. Çünki ilk insan məskənlərindən biri 
olan Azərbaycan həm də ilk dini inancların yarandığı və səmavi 
dinlərin yayıldığı bir ərazidir.
Azərbaycan – ilk insan məskənlərindən biri: ölkəmizin müx-
təlif bölgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki
Azərbaycanda  ən qədim insan mədəniyyəti izinin yaşı milyon 
illərlə ölçülür. Məsələn, 1,5 milyon ildən artıq yaşı olan Quruçay 
mədəniyyəti insanları  əvvəl Quruçay hövzəsində açıq düşərgədə 
yaşamış, sonralar iqlim şəraitinin dəyişməsi ilə  əlaqədar yaxın-
lıqdakı Azıx mağarasına köçmüşlər. Ermənistan tərəfi ndən işğal 
olunmuş Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında apa-
rılmış arxeoloji tədqiqatlar təsdiqləyir ki, qədim insanlar buraya 
1-1,2 milyon il əvvəl köçmüşlər. 
Tapıldığı yerin adı ilə əlaqədar azıxantrop adlandırılan bu dövrün 
adamı təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda həmin vaxt-
da yaşamış insanların fi ziki quruluşunu öyrənmək üçün əsas olmuş-
dur. Təkcə onu demək kifayətdir ki, təxminən 400 min il yaşı olan azı-
xantrop keçmiş sovetlər məkanında ən qədim insan tipi nümunəsidir.
Qədim insan məskənlərinə  və  mədəniyyət ocaqlarına Yer 
kürəsinin müxtəlif bölgələrində rast gəlmək mümkündür. Bu cür 


49
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
yaşayış  məskənlərinin, demək olar ki, hamısı arxeoloji qazıntı  və 
tədqiqatlar nəticəsində  aşkarlanıb. Maraqlıdır ki, açıq səma altında 
muzeyi xatırladan Qobustan qayaüstü abidələri onların arasında nadir 
istisnalardan birini təşkil edir. Unikallığı ilə seçilən bu abidələr indiki 
zamanla o dövr arasında 12 min il yaşı olan dağılmaz bir körpüdür. 
Qobustan abidələri qədim mədəniyyətin dövrümüzə  qədər 
gəlib çıxmış kiçik izləri kimi mahiyyətində və məzmununda tari-
xi elementlərlə yanaşı, o dövrün xarakteristikasını da gizləyib. Bu 
baxımdan “Qobustan sirləri”nin açılmasının və izahının o dövrdə 
ibtidai incəsənətin və  əhalinin dini görüşlərinin, xüsusilə ovsun-
totem inamlarının öyrənilməsində əvəzsiz rolu ola bilər. Əslində, 
UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısına salın-
mış və bütün bəşəriyyətin ortaq mədəni sərvətinə çevrilmiş Qobus-
tan çoxdan Azərbaycanın sərhədlərini aşıb.
Bəşər sivilizasiyasının beşiyi tarixşünaslıqda çox vaxt Yaxın 
Şərq, daha konkret desək, Mesopotomiya, qədim Babilistan he-
sab edilir. Maraqlıdır ki, bu məsələdə tarixçilərlə dinşünasların 
qənaəti, demək olar ki, üst-üstə düşür. Çünki müqəddəs kitablarda 
rəvayət edilən tarixi hadisələrin baş verdiyi coğrafi  ərazilər əsasən 
bu bölgədə yerləşir. 
Azərbaycanın tarixi torpaqlarında yaşamış tayfa və etnik 
qrupların, eləcə  də bu ərazidə yaranmış dövlətlərin  ən qədim 
dövrlərdən başlayaraq bütün tarixi mərhələlərdə Mesopotomiya ilə 
sıx mədəni, iqtisadi və siyasi əlaqədə olması inkarolunmaz fakt-
dır. Çünki Mesopotamiyada ardıcıllıqla mövcud olmuş ən qədim 
dövlətlər – Şumer, Akkad və Assuriya ilə Azərbaycan ərazisində 
yaşayan tayfa birləşmələrinin  əlaqələri barədə  bəzi  Şumer das-
tanlarında məlumatlar var. Həmin məlumatlar Mesopotamiya ilə 
həmyaşıd  və qonşu olan  Azərbaycan ərazilərinin bəşər siviliza-
siyasının beşiyi sayılan bölgənin tarixilik və mədəniyyət baxımın-
dan tərkib hissəsi kimi xarakterizə edilməsinə kifayət qədər əsas 
verir. Bunu qədim Şumer dastanları, Assur mixi yazıları ilə yanaşı, 
müqəddəs kitablar da təsdiqləyir. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə