m
əqsədilə və ya ilin əksər vaxtında yel dəyirmanının
işləməsi arzusu ilə oxunur. Bütün deyilənlər bir daha hər
hansı bir çərşənbəyə yel adının verilməsinin heç bir məntiqə
sığmadığını göstərir… Onu da qeyd edək ki, şeirlərinə
istinad etdikl
əri Ə.Cavad çərşənbələrə ad verməyib və
birinci ç
ərşənbə başlığı altındakı şeirində havadan danışır:
“Açıldı hava...”
Vurğuladığımız Ölü çərşənbəsinə qədər bir çox yerlərdə
qar
əməlli-başlı əriyir, məzarlıqlara gedən yollar açılmağa
başlayır. Uzun qış aylarında və ya əvvəllər dünyasını dəyişmiş
yaxınlarının qəbirlərini ziyarət edə bilməyən xalq qəbir üstünə
gedir, özl
ərilə süpürgə, kürək, su, əski, şirniyyat aparır,
q
əbirləri palçıqdan, çör-çöpdən təmizləyir, yuyur, silir, üzərinə
yiy
əcəklər, gül-çiçək qoyur, dualar oxuyur.
O da m
əlumdur ki, bayrama bir həftə qalmışdan boxçalar
açılır, uşaqlar bütün günü əllərində evlərində bişən bayram
kök
ələri, şəkərbura, şəkərçörəyi, qatlama, fəsəli, şorqoğalı,
çöç
ə, paxlava yeyir, ceviz, fındıq qırır, yumurta döyüşdürürlər.
Ölü ç
ərşənbəsində ziyarətçilər məzarlıqdan evlərinə
ç
əkildikdən sonra qəbirlərə qoyulan nemətləri toplayan kasıb
uşaqların da gözləri başqalarının əlində qalmır, imkansız ailələr
d
ə bayram süfrəsinə bir şeylər qoya bilirlər. Bu da maddi
imkanı olmayan insanların heysiyyatına toxunmadan icra
olunan yardım formasıdır. Kasıb kasıb olduğu qədər də qürurlu
ola bil
ər və qonşusunun ona verdiyi nemətlərdən imtina edər, əl
açmağı özünə sığışdırmaz. Lakin uşaqların, bəzən də gizlincə
uzaqda dayanıb aranın sakitləşməsini, qadınların məzarlıqdan
ç
əkilməsini gözləyən qonşu kəndlərdən gələn imkansız
ail
ələrin qadınlarının qəbirlərə qoyulan xonçaları evlərinə
aparmaları ən böyük savabdır. Bunu xonçaları aparanlar da
232
bildikl
ərindən bəzən bir-birilərinə “ay qızlar, bir az tez olun,
gözl
əyənlər var” deyərək qəbirsanlığı tez tərk etməyə çalışırlar.
Bu m
ərasimdə mollalar da iştirak edirlər. Geri döndükdən
sonra hamı paklanır, axşam çağı ölülərin adına qazan asır, qapı,
p
əncərəni açıq qoyur, şamlar yandırırlar ki, ruhları işığın
vasit
əsilə gəlib evi rahat tapsın, adına bişirilənlərdən payını
alsın, rahatlıqla geri dönsün. Ruhun yolunu azıb geri dönə
bilm
əməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılır. Bu
gec
ə elə beləcə, yad etmələrlə, xatirələrlə başa çatır. Adətən,
ağsaqqallar, ağbirçəklər mərhumun adını çəkmir, onu
“r
əhmətlik”, “baxtsız, yığvalsıq”, “yeri cənnətlik olmuş”,
“
cavan ölmüş”… kimi sözlərlə anır, yaslı evlərə gedərək onları
yasdan çıxardır, həyətlərində tonqal qalayırlar ki, Axır
ç
ərşənbəyə onlar da həvəslə hazırlaşa bilsinlər… Gördüyümüz
kimi, Novruz ç
ərşənbələri arasında ən humanist, ən vacib
ç
ərşənbə Ölü çərşənbəsidir. Kasıbların bayram süfrələrinin boş
qalmaması, uşaqlarının gözünün başqasının cibində olmaması,
yaslı ailələrin yasdan çıxarılması və s. insanların bir-birinə həm
maddi, h
əm də mənəvi dəstəyindən xəbər verir.
Ölü ç
ərşənbəsi qədim türklərin atalar kultu ilə sıx
bağlıdır. Pakizə Aytacın da yazdığı kimi, “Eski Türkler`de
bahar bayramı yüksek tepelere kurulmuş mezarlıklarda
kutlanmakta idi. Nevruz törenleri de bu mekanlarda başlatılır,
ölülere dualar edilir ve yemekler dağıtılır” [46, s. 112].
Türkiy
əli alim Rəşad Gənc karakeçililərin bayram vaxtı ulu
ataları saydıqları Ərtoğrul Qazinin türbəsi yanında
keçirilm
əsindən bəhs edərkən bu gün hələ də Türkiyənin
c
ənub-şərq, şərq bölgələrində və Azərbaycanda Novruza yaxın
günl
ərdən birinin adının “Ölülər Bayramı” olduğunu və həmin
gün q
əbirlərin ziyarət edildiyini, ataların xatırlandığını,
233
ruhlarına dualar edildiyini, fatihələr oxunduğunu yazır [62, s.
19] .
İranda da xalqın inamına görə, “Nevruz günlerinde
ecdadlarının ruhları, yere inip, evlerine gelirler; ona göre evde
zengin ve rengarenk sofralar açarlar ve onların gelmelerine
şenlik ederlerdi” [58, s.120].
B
əziləri deyirlər ki, Ölü çərşənbəsi adı yaxşı səslənmir...
Sad
ə xalq hər şeyi öz adı ilə çağırdığı kimi, həmin günü də Ölü
ç
ərşənbəsi, Qara çərşənbə adlandırmışdır. Bu çərşənbə
ərəfəsində şəhərlərdə məskunlaşanlar, uzaqda yaşayanlar da
k
əndlərinə, doğmalarının məzarlarını ziyarət etməyə, sağ qalan
ata-
analarına baş çəkməyə gedir, onları da bayramqabağı
sevindirir, h
əm özləri rahat, həm yaxınları arxayın olurlar.
Fikrimizc
ə, yaxınlarımıza, ölülərimizə ayrıca bir çərşənbənin
h
əsr olunması daha doğrudur. Həmin gün məzarlığa xonçalar
aparanlar da çox göz
əl bilirlər ki, bayram nemətlərini uşaqlar
toplayacaqlar. El
ə buna görə də, xonçalara bir ailənin süfrəsini
b
əzəyəcək qədər şirniyyat, çərəz, meyvə qoyurlar. Çünki, qeyd
etdiyimiz kimi, bir çox ail
ələr var ki, imkansız olsalar da,
qürurundan heç k
əsə əl açmasa da, belə günlərdə balalarının
dig
ər uşaqlar kimi bayram payından dadmasını arzulayırlar.
Ona gör
ə də, yuxarıda vurğuladığımız kimi, bəzən bu
xonçalardakıları toplamağa digər kəndlərdən bu kəndin
sakinl
ərinin tanımadığı yoxsul qadınlar da gəlir, çəkinə-çəkinə
bir k
ənarda dayanıb insanların dağılmasını gözləyirlər…
K.V.N
ərimanoğlu yazır: “Novruza bəzən “Ölülər Bayramı”
deyilm
əsi, ruh dünyası ilə bağlı kültürün izlərini daşımaqdadır”
[90, s.235]. B
əlkə də tədqiqatçını bu fikri söyləməyə
yönl
əndirən bəzi bölgələrdə, özəlliklə də Bakıda qadınların
m
əzarlıqları məhz Novruz günü ziyarət etmələridir. Xızıda da
234
Dostları ilə paylaş: |