Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

35
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
eyni şəhərin taleyini bölüşməyə məcburdurlar. Belə bir vəziyyətdə 
dini zəmində baş vermiş kiçik bir insidentin nə ilə nəticələnəcəyini 
proqnozlaşdırmaq elə də çətin deyil. Bu cür insidentlər qanlı toq-
quşmalara, çoxsaylı insan tələfatına və böyük dağıntılara gətirib 
çıxara bilər. Deməli, qloballaşan dünyanın tolerantlığa ehtiyacı 
həmişəkindən daha çoxdur. 
Təcrübə göstərir ki, istənilən cəmiyyəti yalnız qanunlarla idarə 
etmək mümkün deyil. Çünki insanları qanun vasitəsilə  nəyəsə 
sövq etmək çox çətindir. Bu baxımdan tolerantlığa cəmiyyəti və 
dünyanı qanunun gücü olmadan qarşılıqlı hörmət prinsipi əsasında 
idarə etmək imkanı və şansı kimi də yanaşmaq olar. Başqa sözlə
cəmiyyətdə tolerantlıq gücləndikcə qanunun həm işləməsi asanla-
şacaq, həm də onun sərt şəkildə tətbiqinə zərurət qalmayacaq. 
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, tolerantlıq dinlərarası 
dioloqun əsas şərti və ilkin mərhələsidir. Dinlərarası dialoq isə bu 
gün ehtiyacdan doğan zərurətdir. 
İnanclı  fi losofl ar  və ilahiyyatçılar insanın ruh və  bədəndən 
ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə  mənəvi 
qida almasının zəruriliyi fi krini müdafi ə edirlər. Əslində, ateist fi lo-
sofl ar da ilahi kitablardan qaynaqlanan bu fi krin əleyhinə deyillər. 
Sadəcə, onlar insanın mənəvi ehtiyaclarının ödənilməsi üçün dinin 
zəruriliyi  fi krini qəbul etmirlər. Onların ümumi mövqeyi belədir 
ki, din və onun qaynaqlandığı ilahi qüvvə insan təxəyyülünün 
məhsuludur. 
Təbii ki, bu, inanc məsələsidir və hansı tərəfi n yanlış düşündü-
yünü faktlarla sübut etmək çox çətindir. Lakin ortada bir həqiqət 
var: bəşər tarixində dinlərin və fəlsəfi  cərəyanların sıxışdırıldığı, 
insanların inancsızlığa və allahsızlığa məcbur edildiyi dövrlər 
olub, amma bu siyasət və inancsız ideologiyalar heç vaxt özünü 
doğrultmayıb. Çünki insanların inancsız, cəmiyyətin dinsiz yaşaya 
bilməyəcəyini tarix çoxdan sübut edib. 
Hətta, ilahiyyatçılar iddia edirlər ki, Allah inancı və din duy-
ğusu insanın fi trətindən irəli gəlir, daha konkret desək, insan yara-


36
Gündüz İsmayılov
dılışdan bu hisslərə malik olur. Lakin formalaşdığı cəmiyyət onun 
din duyğusunu ya daha da təkmilləşdirir, ya da zəifl əməsinə, dini 
ifadə ilə  desək, fi trətinin pozulmasına gətirib çıxarır. Əgər insan-
lar inancsız yaşaya bilmirlərsə, deməli, cəmiyyətin dini ehtiyacı 
labüddür. Çünki cəmiyyət insanlardan ibarətdir və  cəmiyyətin 
tələbatı insanların ehtiyacından yaranır. 
Bu məsələdə önəmli məqamlardan biri insanların din ehtiyacı-
nın necə və hansı formada ödənilməsidir. Bu, cəmiyyətin mənəvi 
və fi ziki sağlamlığı, eləcə də gələcək inkişafı baxımından böyük 
əhəmiyyət daşıyır. Ona görə ki, insanların inandıqları etiqadların 
hamısı din deyil və hər din də səmavi-ilahi qaynaqlara söykənmir. 
Digər tərəfdən, dinin necə yayılması və təbliğ olunması onun gerçək 
mahiyyətindən heç də az əhəmiyyət daşımır. Çünki mütərəqqi din 
belə, elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi ya-
ranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-
insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə 
bilər. Deməli, insanların, bütövlükdə  cəmiyyətin dinlərə, hətta, 
konkret bir dinə ümumi münasibətinin formalaşmasında təbliğatın 
çox böyük rolu var.
Bir sözlə, istənilən halda inanc insanlar, din cəmiyyət üçün 
zəruri ehtiyacdır. Bəs dinlərarası dialoq və  əməkdaşlıq: bunsuz 
bəşəriyyətin inkişafı mümkündürmü? 
Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlər-
ara sı  əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasi-
ya texnologiyaları  əsrində yalnız hansısa bir dinin və ya xalqın 
mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün 
deyil. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe 
tutması ilə yanaşı, dinlərarası dialoq və əməkdaşlıq da vacib və la-
büddür. Amma bunun reallaşması üçün münbit şərait formalaşmalı 
və müəyyən şərtlər yerinə yetirilməlidir.
Cəmiyyətdə, böyük miqyasda götürdükdə isə dünyada tole-
rantlıq prinsipləri bərqərar olunmayana qədər dinlərarası dialoqdan 
danışmaq və bu istiqamətdə  səy göstərmək  əbəs yerə enerji sərf 


37
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
etməyə, obrazlı ifadə etsək, içərisində heç kim olmayan evin qı-
fıllı qapısını döyməyə bənzəyir. Çünki dialoqun baş tutması üçün 
tərəfl ərin bir-birlərini qəbul etməsi, bir masa ətrafında əyləşməyə 
razılıq verməsi lazımdır. Əgər tərəfl ər tolerant deyillərsə, deməli, 
bir-birilərini qəbul etməyəcəklər və nəticədə dialoq baş tutmayacaq.
Çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini ha-
mının qəbul etməsi və bütün cəmiyyətlərdə  bərqərar olunması 
istiqamətdə XXI əsrə qədər xeyli yol qət edə bilib. Ən azı ona görə 
ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə  qəbul 
olunmuş tolerantlıq prinsiplərindən rəsmi  şəkildə imtina etmir. 
Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər 
və  cəmiyyətlər kifayət qədərdir. Məsələn, Ermənistan insan hü-
quqları  və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensi-
yalara qoşulmasına baxmayaraq, etnik təmizləmə  və  işğalçılıq 
siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısın-
da və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan 
monoetnik dövlətə çevrilib.
Bir sözlə, praktiki baxımdan olmasa da, nəzəri cəhətdən çağdaş 
dünya tolerantlıq prinsiplərini qəbul edir və bunu dinlərarası dia-
loqun, eləcə də əməkdaşlığın reallaşması üçün zəruri şərt və ilkin 
mərhələ kimi qiymətləndirmək mümkündür. Deməli, tolerantlıqla 
bağlı konkret prinsiplər olduğu və bütün dünya ölkələri onları qəbul 
etdiyi üçün növbəti mərhələ həmin prinsiplərin həyata keçirilməsi 
olmalıdır. Daha konkret desək, bütün cəmiyyətlərdə dözümlülük 
prinsiplərinə əməl olunan tolerantlıq mühiti formalaşmalıdır. Bun-
dan sonra dialoqa və  əməkdaşlığa gedən yolun qarşısı açılacaq. 
Çünki tolerantlıq mühitinin yarandığı ölkələrdə dinlərarası dialo-
qun və əməkdaşlığın reallaşması inkaredilməz faktdır. Bunun ən 
bariz örnəyi isə Azərbaycandır. Tarixən dözümlülük ənənələrinin 
bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, 
möhkəm əməkdaşlıq əlaqələri və sarsılmaz həmrəylik var.
Hədəfl ər: bu gün tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq 
sahəsində qarşıya qoyulmuş  məqsədlərə çatmaq üçün  dinlərin 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə