Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Bilirəm,,. 

buğda başağı kimi dəliqanlı olacaqsan, 

mən də elə idim gəncliyimdə

qumral, incə, uzun; 

gözlərin ananınkı kimi  iri, 

bəzən də  bir az qəribə, qəmli; 

Ananı üzmə, oğlum, 

mən güldürmədim  üzünü, 

sən güldür. 

Anan, 

ipək kimi möhkəm,  ipək kimi yumşaq; 

anan, 

nənə olanda da  belə  gözəl olacaq 

onu ilk gördüyüm günkü  kimi, 

Boğaz içində, 

on yeddi yaşında,

ay işığı, gün ışığı, 

dünya gözəli. 

Anan, 

ayrıldıq  bir sabah, 

Görüşmək  üzrə, 

görüşə bilmədik.. 

Anan, 

anaların ən yaxşısı, ən ağıllısı, 

yüz  il  yaşar inşallah... 

Ölməkdən qorxmuram oğlum,

amma nə də olsa 

iş arasında bəzən 

diksinib qəflətən, 

və ya  yuxudan öncə yalqızkən 

günləri saymaq çətindir. 

Dünyadan  doymaq olmur, Mehmət, 

doymaq olmur... 

Şeirin ən sevdiyim yerlərini ixtisarla

Azərbaycan türkçəsinə  çevirdim. Nələri alıb

aparmadı ondan ayrılıq?! Kilometrlərlə ümidi,

tonlarla kədəri, daradığı saçları, sıxdığı əlləri

və söyləmək istədiyi ən gözəl: hələ söyləməmiş

olduğu sözü ... Həyat eşqi, millət eşqi, qadın

eşqi, övlad eşqi nə qədər imiş bir insanın

qəlbində. Budur şair ömrü, budur şairi şair

edən, sevdirən, yaşadan. Bəlkə, kədərə,

yalqızlığa, əzablara olan eşqi bütün eşqləri

üstələyib şair etmişdi bu adamı? Amma bu

qədər acıya rəğmən, bütün şeirlərində

gələcəyə ümid var. 

Üzüntülər içində yaşayan bu adamın

təsəlliləri bitib tükənməyən qadın sevgisi

olub. Ömrünün sonlarına yaxın başqa bir

rus qadını ilə ailə qurmuşdu.  Son sevgisi

olan Veraya da dəlicəsinə aşiq olmuşdu  şair.

Vera xatirələrində Nazimin ona ”Sizi ürəyimin

qanadığını hiss edəcək qədər çox sevirəm”

deyib bərk ağrıdığını yazırdı. Görünür, ömrü

sona yetməsəydi, bu da son sevgisi

olmayacaqdı. Bu qədər sevgiyə rəğmən, heç

bir qadını xoşbəxt edə bilmədi  o “mavi

gözlü div”, özünü edə bilmədiyi kimi...

Әvəzində türk ədəbiyyatını xoşbəxt etdi.

Dünya poeziyasının nəhənglərindən olan bu

şair Beynəlxalq Sülh mükafatı laureatı, türk

inqilabi poeziyasının banisi və böyük ictimai

xadim kimi tarixə  tarix yazdı.

“Bəli, bəlkə, ümidim qalmadı gələcəyimə,

amma əsla peşman deyiləm keçmişimə.

Amma əsəbiyəm yaşaya bilmədiklərimə”

deyən Nazim Hikmət insanlığa   miras  qoyub

getdiyi misraları ilə bəşəriyyətə əvəzsiz

dəyərlər verdi. Son illərdə onun  Pirayə

xanımdan olan nəvəsi tərəfindən heç harda

çap olunmayan bir şeiri və üç yarımçıq romanı

tapılmışdı. Bu əlyazmaları Pirayə xanım

qoruyub saxlamışdı.

Bilmirəm, aşağıdakı  misraları Nazim

Hikmət hansı qadınına həsr edib, amma bu

sözləri qovuşa bilməyən  sevənlər həmişə

bir‐birlərinin ruhunun qulağına pıçıldayıblar.

Və dərin bir ah çəkirəm:  “Mən sənsiz də

yaşayıram, amma səninlə bir başqa

yaşayardım”.



Aylıq ədəbiyyat dərgisi

68

ULDUZ /

Dekabr 2015



PAYIZ

Nəhayət, qurtarır yayın son anı,

Yaşamaq növbəsi  payıza düşüb.

Elə qaralır ki, buludun qanı,

Elə bil borc alıb, faizə düşüb.

Xəfif meh içinə çəkir səsini,

Sanarsan qaçmağa maşın axtarır.

Yel elə dolanır yer kürəsini,

Sanki itirdiyi başın axtarır.

Dağlar yenə düşür lal “koma”sına,

Üstünə çən, duman boşuna gəlmir.

Uzaqdan bənzəyir qar komasına,

Elə bil dağ olmaq xoşuna gəlmir.

Solur təbiətin əzəl ahəngi,

Yarpaqlar budaqdan torpağa köçür.

Elə sozalır ki, günəşin rəngi,

Elə bil rəngini çəmənə tökür.

Soyuq tüğyan edir, çox fəallaşıb,

Üfürsən şüşəyə dərhal tər çıxır.

Sanki zökəm tutub, səsi kallaşıb,

Göyün bağırtısı birtəhər çıxır.

Bir söz deyəcəyəm, kaş etməsin qəm,

Payız məndən küsüb kədər saçmasın.

Harda olur‐olsun soyuq, duman, çən,

Təki məhəbbətə ayaq açmasın.

YOL VERİN

Çoxları çıxmadı imtahanımdan,

Layiq olmadılar “beş”imə mənim.

İşini sahmana saldığım nadan,

İşiylə pəl vurdu işimə mənim.

Füzuli ənənə qoydu boxçama,

Onuntək çatmadım mən də axçama,

Səpdim gül toxumu ömür bağçama,

Tikanı çıxartdı qarşıma mənim.

Azacıq sürüşüb laxladığımda

Yox oldu hər sabah yoxladığım da,

Qanadım altında saxladığım da

Torbanı keçirdi başıma mənim.

Daş atdı yolunda baş qoyduqlarım,

Çaş qaldı, heyrətdən çaş qoyduqlarım

Acanda önünə aş qoyduqlarım,

Soyuq su əndərdi aşıma mənim.

Ülviyəm, sevmirəm kiçilim, gedim,

“Bic”lik də bilmirəm əkilim, gedim,

Siz Allah, yol verin çəkilim, gedim,

Bu dünya gəlmədi xoşuma mənim.

DEDİ

Bir eşqi qıc olmuş ömrümü çaldı,

Yolunda gül əkdim, qara kol dedi.

Soruşdum:‐bəs əhdin harada qaldı?

“O adi rol idi, adi rol” ‐ dedi.

69

ULDUZ /

Dekabr 2015

ŞEİR VAXTI

Әbülfəz ÜLVİ



Bir məhəl qoymadı könül şəhrimə,

Dedim, gəl bürüyüm səni mehrimə,

Gözucu baxmadı mehrin sehrinə,

Mehrə də, sehrə də köhnə çul dedi.

Vermədi qoruyam macal, canımı,

Sanki iki böldü Qacar canımı,

Dedim: ‐ Әzrailsən, gəl, al canımı,

Onsuz, alacağam, ‐ hazır ol, ‐ dedi.

Sevgi ocağından köz çıxarmadı,

Düzdür dedikləri göz çıxarmadı,

Ağzından bir şirin söz çıxarmadı,

Rişxəndi yağdırdı, bolabol dedi.

Belə gəlməyəydi gərək qapıma,

Fələktək üz tutdu mələk qapıma,

Tənəni vurduqca ürək qapıma,

Sanki futbolçuydu ‐“ura”, “qol”‐dedi.

Ay Ülvi, gör hələ nə oldu sonda,

Səsini qaldırdı ən uca tonda,

Dedim, cəhənnəmə  gedirəm onda,

Bir ona  yandım ki, yaxşı yol‐dedi.



KEÇӘ

Gör səni qısqanclıq nə hala salıb?

Az qalır aradan dava, qan keçə.

Ömrüm nə bilirsən, nə qədər qalıb,

Bəlkə, qurtaracaq bircə an keçə.

Teli darayıram, dodaq büzürsən,

Nömrə arayıram, dodaq büzürsən,

Kimə yarayıram, dodaq büzürsən,

Gərək aramızdan toz‐duman keçə?

Səni niyə belə incidir fələk?

Üzümə mən necə çevirim ələk?

Gülməli deyilmi, deyirsən gərək

Yanından baxan yox, göz yuman keçə.

Suyulub özgəyə axmaram, canım,

Yoxsa el üzünə çıxmaram, canım,

Birinə gözucu baxmaram, canım,

Düzülüb önümdən min heyran keçə.

Ülvi özgəsinə göz dikən deyil,

Bir də ona görə bəzənirəm, bil,

Səndən can almağa gəlsə Әzrail,

Məndən xoşu gələ, səndən yan keçə.

SINAR

Analar o qədər müqəddəsdirlər,

Bu varlıq önündə qızıl, ləl sınar.

Məhvə məhkum olar anasız bəşər,

Analı daşa da gələn pəl sınar.

Onlarsız qəm gələr qarğışlarıyla,

Göz yuyar üzləri yağışlarıyla,

Onların bir həlim baxışlarıyla

İnsana tuşlanan hər xələl sınar.

Gör necə varlıqdır, istəməz şəri,

Bir sözü dağı da döndərər geri,

Şumlasan analar sevməyən yeri,

Poladdan düzəltsən, yenə vəl sınar.

Fikri uzatmayım, qoy deyim qısa,

Bu varlıq önündə baş əyir yasa,

Ana duasıyla qoyulubdusa,

İnanma, qoyulan o təməl sınar.

Bir şux baxışıyla sağalar yaram,

Anasız nə varsa haramdır, haram,

Dərdin də anası olsa, qıymaram,

Çünki analara qalxan əl sınar.

Aylıq ədəbiyyat dərgisi

70

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə