Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə25/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

87
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
baycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkün-
dür.  Əgər mədəniyyətimizdən bir anlığa  İslamı  və onun izlərini 
silsək, bu zaman Azərbaycan tarixini və  mədəniyyətini inkar et-
miş olarıq. On dörd əsrlik zaman  ərzində milli dəyərlərimiz dini 
dəyərlərimizlə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyən-
ləş dirmək nəinki çətindir, hətta, mümkünsüzdür. 
Yetmiş bir illik sovetlər dövründə bütün dinlər və ruhanilər 
təqib və təzyiqlərə məruz qalıb. Amma ədalət naminə etiraf edil-
mə lidir ki, son 3 əsrdə, xüsusilə Sovetlər dönəmində daha çox 
əda lət sizliklə, haqsızlıqla və  təzyiqlərlə üzləşən  İslam olub. Bü-
tün bunlara baxmayaraq, İslam mövcudluğunu qoruyub və azər-
baycanlıların aparıcı dini olaraq qalıb. Bu, həm İslamın gücünü, 
həm də xalqımızın bu dinə bağlılığının səviyyəsini göstərir və 
şübhəsiz ki, zamanın təsdiqlədiyi bu fakt bizim üçün mükəmməl 
meyar və qiymətli dəyərdir.
Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur 
ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılıb. Bunun məntiqi 
nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bü-
tün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər 
elmi, istərsə də dini dairələr tərəfi ndən qəbul edilir. 
Azərbaycanın  İslam dini ilə tanışlığı erkən  İslam fütuhatları 
dövrünə təsadüf edir. Bu din bütün Hicaz bölgəsinin ərəbləri arasın-
da yayıldıqdan sonra Ərəbistan yarımadası hüdudlarından kənara 
çıxmağa başlayıb. Çünki Həzrət Məhəmməd (s) peyğəmbərin 
vəfatından sonra (632-ci il) onun xəlifələri geniş  ərazilər fəth 
edərək  İslam dininin hər yerdə yayılması üçün münasib şəraitin 
yaradılmasını müqəddəs vəzifə kimi üzərilərinə götürüblər. Buna 
görə də, ilk olaraq Sasani və Bizans imperiyaları tabeliyində olan 
ərazilərə əsasən Ömərin xəlifəliyi dövründə (634-644) xilafət qo-
şunları göndərilməyə başlanılıb. Azərbaycan o dönəmlərdə Sasani 
imperiyasının tərkibində olub. 
Ümumiyyətlə,  Ərəb Xilafəti ordusunun fütuhatlara başladı-
ğı  ərəfədə Azərbaycanda siyasi vəziyyət olduqca mürəkkəb idi. 


88
Gündüz İsmayılov
Cənubi Qafqazı ələ keçirmək uğrunda iki böyük imperiya - Bizans 
və Sasani imperiyaları arasında miladı tarixin III əsrindən başla-
nan müharibələr fasilələrlə VII əsrin 30-cu illərinin sonunadək 
davam etmişdi. Son mərhələdə Bizans imperiyası  xəzər tayfala-
rı ilə ittifaq bağlayaraq Sasani hökmdarı II Xosrov Pərvizi 628-
ci ildə hakimiyyətdən salaraq edam etdirmişdi. Beləliklə, 603-
cü ildə Sasanilər imperiyası  tərəfi ndən başlanılan müharibə bi-
zanslıların qələbəsi ilə başa çatmışdı. 629-cu ildə bağlanan sülh 
müqaviləsinin şərtinə görə, Ön Asiya əraziləri əsasən Bizans impe-
riyasının hakimiyyəti altına keçmiş, İberiya müstəqil dövlətə çev-
rilmişdi. Cənubi Qafqazın 90 faiz ərazisini təşkil edən Albaniya isə 
Sasanilərin hakimiyyəti altında qalsa da, hər il xəzərlərə müəyyən 
miqdarda xərac vermək məcburiyyətində idi. Azərbaycanın cənub 
əraziləri Sasanilərdən tam, şimal hissəsi isə yarımasılı  vəziyyətə 
düşmüşdü.      
Belə bir şəraitdə 633-cü ilin əvvəllərində ilk raşidi xəlifəsi 
Əbu Bəkr (632-634) Ərəbistan yarımadası daxilində yürüşləri tam 
başa çatdırıb, sərkərdə Xalid ibn əl-Vəlidin və İyad ibn Ğənmin 
başçılığı altında qoşun dəstələrini Sasanilərin tabeliyində olan 
İraqa və Bizansın tərkibindəki  Şama göndərdi. Xilafət qoşunu 
Yərmuq döyüşündə (634-636-cı illər) bizanslıları məğlub edərək, 
Suriyanı ələ keçirdi. Məhz bu qələbə ərəblərin Sasani imperiyası 
ərazilərinə yolunu açdı. Ərəbistan yarımadası hüdudları xaricində 
ilk zəfərlə  nəticələnən bu yürüş  bir çox xalqların, o cümlədən 
azərbaycanlıların həyatında bir müddət sonra baş verəcək  əsaslı 
dəyişikliklərin təməlini qoydu.
Ərəblərin hücumlarını  dəf etmək üçün İran hökmdarı III 
Yəzdigərt ona tabe olan ölkələrdən köməkçi qoşun dəstələri tələb 
etməyə başladı. Belə bir əmr alan Albaniya hökmdarı Varaz Qriqor 
da dörd oğlundan birini – Cavanşiri döyüşə göndərdi. Beləliklə, 
alban qoşunlarının baş sərkərdəsi Cavanşir öz qoşunu ilə birlikdə 
634-cü ildən başlayaraq Sasani ordusu tərkibində  ərəblərə qarşı 
vuruşdu, döyüşlərdə qəhrəmanlıqlar göstərdi.


89
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bəzi ərəb müəllifl əri elə bu illərdə xilafət ordusunun Azərbay ca-
nın cənub ərazilərinə daxil olub, onu fəth etdiklərini qeyd edirlər. IX 
əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın Hüzeyfə ibn əl-Yəmənin 
başçılığı ilə hicri tarixinin 18-ci (639-cu ildə) ilində işğal olunma-
sı barədə məlumat verib. Digər mənbələr isə ərəblərin Xəzərsahili 
vilayətlərə, o cümlədən Azərbaycana hücumunun yalnız 642-ci 
ildə Nihavənd və  Həmədanın fəthindən sonra mümkün olduğunu 
bildirirlər. Yəni, ancaq bu qələbələrdən sonra işğal olunan ərazilərdə 
möhkəmlənən ərəblər Şimala doğru istiqamət götürüblər.   
Xilafət qoşunları Azərbaycana daxil olan zaman çox güc-
lü müqavimətlə rastlaşıblar. 643-cü ildə  Ərdəbil  şəhərindən bir 
qədər aralı Cərmidan dağı yaxınlığında bir neçə gün davam edən 
qanlı döyüş Azərbaycan qoşunlarının məğlubiyyəti ilə başa çatıb. 
Nəticədə, 644-cü ildə əhali adından ərəblərlə müqavilə imzalanıb. 
Müqavilənin şərtlərinə görə, yerli əhali ərəblərə tabe olmalı, can 
vergisi – cizyə verməli idi. Qadınlar və uşaqlar, həmçinin, yaşamaq 
üçün vəsaiti olmayan xəstələr, dünya malından heç nəyi olmayan 
zahidlər bu vergidən azad olunurdular. Ərəb əsgərlərini bir gecə-
gündüz evdə saxlamaq da müqaviləyə daxil olan şərtlərdən idi. 
Bunun müqabilində Xilafət qoşunu Azərbaycanın bütün əhalisinin 
əmlakına, dini etiqadlarına toxunmamağı, adət və məişətlərinə qa-
rışmamağı öhdəsinə götürmüşdü. Ölkəni tərk etmək istəyənlərə 
özlərinə sığınacaq tapana kimi imkan verilirdi.
Cərmidan yaxınlığındakı  qələbə  ərəblərin  Şimala – Albani-
yaya, Cənubi Qafqaza olan yolunu açdı. Beləliklə, ilk ərəb fü-
tuhatlarından sonra Azərbaycanın cənub hissəsi – Adurbadaqan 
müstəqilliyini tamamilə itirərək bilavasitə  xəlifə canişinlərinin 
hakimiyyətinə tabe oldu, Şimal hissəsi – Albaniya isə siyasi 
müstəqilliyini saxlamağa cəhd göstərsə də, Xilafətin vassalı kimi 
vergi ödəmək şərtilə ondan asılı vəziyyətə salındı. Belə ki, Alban 
hökmdarı Cavanşir 667-ci ildə Xilafətin paytaxtı  Dəməşqə  səfər 
etdi və üç illik danışıqlardan sonra 670-ci ildə Xilafətin vassallı-
ğına razılıq verdi. Lakin Albaniyada siyasi vəziyyət heç də sabit 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə