Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

mən hər yerdə yalnızam yalnız

bir çarə nə bir əlac

hara getsəm şans məndən uzaq

hara getsəm peşimdə vəfalı köpək ehtiyac

ağır gəlir mənə göydə ayın birdənbirə

bir söz demədən çəkilib getməsi

ağır gəlir mənə çox ağır gəlir

macəramın qürbətlərdə belə qəfil bitməsi

nə deyirsən müsyö vinsent

bəlkə bir qədəh absent



***

pəncərəmin şüşəsində

qar qarışıq qaranlıq 

saatların əqrəbində

zaman donub bir anlıq

yandırdım yazdığım şeirləri

sındırdım baxdığım güzgüləri

saqqalımda gizlətmişəm üzümdəki cizgiləri

ah bizim zavallı analarımız

bilmədik bu dünyada nə imiş günahımız

ah gözləri yaşlı sonalarımız

nə dünənimiz var nə sabahımız

mən qafa tasında çiçək bəslədim

zaman dışına çıxıb mələkləri səslədim

ölümü düşünməkdən qorxmadım heç bir

zaman


ölüm də heç bir zaman unutmadı kölgəmi

qara sevdaların qəhərini çəkdim

umud dediyin indi uzaqlarda bir gəmi

biz çol göyərçinləri kimiyik böyük

şəhərlərdə

xəyallarımızı çalıblar gözlərimizdən

vitrinlərdə işarır qürbət qızdırmaları

vitrinlər gerçəkləri gizlədir bizdən

qar qarışıq qaranlıq

zaman donub bir anlıq



***

provansda bir bordeldə van qoqla bir

süfrədə

bir şüşədən şərab içir qərib ruhum



sərxoş deyiləm hələ

yat vinsent gözünü yum

teonun gözləri girəcək yuxuna

teonun gözlərində ölümün kölgəsi

niyə qogenə qoşulub taitiyə getmədin

niyə aldatmadın müsyö ölümü

qəfil yağıb birdən kəsən yağışdan sonra

yağış alma qoxuyur qədim provans

mefisto ilə gizli saziş bağladıq biz

axirətdən öncə həyat bir avans

yaşıl alovla yanır yol boyu

cərgə cərgə düzülmüş sərv ağacları

ehtiyac döyür yenə bir rəssam qapısını

əlimizdən nə gəlir allah doyursun acları

yat vinsent yum gözünü

səhər günəbaxanlar boylanacaq pəncərədən

gecə ay çəkib aparacaq səni

səhər başqa adam kimi doğulacam mən



***

solğun qış səhəri sərsəri rüzgar

qar yağacaq sulu qar

adamların gözləri sanki qara uçurum

mən şəhərin üzərində dövrə vurub uçuram

sərvət şöhrət qürbət səfalət

umurumda deyil bu gün

luvrda gülümsəyən cakondaya daş atan

cənubi amerikalı zavallı kimiyəm bəlkə

səninçün


sol döşümün altında yaralı bir ürək var

hər an partlaya biləcək

ağrıdan çıldırdığım gecələrin birində

ölüm gəlib hər şeyi yaddaşımdan siləcək

gecə yatmazdan qabaq bir siqaret çəkirəm

kağız qələm dərman umud

və bir fincan su qoyuram yanıma

gecə yatmazdan qabaq

xatirələr qarışır canıma

gecənin qurd saatında

van qoq çıxır aynadan

o başqa bir dünyada yaşayır

mən başqa bir dünyada

Aylıq ədəbiyyat dərgisi

63

ULDUZ /

Dekabr 2015



amma hərdən görüşürük

biz eyni bir röyada

axşamlar bistroda araq içən rəssamlar

içki məclislərində xatırlayarsız məni

luvrda gülümsəyən cakondaya daş atan

sərsəri kimiyəm bu gün

bir qadın sevirəm şair olduğumu bilmir

solğun qış səhəri rüzgar

indicə qar yağacaq sulu qar

sol döşümün altında yaralı bir ürək var



***

arl şəhərciyində məşhur gecə kafesi

umudların arzuların sevdaların qəfəsi

yaddaşımda çox sevdiyim misra var

şair demiş bir qapıdı hər divar

hanı şair qapı hanı göyüzü hanı

soyuq divarlarda qan izi hanı

nə kaman səsi var nə də quş səsi

sarı rəngin melanxolik qüssəsi

istər suteper ol istər şair ol

bu kafedə sən hər şeyə hazır ol

arl şəhərində gecə kafesi

umudların arzuların sevdaların qəfəsi

fransız şərabında cinayət qoxusu var

şüşəsi qırmızı qoyu kinovar

şair demiş bir qapıdı hər divar

divarlar qırmızı masalar yaşıl

acı zeytun yaşılı parlayır işıltılı

mən talesiz adamam müsyö baş qoşma

mənə


rus ruleti oynamaq keçir könlümdən yenə  

Aylıq ədəbiyyat dərgisi

64

ULDUZ /

Dekabr 2015



H

ər yerdə adını köks ötürüb

çəkdiyim  və bir neçə saniyəlik

düşünüb sonra haqqında danışa

biləcəyim bir şair var – Nazim Hikmət.

Әslində, adını çəksəm də, haqqında

danışmamışam heç vaxt. Dediyim həmin bir

neçə saniyəlik düşüncə o qədər dərin olub

ki, qorxmuşam hər dəfəsində o dərinliyə baş

vurmağa. Bəlkə, onun həyatı kimi, şeirlərində

də olan çarpıntılı və məxfi məqamların sirri

qoymayıb məni nəsə deməyə. Başqalarından

fərqli şairin həyatı, taleyi, eşqi, şeiri  dünya

idrakına, duyğularına yerləşməyəcək qədər

müəmmalıdır.Uşaq yaşlarından adını eşit ‐

mişəm. Milliyyətcə azərbaycanlı olma dığını

bilirdim. Şeirlərini türkcə oxuyurdum. Onun

şeirlərindən Türkiyə türkcəsinin gözəlliyini,

şəhdi‐şirəsini duyurdum. Elə bilirdim, Nazim

Hikmət heç vaxt uşaq olmayıb, elə beləcə

qosqoca bir kişi kimi doğulub. Bilirdim ki, o,

Türkiyə  vətəndaşlığından məhrum olan ən

böyük türk şairidir. Millətinin azadlığı  naminə

ömrünün 28 ilini həbslərdə keçirdi Nazim

Hikmət! Bu müddət ərzində də daim  inqilabi

mübarizəyə  çağırış şeirləri  yazdı, xalqını

maarifləndirdi. Amma şairi məmləkətinə

həsrət qoyan hökumət onu xalq düşməni

kimi cəzalandırdı.Vətəndaşlıq məhrumlu ‐

ğundan 58 il , ölümündən 46 il sonra yenidən

vətəndaşlığa alınan türk şairi .

Bir faktı xüsusilə qeyd etməyi lazım

bilirəm. Türkiyə son vaxtlara  kimi Nazim

Hikməti qəbul etmirdi, kommunist şairi

deyərək onu  təhsil sisteminə, geniş oxucu

auditoriyasına buraxmırdı. Onun şeirlərinin

oxunması və çapı ölkəsində yasaq  edilmişdi.

65

ULDUZ /

Dekabr 2015

ESSE

Nuranə Nur



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə