Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

Bir kuzə gördüm bulaqda,

Soruşdum kuzədən səni!

Yatan baxtı oyatsaydım,

Xoş nəğməyə boyatsaydım,

Ötən çağa qayıtsaydım,

Sevərdim təzədən səni.



BOYDAYAM

Həsrətdən qovrulan mənəm,

Nisgildən yoğrulan mənəm,

Qürbətə sovrulan mənəm,

Qürbətin özü boydayam!

Bəxtim mənə “yen!” deməyib,

“Köhləninə min” deməyib,

Xoş avazla dindirməyib,

Naləli sözü boydayam!

Yaddan hala yanan olmaz,

Hər “can” deyən canan olmaz,

Qürbət el mehriban olmaz,

Həsrətin izi boydayam!

Bizi əyən kimdi, fələk,

Ömrüm, günüm qəmdi, fələk,

Yaxşı günüm kəmdi, fələk,

Dərdimin yüzü boydayam!

El içində olmuşam pərt,

Dövran zalım, zəmanə sərt,

Canımızda köklənib dərd,

Ocağı, közü boydayam.

Aylıq ədəbiyyat dərgisi

53

ULDUZ /

Dekabr 2015

Moskva



“Nasir təfəkkürü”, “uğurlu poetik

dil” və  “ideoloji məqsəd”

Vüsal Nurunun “Dorantağ” romanının

müzakirəsində daha çox bu haqda danışıldı. 

AYB‐nin Әdəbi Seksiyalarının

“Müzakirə klubu” layihəsi davam edir.

Növbəti diskussiya “Nəsr seksiyası”nda

keçirildi. Bu dəfə fantast yazıçı Vüsal

Nurunun “Azərbaycan” dərgisinin 2015‐

ci il 9‐cu sayında dərc olunan “Dorantağ”

romanı müzakirə edildi. Müzakirədə

tanınmış qələm sahibləri – yazıçı Mustafa

Çəmənli, tənqidçi Nərgiz Cabbarlı, yazıçı

Təranə Vahid, şairə Nuranə Nur və

Azərbyacan Yazıçılar Birliyinin Yaradıcılıq

məsələləri üzrə katibi İlqar Fəhmi və müəllif

– Vüsal Nuru iştirak edirdilər. 

Layihənin koordinatoru: Nərgiz Cabbar ‐

lıdır.

“Әsəri oxuduqca nasir təfəkkürü göz

önündə canlanır”

Müzakirəni AYB‐nin katibi İlqar Fəhmi

açdı: 

‐ Biz Vüsal Nurunun fantastik janrda



yazılmış “Dorantağ” romanı haqqında

danışacağıq. Təbii ki, əsəri oxuduqca nasir

təfəkkürü göz önündə canlanır. Hadisələrin

axarını, dinamikasını inkişaf etdirmək yazıçı

peşəkarlığından asılıdır ki, bu da əsərdə

görünür. Müəllif mövzuya məsuliyyətlə

yanaşıb. O dövrü bacardığı qədər can lan ‐

dırmağa çalışıb. VII‐VIII əsri canlandırmaq

isə çox çətindir. Çünki həm mürəkkəb

dövrdür, həm də əlimizdə faktiki material

azdır. Әsər İslamın Azərbaycanda təşəkkül

tapdığı dövrdən bəhs edir. Mən istərdim ki,

ilk fikirləri Nərgiz xanım söyləsin. O həm də

layihənin koordinatorudur. 



“Әsər tarixi fantastik macəra

modelinin üzərində qurulub”

Nərgiz Cabbarlı:

‐ Әsərdə zamanlararası sıçrayışlar,

zamanlar arasında adlamalar var ki, bu da

təxminən son iyirmi ilə yaxındır, çox aktualdır

və istər Azərbaycan ədəbiyyatında, istərsə

də dünya ədəbiyyatında tez‐tez istifadə edilən

bir üsuldur. Eyni zamanda, bu cür adlama

prosesi təkcə maraq baxımından əhəmiyyətli

deyil, amma yazıçı üçün maraqlıdır və

oxucunun da marağını çəkmək məqsədi

daşıyır və s. Təkcə bundan söhbət getmir.

Bu həm də tarixi həqiqətlərin haradasa üzə

çıxarılması məqsədi daşıyır. Və mən bu

məqsədi Vüsalın əsərində bir neçə istiqamətdə

hiss etdim. Bu məqsədlər nələr idi? Birincisi,

tarixi faktları üzə çıxarmaq və bunlara

türkçülük prizmasından yanaşmaq. Yəni

ideoloji istiqamət. Və bu məqsədə, mənə elə

gəlir ki, nail olunub. İkinci bir məqsəd kimi

Vüsalın əsərində olan dil eksperimentlərini

qeyd etmək istərdim. Әsərdə, bəlkə də, müasir

nəsrə çox da uyğun gəlməyən poetik dil

eksperimentləri var idi ki, bu gün hər yazıçı

o eksperimentlərə getmir. Amma Vüsalda

bu, uğurlu alınır və elə bu səbəbdən də

diqqətimi çəkdi. Və üçüncü bir məqsəd kimi

müəllifin öz fəlsəfi mühakimələrini əsərə

yükləmək məqsədini qeyd edə bilərəm. O,

özünün dinlə, Allahla, dinlərin qəbulu ilə

bağlı fəlsəfi mühakimələrini əsərə yükləməyə

çalışıb və bunu bacarıb. 

Әsər tarixi fantastik macəra modelinin

üzərində qurulub. Belə bir yüklənmə oxucunu

öz ardınca apara bilir. Roman bir model

kimi, öz strukturu etibarilə tam təsir bağışlayır.

Müəllif bilir ki, hardan başlayıb hara gedir.

Bəzən elə olur ki, bir nöqtədən yola çıxırsan,

54

ULDUZ /

Dekabr 2015

MÜZAKİRƏ KLUBU

“Ulduz” jurnalı və AYB‐nin yaradıcılıq məsələləri üzrə katibliyinin birgə layihəsi



amma gedişat nəzərdə tutduğundan tam

başqa istiqamətə aparır səni. Amma burada

yol dəqiq bilinir. Təyyarədə başlayır və qəza

ilə də tamamlanır. Lakin qəzaya keçid, ondan

sonrakı situasiyanın təsviri bir az gözlənilməz

və bir az da ideoloji istiqaməti qıran bir təsvir

kimi meydana çıxır. Çünki yazıçının Әshabi‐

kəhfə gəlişi, mağarada axtarışı və s. o qədər

təbii bir axarla davam edir, o qədər təbii

proses təsiri yaradır ki, sanki məqsədli,

düşünülmüş heç bir şey yoxdur. 

Mustafa Çəmənli:

‐ Bəli, insanda elə fikir yaranır ki, bu,

xəyalın oyunudur. Qəhrəman qəzaya düşür

və bütün bunlar onun yaddaşında baş verir. 



Nərgiz Cabbarlı:

‐ Әsər, dilinə görə də müsbət təsir

bağışlayır. Gənclərin yaradıcılığını az‐çox

izlədiyim üçün bu xüsusiyyət haqqında xüsusi

qeyd etmək istərdim. Yazıçının dili bilməsi,

dil üzərində işləməsi lazımdır. Müasir nəsr

əsərlərində isə əksərən dilin codluğu, kələ‐

kötürlüyü adicə oxu prosesinə belə mane

olur. Amma bu əsərdəki eksperimentlər çox

maraqlıdır. Bilirsiniz ki, nəsrdə poetik dil

eksperimentləri, məsələn, 70‐80‐ci illər nəsri

üçün aktual idi. O mərhələnin nasirləri dilin

poetik qatına fikir verirdilər. İfadə və təsvir

formaları üzərində işləyirdilər. Müasir nəsrdə

isə daha çox süjetə diqqət yetirilir. Hadisələrin

axarı və nəqli... Lakin dil əsasdır, materialdır,

onu inkişaf etdirmək də, onu qorumaq da

lazımdır, öldürmək isə yox.



İlqar Fəhmi:

‐ Dilin qrammatikası, təşbehlər öz yerində.

Amma mən o şeylərin bir az əleyhinəyəm.

Biz tarixi mühiti canlandırırıqsa, yaradırıq,

o dövrü yaradırıqsa, birdən‐birə müasir təşbeh

vermək olmaz. Yaxud, təşbehin içində müasir

element verməklə tarixi mühit dağılır, çatlayır. 

Nərgiz Cabbarlı:

‐ Әsərin qəhrəmanı müasir dövrdən gedib.

Məncə, bu, ondan irəli gələn xüsusiyyətdir.

Mustafa Çəmənli:

‐ Hə də... Axı əsərin qəhrəmanı indiki

zamandan keşmişə yollanıb. Özü də bu

qəhrəman  tarixi romanlar yazan bir yazıçıdır. 



Aylıq ədəbiyyat dərgisi

55

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə