Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə18/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

64
Gündüz İsmayılov
tədris ocaqlarında “Tövrat”, “Talmud” və “Mişna” kimi müqəddəs 
kitablar öyrədilib. Yəhudi qızları üçün də xüsusi gimnaziya və 
məktəblər açılıb.
     XX əsrin əvvəllərin-
də Bakıda Avropa yə-
hudiləri siyasi mü hit də 
də  fəaliyyət gös 
tərib, 
siyasi partiyalar yara-
dıblar. Məsə lən, Rusi-
ya imperiyasının Qərb 
quberniyalarından, xü-
susilə  yəhu di lərə qar şı 
qırğınlar törədil miş 
əra  zi  lərdən gələn aşke-
nazilər o dövrün şərt lə-
rinə uyğun olaraq, 
Azərbaycanda “Poaley Sion” (Sion fəhlələri) adlı siyasi partiya 
yaradıblar. Bu partiya ətrafında sənətkarlar, fəhlələr, ziyalıların bir 
hissəsi və kiçik burjuaziya nümayəndələri birləşiblər.
Sovet hakimiyyəti dövründə  də Avropa yəhudiləri Azərbay-
canın ictimai-siyasi, elmi, mədəni mühitində kifayət qədər aktiv 
fəaliyyət göstəriblər. Bu dövrdə onlar siyasi təqiblərə məruz qalsa-
lar da, yəhudilər arasında faşizmə qarşı mübarizədə xüsusi igidlik 
göstərən, qəhrəman adına layiq görülənlər olub.
Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət 
yanaşıb, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onla-
ra yad münasibət göstərməyib. Bu gün də Azərbaycanda aşkinazilər 
digər yəhudilərlə birgə, antisemitizmdən uzaq bir mühitdə yaşayır-
lar. Uzun illər öncə əsasən işləmək məqsədi ilə Azərbaycana gəlmiş 
bu yəhudilər artıq ölkəmiz üçün layiqli vətəndaş, Azərbaycan isə 
onlar üçün əbədi Vətənə çevrilib.
Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dün-
yanın əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara  
Bakı şəhəri, Avropa (aşkenazi) yəhudiləri 
sinaqoqu


65
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
münasibət hər yerdə eyni deyil. Amma  Azərbaycanda bu dinin 
mənsublarına bütün tarixi dövrlərdə münasibət birmənalı olub, 
hansısa yəhudi nə vaxtsa özünü “ögey övlad” kimi hiss etməyib, 
əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun 
rifahı və inkişafı üçün çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən 
münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. 
Bu fi kir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin 
yox, həm də başqa dövlətlərin, o cümlədən, İsrail vətəndaşı olan 
yəhudilərin təsdiqlədikləri həqiqətdir. 
Heç kimə sirr deyil ki, yəhudilərin burada yaşadıqları 26 əsr 
ərzində Azərbaycan ərazilərində müxtəlif dinlərə və xalqlara mən-
sub insanlar çoxsaylı dövlətlər qurublar, hətta, Azərbaycanın əsrlər 
boyu işğala və  təcavüzə  məruz qaldığı dövrlər də olub. Ancaq 
Azər  baycan  xalqı  yəhudiləri heç vaxt taleyin ümidinə buraxma-
yıb, əksinə, ona pənah gətirmiş digər dini və etnik qruplara olduğu 
kimi, yəhudilərə  də himayədarlıq edib. Əgər belə olmasaydı, bu 
gün dünyada dağ yəhudilərinin kompakt halda yaşadıqları yeganə 
yaşayış məntəqəsi olan Qırmızı qəsəbə indiyədək mövcudluğunu 
qoruyub saxlamazdı.
Əsrlər boyu Azərbaycanda yaşamış və yerli əhali ilə qaynayıb-
qarışmış, hətta, qohumluq əlaqələri qurmuş yəhudilər, şübhəsiz ki, 
Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak ediblər 
və bu gün bütün dünya üçün nümunə göstərilən ölkəmizdəki tole-
rantlıq mühitinin formalaşmasında onların xidmətləri danılmazdır. 
Ümumiyyətlə,  əsrlər boyu ölkəmizdə mövcud olmuş yüksək 
dözümlülük mədəniyyəti təkcə azərbaycanlıların deyil, bu ölkədə 
yaşayan bütün dini-etnik qrupların və xalqların ortaq mədəni sər-
və tidir.  Təbii ki, bu sərvətdə yəhudilərin də böyük payı var. 


66
Gündüz İsmayılov
XRİSTİANLIQ
Dünyada elə bir cəmiyyət, xalq ola bilməz ki, hansısa din onun 
həyatında ciddi izlər qoymasın, mədəniyyətinin, dünyagörüşünün 
formalaşmasına təsir göstərməsin. Təbii ki, Azərbaycan xalqı da bu 
məsələdə istisna təşkil etmir, amma azərbaycanlıların başqa xalq-
lardan fərqi ondadır ki, onların mədəniyyətinin, dünyagörüşünün, 
hətta bədii təfəkkürünün formalaşmasında bir yox, bir neçə dinin 
böyük rolu olub. Bu baxımdan Azərbaycan xalqının tarixində və 
həyatında önəmli rol oynamış dinlərdən biri xristianlıqdır. 
Xalqımız Azərbaycanda tarixən aparıcı dinlərdən biri olmuş 
xristianlığa və onunla bağlı keçmişinə üzüağ,  şərəfl i  tarixinin 
tərkib hissəsi kimi baxır. Maraqlı  məqamlardan biri də odur ki, 
Azərbaycanda aparıcı din hesab edilən İslamdan fərqli olaraq xris-
tianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə bu və ya digər 
şəkildə təmsil olunub. Azərbaycanın bu xüsusiyyətinə görə İslam 
ölkələri arasında analoqu yoxdur və ölkəmiz bu sahədə yalnız bəzi 
xristian dövlətlərilə müqayisə edilir. Ümumiyyətlə, ölkəmizdə 
xristianlığın təxminən 2 min yaşı var ki, bu fakta görə Azərbaycan 
xristianlığın meydana çıxdığı bölgə ilə müqayisə edilə bilər. 
Alban kilsəsi:  Azərbaycanda Xristianlıqdan danışarkən Qaf-
qaz Alban kilsəsinə  və onun tarixinə toxunmamaq qeyri-müm-
kündür. Çünki Azərbaycanda Xristianlığın tarixi, demək olar ki, 
Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin 
kilsənin xüsusi yeri var. 
Qədim müəllifl ər və qaynaqlar sübut edir ki, Alban kilsəsi 
nəinki Qafqazda, hətta bütün  xristian dünyasında  ən qədim kil-
sələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini 
təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər 
qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir. 


67
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
    Qafqaz Albaniyası-
nın  ərazisi ilk xristian 
icmalarının meydana 
gəldiyi məkanlardan 
hesab edilir. Xristian-
lıq hələ dövlət dini sta-
tusu qazanmamışdan 
qabaq – I əsrin  əvvəl-
lərində Alban torpaqla-
rına xristian təbliğ çi-
ləri, həvarilər (Ərəblər 
tərəfi ndən  İsa peyğəm bərin ardıcıllarına veri 
lən ad), onların 
Qüdsdən və Suriyadan olan şagirdləri gələrək  İsa peyğəmbərin 
göstərdiyi  mö cü zələrdən danışıblar. Beləliklə, bölgədə İsa Məsihə 
etiqad edən ilk xristian icmaları yaranıb. 
Mənbələrə görə, Albaniyada ilk dəfə Xristianlığı yayan, Qüd-
sün xristian mərkəzinə bağlı olan həvari Faddeydir. O, bu dinin 
təbliği ilə əlaqədar I əsrdə Azərbaycanın Artaz vilayətinə (indiki 
Maku şəhəri, Cənubi Azərbaycan) gəlib və burada qətlə yetirilib.
Daha sonra isə həvari Faddeyin şagirdi Yelisey Qüdsdə ilk patri-
arx Yakovdan xeyir-dua alıb və təbliğat aparmaq üçün Albaniyanı se-
çib. O, Cənubi Azərbaycan ərazisindən ke çərək Beşbarmaq-Dərbənd 
arasındakı torpaqlarda yaşayan massa getlərin yanına gəlib və Çola 
(hazırda Çullu) adlanan ərazidə Xristianlığın təbliğinə başlayıb. Ye-
lisey Uti vilayətinə, sonra isə Kür çayının sol sahilində Qəbələ ya-
xınlığında yerləşən Qis (indiki Kiş) kəndinə gəlib və burada kilsə 
tikdirib. Geri qayıdarkən atəşpərəstlərin ibadətgahı yerləşən Zerguni 
dərəsində qətlə yetirildiyi qeyd olunur. Sonralar Alban hökmdarı Va-
çaqanın göstərişi ilə Yeliseyin nəşinin qalıqları Xruq kəndində torpa-
ğa tapşırılıb, çalanın üzərində isə kiçik bir məbəd tikilib. 
Azərbaycanda Xristianlığın yayılmasında  İsa Məsihin səha-
bələrindən Varfolomeyin  xüsusi rolu olub. Dini rəvayətlərə görə, 
o, 71-ci ildə yaralanıb və Bakıda vəfat edib. Şəhərin mərkəzində, 
Qəbələ rayonu, Nic qəsəbəsi
“Çotari” alban-udi kilsəsi


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə