Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə77/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
159 
etmişdim.  Amma  Bala  Div  məni  çağırıb 
dilə tutmuş, ərkyana danlamış, “Gəmidə 
oturub  gəmiçi  ilə  dava  etməməyi” 
məsləhət  görmüş  və  həmin  hissəni 
pozmuşdu...)  söz  açılır.  İkinci    hissə 
“Çətənə”  adlanırdı.  Bu  hissəni  diktor 
oxudu: 
            “Bir  hektar  çətənə,  25  hektar 
meşə  qədər  oksigen  istehsal  edir.  Bir 
hektar  çətənədən,  4  hektar  ağacdan 
alınana  bərabər  kağız  almaq  olar.  Yəni, 
çətənədən 
alınan 
kağız 
ağacdan 
alınandan 8 dəfə ucuz başa gəlir. Çətənə 
4 ayda yetişir, bir ağac  isə 20-50 ildə . 
Bu  bitki  əsl  radiasiya  təmizləyicidir. 
Özü də dünyanın hər yerində yetişdirilə 
bilər  və  çox  az  suya  ehtiyac  duyar. 
Bundan  başqa,  özünü  böcəklərdən 
qoruya  bildiyi  üçün  kənd  təsərrüfatı 
dərmanlarına da ehtiyac duymur. Çətənə 
ilə  hazırlanan  tekstil  məhsulları  yayılsa, 
kənd  təsərrüfatındakı  bəzi  sahələr  və 
dərman  sektoru  tamamilə  ləğv  olunar. 
İlk  cins  şalvar,  çətənədən  hazırlanıb; 
hətta  "kətan"  sözü  çətənə  məhsullarına 
verilən  addır.    Çətənə  bundan  başqa  ip, 
kəndir,  çanta,  ayaqqabı,  papaq  istehsalı 
üçün də ideal bir bitkidir. Çətənə, QİÇS 
və  xərçəng  müalicəsində  kemoterapi  və 
radiasiya  təsirini  azaltmaq,  revmatizm, 
ürək, 
astma, 
mədə, 
yuxusuzluq, 
psixatriya, onurğa narahatlıqları kimi ən 
azı,  250 xəstəliyin müalicəsində istifadə 
edilməkdədir. 
           Çətənə toxumunun protein dəyəri 
çox  yüksəkdir  və  içindəki  iki  yağ 
turşusu  da  təbiətdə  başqa  heç  bir  yerdə 
yoxdur.  Çətənə  istehsalı  soyadan  belə 
daha  ucuzdur.  Çətənə  ilə  qidalanan 
heyvanlar,  əlavə  hormona  ehtiyac 
duymur.  Plastik  məhsulların  hamısı, 
çətənədən  istehsal  oluna  bilər  və  çətənə 
plastikinin  təbiətə  geri  qaytarılması 
olduqca  asandır.  Bir  avtomobilin 
gövdəsi 
çətənədən 
hazırlansa, 
dözümlülüyü  poladdan  tam  10  qat  çox 
olar.  Ondan  alınan  məhsuldan  binaların 
izolyasiyası  üçün  də  istifadə  edilə  bilər; 
dayanıqlı,  ucuz  və  elastikdir.  Çətənə  ilə 
hazırlanan  sabunlar  və  kosmetika 
məhsulları suyu kirlətmir; yəni tamamilə 
təbiət  dostudur.  Saysız  faydası  olan 
çətənə,  bir  zamanlar  dünyanın  ən 
əhəmiyyətli  istehsal  bitkilərindən  biri 
idi.  Bu  gün  istehsalı  qadağandır.  Hətta 
Amerikada 18-ci əsrdə istehsalı məcburi 
idi  və  onu  əkməyən  fermerlər  həbs 
edilirdi Ancaq vəziyyət indi tam tərsinə 
çevrilib.  Görəsən  belə  faydalı  bitkini 
kim, yaxud nə gözdən saldı? 
 
 
(Burada musiqi keçidi olur) 
 
 
         Diktor: 
         -Cənab  Hearst,  1900-cı  illərdə 
Amerikada  qəzet,  jurnalların  sahibi  idi. 
Meşələri  vardı  və  kağız  istehsal  edirdi. 
Əgər  çətənədən  kağız  hazırlansa, 
milyonlarını itirərdi. 
         Rokfeller,  dünyanın  ən  zəngin 
adamı  idi.  Neft  şirkəti  vardı.  Bio 
yanacaq  olan  çətənə  yağı  da,  əlbəttə, 
onun ən böyük düşməni idi. 
         Mellon,  Düpon  şirkətinin  əsas 
səhmdarı və neft məhsullarından plastik 
istehsal  etmək  üçün  patentə  malik  idi. 
Və çətənə sənayesi, onun bazarını təhdid 
edirdi. Sonra isə, Mellon ABŞ Prezidenti 
Hooverin  maliyyə  naziri  oldu.  Bu  bəhs 
etdiyimiz  böyük  adlar  keçirdikləri 
toplantılarda,  çətənənin  bir  düşmən 
olduğuna  qərar  verdilər.  Və  onu  aradan 
qaldırdılar.  Media  vasitəsilə,  marixuana 
sözüylə  birlikdə  çətənəni,  insanların 
beyninə  zəhərli narkotik kimi yeritdilər. 
Çətənə  dərmanları  bazardan  çıxarıldı, 
bunun  yerini  bu  gün  istifadə  edilən 
kimyəvi  dərmanlar  alıb.  Kağız  istehsalı 
üçün,  meşələr  məhv  edilir.  Kənd 
təsərrüfatı  dərmanları ilə  zəhərlənmə  və 
xərçəng  artıb.Və  dünyamızı  plastik 
zibillərlə, 
zərərli 
tullantılarla 


160
№ 4 (20) Qış- 2016
 
doldurduq. İnsan,  təbiəti  məhv  etməyin 
bir yolunu hər zaman tapır.  
         Beləcə
vəhşi 
kapitalizm, 
çətənədən  narkotik  almağın  ən  asan 
yollarını  taparaq,  onu  dünyaya  ən 
qorxulu  bitki  kimi  təqdim  etdi.  İndi 
əslində, o, doğrudan da qorxulu bitkidir. 
Təəssüf  ki,  bu  məşum  bitki  bu  gün 
Masallı  rayonunun  meşələrində  gizlin 
şəkildə,  hətta  bəlkə  də  açıq  şəkildə 
hektarlarla  yetişdirilir.  Lakin  onu  orda 
əkənlər,  təəssüf ki, çətənədən  yuxarıda 
saydığımız  məhsulların  heç  birisini 
almaq  üçün  istifadə  etmirlər.  O,  ağ 
ölümün  –  marixuananın  mənbəyinə 
çevrilib.  Masallı  rayon  icra  hakimiyyəti 
bu  ölüm  mənbəyi  ilə  kəskin  mübarizə 
aparır.  Meşə  aralarında  hektarlarla 
əkilmiş  çətənə  plantasiyaları traktorlarla 
kürünür,  yandırılır.  Müsahibimiz  rayon 
icra  hakimiyyətinin  başçısı,  reformator 
başçı kimi tanınan Teymur Yəhyayevdir. 
 
(Radioda yenə musiqi keçidi olur) 
 
 
Musiqi 
keçidindən 
sonra 
Teymur  müəllim  rayondakı  iqtisadi 
islahatlardan  danışır,  özünün  “İslahatın  
anatomiyası”  kitabından  misallar  gətirir 
və  rayondakı  narkotik  istehsalçılarına 
qarşı  mübarizədən  bəhs  edir.  Yarım 
saatlıq  veriliş  on  dəqiqə  sonra  qəfil 
kəsilir və heç bir elan vermədən konsert 
proqramı  başlayır.  Əlim  üzümdə  qalır. 
Radionun tarixində belə şeylə az-az olur. 
Bir 
dəfə 
də 
M.Ə.Rəsulzadədən 
hazırladığım  verilişi  beləcə  yarıda 
kəsmişdilər… 
 
Sonradan 
öyrənəcəm 
ki, 
verilişin  dayandırılması  əmri  birbaşa 
yuxarıdan  gəlib.  Və  təbii  ki,  Keçəlin 
əlinə  fürsət  düşdü  məni  “letuçka”da 
asıb-kəsmək üçün… 
  
         ...”Ağ  atlı  oğlan”  verilişi  yarımçıq 
da  olsa  bitmişdi.  İndi  instrumental  
havalar  gedirdi.  Sürücü  dalğanı  dəyişdi. 
Bir azdan məni mürgü apardı. 
 
*** 
 
 İmirin Qeyd Dəftərindən: 
“Loğman eyləməkçün dərdlərə çarə  
İstədi hər güldən bir şəfa dərə.  
Çiçəklər ağladı loğman öləndə  
Şehdir qurumayıb göz yaşı hələ.  
                                           (Rübail)  “ 
      Sonra  aşağıdakı  şərh  gəlir:”Mən  bu 
misraları  öz  halımla  müqayisə  edərdim. 
İyirmi  ildən  yuxarıdır  ki,  ali  məktəbdə 
dərs  deyirəm.  Arı  kimi,  bu  şeirdə 
deyilən  tək,    çiçəkdən-çiçəyə  qondum. 
Qadınların  sayını  unutmuşam,  amma 
düz  19  bakirə  qızla  yatdım.  Mən 
onlardan  həzz  aldım,  əvəzində  onlar 
mənim 
ruhumu, 
eşqimi, 
elmi 
potensialımı sümürüb yox elədilər. Mən 
indi  qurd  düşmüş  bir  dəriyəm.  Heç 
ayaqqabı  tikməyə  də  yaramayan...  Bir 
vampir  kimi  bir  gün  özüm  özümü 
yeyəcəyəm...” 
 
*** 
        ...Maşının sürəti zəifləmişdi. Qəribə 
səs  çıxardır,  elə  bil  insan  kimi  dil  olub 
dillənirdi.  Düzdür,  bir  xeyli  vardı  ki, 
“31”  yoxa  çıxmışdı,  amma  qabaqda 
gedən  milis  maşını  hərdən  gözə  dəyir, 
yenə  ratsiya  ilə  ucadan  nələrsə  söyləyir, 
yenə gözdən itirdi. Tərsliyə bax ki, İmir 
müəllimin  vəfalı    JİQULİ-si  onu  dar 
ayaqda  ələ  vermək  istəyirdi.  Az  qala 
yalvaracaqdı  maşına:  “Nolar,  məni 
yarıyolda  qoyma.  Mən  arxadan  və 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə