Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

İlqar Fəhmi:

‐ Әsərdə təyyarə məsələsi var. Salman

Rüşdinin məşhur bir əsəri var ‐  “Şeytan

ayələri”. Orada da təyyarə partlayır, iki nəfər

yerə düşür və düşənə qədər xəyalda

transformasiya baş verir. Peyğəmbərin yanına

gedirlər. Təyyarədən istifadə model olaraq

işlənib.  Mənə elə gəlir ki, bu cür olmağı

daha yaxşıdır. Bilinmir ki, reallıq hardadır,

yuxu hardadır. Postmodernizmdən gələn bir

şeydir bu: məlum deyil, bu hadisələr

həqiqətən baş verib, ya yox... 

Müasir dövrdə bu cür yanaşmalar çoxdur

və maraqlıdır. Mən o cür qeyri‐müəyyənliyin

tərəfdarıyam. Amma romanda magik

realizmlə mistika bir‐birinə qarışır. Yazıçı

əsəri ya magik realizm, ya da mistika ilə

qələmə almalıdır. Yəni müəyyən bir istiqamət

seçmisənsə, o zaman janr xüsusiyyətlərinə

sona qədər riayət olunmalıdır. Amma Vüsal

romanında magiyanı realizmə daxil edir,

sonra bəzi yerlərdə mistika ilə qarışdırır. 



Nərgiz Cabbarlı:

Ümumiyyətlə, bu əsərdə çox şeylərdə

qarışmalar var. Görünür, bu məqsədli şəkildə

edilib...



İlqar Fəhmi: 

‐ Amma janrların qarışması oxucuya pis

təsir edir. Yaxud bəzən müəllif öz dilindən

danışır, sonra ikinci şəxsin dilindən danışır...

Sonra qəhrəmanında olan inam, inamsızlıq

insanı çaşdırır.



Nuranə Nur: 

‐ Amma mənə maraqlı olan elə bu inamla

inamsızlığın qarışığı idi...

“Məncə, bu, düşüncə romanıdır” 

Mustafa Çəmənli:

‐ Mən ilk dəfədir, Vüsalın əsərini

oxuyuram. Amma bir daha əmin oldum ki,

əsəri yazmaq üçün yaş bir o qədər vacib

deyilmiş. Vüsalın yaşına görə çox maraqlı

nəticədir. Məncə, bu, düşüncə romanıdır. 

Әsərdə insanı düşündürən sətiraltı

məqamlar çoxdu. Burada onun türkçülüyə,

insani dəyərlərə, islama münasibəti təsvir

olunub. Bu əsər mənə iki böyük yazıçımızın

əsərini xatırlatdı. Üslublarında, yanaş ma ‐

larında heç bir oxşarlıq yoxdur. Amma

bununla belə, müəllif əşirətdən qabaqkı illəri

Aylıq ədəbiyyat dərgisi

56

ULDUZ /

Dekabr 2015



təsvir etdiyinə görə Y.V.Çəmənzəminlinin

“Qan içində” romanı yadıma düşdü. Qarğa

ilə bağlı məqam, qeyri‐adi insan təsvirləri...

və s. Dinə münasibətə görə isə M.F.Axun ‐

dovun “Kəmalüddövlə məktubları” yadıma

düşdü. Düzdür, o açıq yazılmış bir mək tub ‐

dur. Amma yenə də münasibət məsələsinə

görə yadıma düşdü...

Әsərin qəhrəmanı şüurlu şəkildə mağaraya

gedir. Әrəblərin necə gəlməsi, bizi necə

müsəlman etməsi, maraqlıdır ki, birbaşa

verilmir, insanı təəccübləndirən detallarla

təsvir olunur.  Vüsalın unudulmayacaq,

yadda qalacaq obrazları yoxdur, onun ən

yaxşı obrazı elə Yazıçıdır. Lakin əsər düşüncə

əsəridir. Bunu oxuyursansa, gərək düşünəsən

ki, müəllif burada nə demək istəyir. Mən

istərdim ki, tənqidçilər dinə maraq məsələsini

bir o qədər də qabartmasınlar. Bu məqamlar

deyilməsin. 



Nərgiz Cabbarlı:

‐ Amma, Mustafa müəllim, qabartmaqla

deyil ki, bu o dərəcədə üzdəndir... İş

orasındadır ki, münasibət qətiyyən qınaq

doğurmur... Həqiqətləri ifadə edir...

Mustafa Çəmənli:

‐ Burada o, dinlə bağlı olan naqislikləri

yazır və həqiqətən də onunla razılaşırsan.

Fikirləşirsən ki, bunlardan nə zaman xilas

ola biləcəyik. Burada obrazların adları da

var. Amma müəllifin məqsədi onların taleyini

yazmaq deyil. 

Nərgiz Cabbarlı:

‐ Məqsəd qoyulan problemin göstəril ‐

məsidir. Bir də ideoloji məqsəd var.

Mustafa Çəmənli:

‐ Mən əsəri oxuduqca o zamanlarda hiss

etdim özümü. Kiçik roman olsa da, sürətlə

oxunmur. Amma müəllifin dili, təhkiyəsi

xoşdur. Vüsalın yaşına görə dili qüsursuzdur,

koloritlidir, yad dil deyil, fikir deməyə çətinlik

çəkmir. Bəzən çox uğurlu  bənzətmələr deyir.

Onun yumorla danışması da mənə maraqlı

gəldi.

Bir də mən bir şeyi demək istərdim. Dili



gözəldir, buna söz yoxdur, amma xırda

qüsurlar var ki, onları düzəltsə, yaxşıdır.

Məsələn, “dəvə oturdu” deyir, amma dəvə

oturmur, xıxır. Qoşqu heyvanları ilə bağlı

elə detallar var ki, dilimiz kasad deyil... Vüsal

eşşək arabasına daşqa deyir, amma bizdə

daşqanın nə olduğunu çoxu bilmir. Daşqa

balacadır. Çarxı düz deyir, amma oxa keçirilən

topdur... Vüsal ona  “paya” deyir, o

“dəndənə”dir... Amma ümumi götürdükdə,

ədalətsizlik  olar deyək ki, dil qüsurludur.

Bu xırda‐para şeylərdir. Sözü deməyə çətinlik

çəkmir. Birdən elə bənzətmələr deyir ki....

Sərrast cümlələri insanı düşünməyə vadar

edir. Deyir ki, dindarlar Allah alverçiləridir.

Amma ürəyində deyirsən ki, düz deyir də...

Niyyəti bəllidir də. 

İlqar Fəhmi:

‐ Ümumiyyətlə, Avropada və Şərq

aləmində ənənəvi dinlərin içində olan

problemlərə, müəyyən riyakarlıqlara etiraz

əlaməti olaraq əvvəlki etiqadların

ideallaşdırılması və o dövrlərə qayıdış cəhdi

var. Belə bir qayıdış cəhdi bir zamanlar

Avropada aktuallaşmışdı... Vaqnerin

yaradıcılığında. Onun operalarının hamısı

bunun üzərində qurulub. Amma nəticəsi

olmadı. Çünki bütün materialları

uydurmalıdır... Yaxşı ki, bizim “Dədə

Qorqud”umuz var... “Dorantağ” əsərində

olan etirazlar isə dinin özünün siyasi alət

kimi istifadə olunmasına etirazdı.

Nərgiz Cabbarlı:

‐ Onun  öz inancı var burda. Ruhun

diriliyi məsələsi... Mövcud olan hər şey

diridir...



İlqar Fəhmi:

‐ Bilirəm, amma alternativ qoyması...

Bütün dinlərdə ilahi ata obrazı var... Vüsal

isə insanla ana təbiət arasındakı bağlılığı

verməyə çalışır. Ulu Ağ Ana obrazı yaradır

və bu Ataya etiraz cəhdi olaraq qabarır.

Şamanlıqda da belədir. Təbiət anadır. Bu,

feminizmlə də səsləşir.



Aylıq ədəbiyyat dərgisi

57

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə