Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə17/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

61
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
axtarmaq duyğusu Gürcü yəhudilərini Azərbaycan ərazisinə pənah 
gətirməyə sövq edib.
Gürcü yəhudilərinin Azərbaycana ilk köçünün tarixi haqqında 
dəqiq məlumat yoxdur. Tədqiqatçılar bu tarixi hətta, XVIII əsrin 
ortalarına aid edirlər. Çox güman ki, ilk köçən əhali Axalsıx, Oni 
və Kutaisdən olub.
Ümumiyyətlə, XIX əsrin ikinci yarısından başlayaraq I Dün-
ya müharibəsinədək Gürcü yəhudilərinin Azərbaycana köçməsi 
prosesi (xüsusən Bakı quberniyası  ərazisinə) artan xətt üzrə in-
kişaf edib. Gürcü yəhudiləri Bakıya axışaraq şəhərin mərkəzində 
yerləşməyə üstünlük veriblər.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra yəhu di-
lərin Gürcüstandan axını, demək olar ki, dayanıb. Bolşe vik lərin 
dini, milli, etnik mənsubiyyətindən asılı olmayaraq xalqlara azad-
lıq vəd etmələri və xüsusi xidmət orqanlarının fəaliyyəti də bu 
sahədə yaranmış ağır vəziyyətin aradan qaldırılmasına gətirib çı-
xarıb.
XX  əsrin  əvvəllərində Bakıda məskunlaşmış  bır qrup Gür-
cü yəhudisi Rus-Qafqaz ticarət evlərinin, birjalarının, kommer-
siya banklarının və  səhmdar cəmiyyətlərinin payçıları olub. İri 
ticarətlə yanaşı, xırda ticarətlə də məşğul olan Gürcü yəhudilərinin 
İçərişəhərdə neft, mazut, şam, sabun dükanları, ayaqqabı və dəri 
emal edən emalatxanaları fəaliyyət göstərib.
1899-cu ildə Rusiya imperiyası Daxili İşlər Nazirliyi yəhudilərə 
icma vergisi kimi ildə 25 rubl ödəmələri və oturaq yəhudilərin ic-
maya üzv olmamaqları  şərti ilə Bakıda sinaqoq tikməyə razılıq 
verib. Sinaqoqun tikilişi üçün Bakı  şəhərində olan yəhudi icma-
sına vəsait toplanmasında Dərbənd, Quba, Şamaxı,  Şəki, Gəncə 
şəhərlərindəki yəhudi icmaları köməklik göstərib, yığılan ianələr 
Bakıya göndərilib. Maddi yardım baxımından azərbaycanlı neft 
sənayeçilərinin və mesenatların da xüsusi xidmətləri olub.
İllər keçdikdən sonra Bakıda fəaliyyət göstərən ravvinlərin 
bir neçəsinə leqal şəkildə uşaqlara yəhudi adət-ənənələrini tədris 


62
Gündüz İsmayılov
etməyə razılıq verilib. Hələ 1918-1919-cu illərdə Azərbaycan Xalq 
Cümhuriyyəti dövründə  yəhudi uşaqlarının təhsil səviyyəsinin 
yüksəldilməsi ilə bağlı məsələ qaldırılıb. Sovet hakimiyyəti döv-
rün də isə təhsilin məcburiliyi yəhudi gənclərin elmi biliklərə yiyə-
lənməsi ilə yanaşı, ateizm təbliğatından təsirlənmələrinə də səbəb 
olub. Bəzi hallarda yaşlılar o dövrdə  gəncləri öz dinlərini unut-
maqda qınayıb, onları dədə-baba adətlərini qorumağa çağırıblar.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra Bakı  şəhərində 
yaşayan yəhudilər, hələ müharibədən əvvəl bağlanmış sinaqoqla-
rın geri qaytarılmasına nail olublar. 1945-1946-cı illərdə isə keç-
miş  mərkəzi SSRİ hökumətinin icazəsi və Azərbaycanın dövlət 
qurumlarının qərarı ilə  şəhərin yəhudi icmalarına rəsmi  şəkildə 
sinaqoqlar üçün yer ayrılıb və bu amil Gürcü yəhudi icmasının 
fəaliyyətinin yenidən canlanmasına təkan verib.
Demoqrafi k vəziyyət baxımından 1960-1980-ci illərdə Azər-
bay canda  yaşayan Gürcü yəhudiləri arasında azalmalar olub. 1980-
1990-cı illərdə isə Bakıdan və Azərbaycanın digər şəhərlərindən 
yüzlərlə ailə  İsrailə, Avropa ölkələrinə, ABŞ-a və digər ölkələrə 
köçərək həyatlarını orada qurub. 
Avropa yəhudiləri (aşkenazilər):  Azərbaycanda yaşayan 
yəhudi icmalarından biri də Avropa yəhudiləri, daha dəqiq desək
aşkenazilərdir.  Bu termin orta əsrlərdə  yəhudilərin Almaniyaya 
verdikləri addan yaranıb. Belə ki, yəhudi ənənəsində Yasəfi n (Nuh 
peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəslinin Almani-
ya torpaqlarında məskunlaşdığı güman edildiyindən, yəhudilər bu 
adı həmin ölkəyə veriblər. Zaman keçdikcə bu termin subetnik an-
layış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən 
olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilib.
Aşkenazilər hazırda Avropa, Cənubi və  Şimali Ameri-
ka yəhudilərinin böyük bir hissəsini,  İsraildəki yəhudilərin isə 
təqribən yarısını təşkil edirlər.
Aşkenazilər arasında əsas ünsiyyət vasitəsi idiş dilidir (alman 
dilinin orta dialekti əsasında formalaşmış  yəhudi dili). Özünə-


63
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
məxsus koloriti ilə seçilən Avropa ölkələri yəhudilərinin təşəkkül 
tarixi tədqiqatçıların da araşdırma mövzusu olub. Alimlər linq-
vistik, genetik, antropoloji və tarixi tədqiqatlara əsaslanaraq belə 
qənaətə gəliblər ki, aşkenazilər çoxəsrlik proses zamanı müxtəlif 
yəhudi  əsilli  əhalinin qarışıq miqrasiya axınının birləşməsi 
nəticəsində Polşa ərazisində, daha dəqiq desək, Visla çayının yu-
xarı bölgələrində təxminən 700-800 il əvvəl təşəkkül tapıblar.
Azərbaycanda Avropa yəhudilərinin məskunlaşmasının öz ta-
rixi var. Hələ 1826-1828-ci illərdə II Rusiya-İran mühari bəsinin 
Türk  mənçay müqaviləsi ilə bit məsi nəticəsində rus haki miy yə tinin 
Cənubi  Qafqazda  möh   kəm lənməsi ilə  əlaqədar ola raq aşkenazi 
yəhudilərinin Azər baycanda  məskunlaşması inten sivləşib.
XIX əsrin ikinci yarısında isə Bakıda neft sənayesinin yüksək 
inkişafı, yeni iş yerlərinin açılması, istehsalat sahələrinin çoxal-
ması Avropa yəhudilərinin buraya köçməsinə təkan verib. Bakıya 
gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, 
həkimlər, vəkillər də az olmayıb. Ümumiyyətlə, Avropa yəhudiləri 
sonrakı dövrlərdə Azərbaycanda bütün yəhudi icmalarının sosial 
tərkibinin müəyyənləşməsində, elmin, mədəniyyətin, səhiyyənin, 
incəsənətin inkişafında xidmətlər göstəriblər. Məsələn, geofi zika 
elminin inkişafında N. Şapirovskinin, L. Eppelbaumun, V. Listen-
qartenin, musiqidə Y. Şefferlinqin, S. Kronqoldun, İ. Rozinin, teatr 
sənətində Y. Fridmanın, M. Kaufmanın, K. İrmiçin və digərlərinin 
adlarını çəkmək mümkündür.
       1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayıb və 
onların əksəriyyəti Avropa yəhudiləri olub. 1913-cü ildə isə bu say 
təqribən 10 minə çatıb və 1910-cu ildə Bakıda sinaqoq inşa edi-
lib. Həmin sinaqoq Avropa yəhudilərinin nəinki iba dət yerinə, eyni 
zaman da  təlim-tədris oca ğına çevrilib.
Bu dövrdə Bakıda sefard yəhudiləri üçün də gimnaziya açılıb. 
Gimnaziyada sefard və  aşkenazi yəhudilərinin uşaqları ilə yana-
şı, Dağ və Gürcü yəhudilərinin övladları da təhsil alıblar. Şəhərdə 
iyeşiva adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərib ki, bu 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə