Üç aylıq ədəbiyyat dərgisi
11
Qulu Məhərrəmli
***
Sizə deyim, Sabir Əhmədli əyilib
kamali-ədəblə əlini öpmək istədiyim
yeganə ədəbiyyat adamı olub. Ona
görə ki, Sabir Əhmədli ilə Azərbaycan
sözü az qala sinonimdir: torpağı
düşmən əlində, oğlu Qarabağ şəhidi…
Özü də hamıdan istedadlı ola-ola bir
az talesiz, bir az unudulmuş, bir az
döyülmüş, əzilmiş, haqsızlığa urcah
olmuş birisi…
Sizcə şəhid atası ilə xalq yazıçısı
adını bir yerdə daşıya bilən neçə kişi
tapılar bu məmləkətdə?
Şərif Ağayar
***
Sabir müəllimin “Yamacda nişanə”
adlı bir romanı var. Romanın
qəhrəmanı Laçın əyalət sakitliyinə
alışmaq istəmir, o, ürəyinin istədiyi
kimi yaşamaq istəyir. Axırda isə
yanğınsöndürən maşının sirenasını
açıb aləmə səs salır. Sabir müəllim də
belə bir ömür yaşadı. O, susmaq,
sürüyə qoşulmaq istəmirdi.
Qan Turalı
***
Sabir Əhmədlinin Azərbaycan
ədəbiyyatında dağdan ağır xidmətləri
olub. Sabir Əhmədli o yazıçılardan idi
ki,
əsərlərində
dəqiq
mənəvi
oriyentrlər cızırdı. O, ömrünün sonuna
kimi ləyaqət hissini itirmədi, haqqı
nahaqqın ayağına vermədi, yazıçı
adının ucalığını vicdanla, namusla
qorudu. Sabir Əhmədli Azərbaycan
ədəbiyyatının vicdanı idi. O, bu xalq
üçün az iş görmədi, doğma oğlunu
millətinin yolunda qurban verdi, milli
təfəkkürün
formalaşmasına
öz
samballı, siqlətli əsərləriylə təkan
verdi, ucuz şöhrətin qulu olmadı, əsl
kişi ömrü yaşadı. Sabir Əhmədlinin
gözdən- könüldən uzaq bir yerdə -
Binəqədidəki qaçqın qəbiristanlığında
dəfn olunması mənə dünyanın ən
əbləh işlərindən biri kimi görünür.
Sabir Əhmədli öz ölümüylə çox
həqiqətləri bizim yadımıza saldı, çox
gizli mənaların üstündən sirr pərdəsini
götürdü...
Bizləri
çox
şeylərə
hazırladı... Hazırladı və... getdi. Ruhu
şad olsun!
Kənan Hacı
***
Sabir
Əhmədlini
görməmişəm,bəli.
Azərbaycan
ədəbiyyatının
bu
böyük
nümayəndəsini oxumuşam və bir də
dillərdə haqqında danışılan yaxşı
söhbətlər eşitmişəm. Demək olar
ki,Sabir Əhmədli barəsində istər
yaşlı,istər gənc nəslin nümayəndələri
yaxşı düşünürlər. Bu baxımdan Sabir
Əhmədli nadir qələm adamlarındandı.
Qələmi o qədər gerçəkçidi ki,hətta
onun
Qanköçürmə
stansiyası
povestini oxuyandan sonra aylarla ət
yemədiyimi
xatırlayıram.
İnəyin
kəsilməsi səhnəsindən danışıram.
Sonralar Apokalipsis filminə baxanda
elə bildim ki, filmin ssenaristi də
həmin əsəri oxuyubmuş. Heyvanın
kəsilməsi səhnəsi orda da bütün
detallarıyla göstərilir. Tükürpədici idi!
Sevinc Elsevər
12
№ 2 (14) Yay 2015
NƏSR
SABĠR
Ə
HM
Ə
DLĠ
“YAZILMAYAN YAZI”
memuar roman
(əvvəli ötən sayımızda)
Bütünlükdə bunlar ruhani, molla
olublar. Babam molla idi, mirzəlik edirdi.
Molla Bəkir kimi tanınırdı.
Bəs nə üçün biz bu familiyanı
götürməmişik? Bilmirəm. Bəlkə, böyük
əmim,
Əhməd
əmimin
də
soyu
Əfəndiyevmiş, Qumru bibimin baş
daşındakı “Əfəndiyeva “, eləcə də Qumru
bibinin bir vaxtkı əri, sonra ayrıldıqları
Əhməd əmimin famili imiş. Əhməd əmim
müharibə başlayandan xeyli qabaq gedib,
Rusiyada yaşayırdı…
Otuz dörd-otuz beşinci illərdə
Azərbaycanda hamı yeni qayda ilə
familiya götürməyə başlamışdı. Bizim
evdə
də
götür-qoy edilir, hətta
“Əfəndiyev” ortaya gətirilirdi. Mədəni
inqilab gedirdi o illərdə. Hər şey
sovetləşir, yeni quruluşa uyğunlaşırdı.
Onda Cəmil beşinci, altıncı sinifdə idi.
Ona məktəbdə, sinif jurnalında familiya
verilməliydi, yazılmalıydı. Dürüst soy ad
arayırdı hər kəs, hər ailə. Bəy-xan
dövrünü yada salan molla, əfəndi, zadə ilə
bağlı familiyalardan, soy adlarından
çoxları çəkinir, qorxur, min illik
köklərindən üz çevirib, yapışırdılar təzə
uydurma soylardan. Qədim ad, nişanə,
rütbə, keçmişin əsl-nəsəbi ilə bağlı
familiyalardan qaçır, şübhə doğuran
soydan daşınırdılar. “Əfəndiyev” soyu
bəy, xan təki gözdən salınır, sıradan
çıxarılırdı. Rüstəmbəyovlar, Əlibəyovlar,
Kişibəyovlar bəyi atır, bəysiz, xansız,
yalın adlar qabağa çıxırdı. Bizimkilər
görünür qədim, keçmiş ayamı xatırladan,
yüksək rütbə, mənsəbə yaxın olduqlarını
gizlətməkdən
yana
Əfəndiyevdən
çəkinmişdilər. Ağla batandı. Onda bəs
bunların soyu necə yazılmalıydı? Uşaq
olsam da, güclə xatırlayıram: Əhmədovun
ustə dayandılar. Özü də Əhmədzadə,
Əhmədli yox, eləcə Əhmədov. «Ov»
bunlarındı - sovetlərin.
Bəs niyə Əhmədov, haradan
hara? Əmimin adı Əhməddi, adətən ata öz
öğluna atasının adını qoyardı. Görünür,
Əhməd atamın atası Molla Bəkirin atası,
babası imiş. Babam övladına rəhmətlik
ata-babasının adını vermişdi. Familiya –
“hər kəsin babası olmalıdır” qaydası
ilə də
həmin ad bizim yeni familyamız olmuşdu.
Köhnə, ənənəvi soy hər dəfə itir,
babanın adı soy ad təki götürülürdü. Belə
olduqda nəsil-kök ənənəsi pozulurdu, hər
doğulan uşaq babasının adını familiya
götürməklə mərhələ-mərhələ familiya da
dəyişir, köhnə baba itir, yeni babanın adı
doğulan yeni uşağa verilirdi. Beləliklə soy
özü mərhələlərlə yeniləşir, itir, yenisi
ortaya çıxırdı. Bu sovet quruluşunun
yeniləşmə,
köhnələri itirmək, tarixi
pozmaq,
unutmaq
niyyətinə
uyğun,
büsbütün nankorluq, nəsli danmaqdı.
Hər
halda
belə
qurtarıram:
Əhməd bizim ulu babamız olub, onun
adını babamız Molla Bəkir böyük oğluna
vermişdi, həm də bu bizim familyamız
sayılmalıydı, soy ad nəsillikcə deyil, hər
kəs babasının adını götürmək qaydasına
uyğun olaraqdan.
Soy adımız aydın oldu. Gələk
baba üstünə. Babam, molla Bəkir şək-
şübhəsiz, ləmbəranlıdır, oranı mən
görməmişəm, Ləmbəran böyük kənddir,
eşitmişəm,
bilirəm
yaxşı
barama