Üç aylıq ədəbiyyat dərgisi
9
açılır. Və buna alternativ olan xalq
oyunu – şah, vəzir, vəkil və onların
çıxardığı “oyun”lar...
Sabir Əhmədli neçə il əvvəl vəfat
edib. Onu Fəxri Xiyaban deyilən
yerdə dəfn etmədilər. Əsərlərinin
çapına qadağa qoydular... Yasaq
ədəbiyyatın üstündən yasaq hələ də
götürülmədi ki...
Bu
günlərdə
ustadın
“Yazılmayan yazı” memuar romanı
ikinci dəfə nəşr edildi.
Başlandı! Artıq Sabir Əhmədli
yaradıcılığının ikinci dövrü başlandı.
Gün
gələcək,
onun
cild-cild
əsərlərinin
çap
edildiyini
də
görəcəyik.
AZAD QARADƏRƏLİ
Q
Ə
LƏM ADAMLARI,
ZĠYALILAR SABĠR
Ə
HM
Ə
DLĠ HAQQINDA:
Dostlarımız,
qələmdaşlarımız
haqqında ən xoş sözləri biz, adətən,
dostlar dünyadan köçəndən sonra
deyirik.
Ancaq
mənim
mətbu
çıxışlarıma
–
məqalələrimə,
müsahibələrimə bələd olanların yəqin
yadlarındadır ki, hələ Sabir Əhmədli
sağ olanda da mən bütün məqalə və
çıxışlarımda onun barəsində həmişə
söz açmışam, Sabirin təzə çıxan hər
bir əsəri barədə sevinclə, fərəhlə
danışmışam.
Sabir ədəbiyyatımızda öz sözünün
yiyəsi olan nadir yazıçılarımızdandır.
Onun yaratdığı əsərlərin böyük
əksəriyyəti bu gün də aktualdır.
Sabirin “Yaşıl teatr” romanı sanki bu
günümüzdən yazılıb. Onun “Yamacda
nişanə”, “Qanköçürmə stansiyası”
povestləri də ədəbiyyatımızın həqiqi
təəssübkeşləri
üçün
heç
vaxt
köhnəlməyəcək nəsr nümunələridir.
Sabir Əhmədli yaradıcılığı təəssüf
ki, lazımi qədər tədqiq və təhlil
olunmayıb. Bu baxımdan, biz onu
hələ ki, tutduğu yüksəklikdə görə
bilmirik. Ancaq vaxt gələcək, biz
Sabiri o yüksəklikdə görəcəyik. Çünki
Sabir
Əhmədli
ədəbiyyatımızın
yüksəkliyindən bizə baxmağa layiq
olan böyük sənətkarımızdır.
Əkrəm Əylisli
***
Sabir Əhmədli Azerbaycan
ədəbiyyatında fərqli bir yerə sahib
olan yazıcıdır. Belə deyək,ayrıca bir
adadır, kimsəyə qarışmayan özgür bir
ada. Ədəbiyyata hardan gəlmişdi,
xalqın
içindənmi,
oxuduğu
əsərlərdənmi?Məncə, o ədəbiyyata
hardansa fərqli bir yerden gəlmişdi.
Bu fərqlillik onun nasir üslubunda,
şəxsi
davranışlarında
apaydın
görünürdü. Təkcə "Yamacda nişanə"
povestinin təsiriylə yağlaya-ballaya
tərəfkeş tənqid tərəfindən göylərə
qaldırılan altmışıncı illər yazıçı
nəslinin yazdığı neçə əsər saymaq
olar.
O yaşadığı zaman və rejimlə
müxalifətdə olan (əsl sənətkara, kişiye
məxsus özəllik!!!) nadir yazıcımız idi.
Belə olduğuna görə də, "Ədəbiyyat
qəzeti"ndən dışlandı, belə olduğuna
görə də sənətkar böyüklüyünə ləkə
qondurmaq mümkün olmayan bir
sənətkar olsa da, məzarı hardasa bir
kənd qəbristanlığındadır. Amma bu
olumsuzluqlar Sabir Əhmədli ruhunu
10
№ 2 (14) Yay 2015
əsla rəncidə etməz. Bu ruh hardan
gəlmişdisə, oraya da qayıdacaqdı,
yəni ulu göylərə, yəni layiq olduğu
yerə!!!
Məmməd İsmayıl
***
Azərbaycanın
böyük
qələm sahiblərindən biri, xalq yazıcısı
Sabir Əhmədli dünyasını dəyişəndən
sonra yuxarılardan gələn məsləhətlə
dəfni bir gün yubadılsa da, bütün
cidd-cəhdlərimizə baxmayaraq, Fəxri
Xiyabana buraxılmadı. II Dünya
Savaşında ən gənc Sovet İttifaqı
Qəhrəmanı olmuş qardaşı Cəmil
Əhmədov
Varşava
ətrafındakı
qardaşlıq qəbiristanında (hər dəfə
Polşaya yolum düşəndə onu ziyarət
edirəm), bığ yeri yenicə tərləmiş oğlu,
Kəlbəcərə qış yürüşündə şəhid olmuş
Məhəmməd Bakıda, İkinci Şəhidlər
Xiyabanında, ata-anasının, böyük
qardaşının qəbirləri və hələ içinə girib
divarlarını
isitmədiyi
yeni
evi
Cəbrayılda, düşmən əlində, özü də
başqa bir “müharibə qurbanı”, ata
ocağını,
malını-mülkünü
Ermənistanda
tərk
edib
gəlmiş
dostumuz
Fərman
Kərimzadənin
qonşuluğunda,
Binəqədi
qəbiristanında… Xalq yazıçısına hətta
İkinci Fəxri Xiyabanın da qapısı
bağlandı. Allah binəqədililərdən razı
olsun…
Ailəsi
yalnız
onların
qəbiristanında yer tapa bilmişdi…
Vətən torpağıdır, nə fərqi? Ancaq
görünür, kimlər üçünsə fərqi var…
Yoxsa heç olmasa, ölənlərimiz
arasında ayrı-seçkilik qoymazdılar…
Sabir Rüstəmxanlı
***
Onunla sağlığında dəfələrlə üz-üzə
gəlmiş, görüşmüş, oturub söhbət
etmişdim. Bu böyük Azərbaycan
yazıçısının
yaradıcılığı
barədə,
xüsusilə, onun romanları haqqında bir
neçə məqalənin də müəllifi olmuşam.
Sabir Əhmədli mənim üçün XX əsr
Azərbaycan yazıçıları arasında ən
doğmalarından
biri
,
ən
çox
oxuduğum nasirlərdən biri idi. XX əsr
Azərbaycan
gerçəkliyini,
istər
yaxından bələd olduğu kəndi, istərsə
də şəhəri təsvir etsin, Sabir Əhmədli
son dərəcə həyati bir yazıçı idi və
deyim ki, onun əsərlərində təsvir
etdiyi həyat canlı həyatın özü idi.
Sadəcə, bədii naxışlarla, rənglərlə,
sözün yaratdığı ecazlarla cilalanmışdı
bu
həyat.
Həm
də
sərtliyi,
mürəkkəbliyi, təzadları ilə seçilirdi.
Vaqif Yusifli
***
Sabir
Əhmədli
20-ci
əsr
Azərbaycan nəsrinin, ədəbiyyatımızın
nəhəng simalarındandır. Onun ciddi
sosial-mənəvi problemlərə toxunan
romanları
milli
ədəbiyyatımıza
tamamilə yeni miqyas gətirib. Hələ
sovet dövründə ədəbiyyatın, yazıçının
missiyasını
həqiqətə,
ictimai
düşüncəyə və insan ləyaqətinə xidmət
etməkdə görən Sabir Əhmədov bir-
birindən parlaq əsərləri, yaratdığı
parlaq obrazları, fərdi üslubu ilə
ədəbiyyat tariximizdə xüsusi mövqe
tutur. Tək ona təəssüflənirəm ki, belə
nəhəng bir yazıçı nə sağlığında, nə də
əbədiyyətə qovuşandan sonra öz
layiqli qiymətini almayıb.