Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

Mustafa Çəmənli:

‐ Ananın ağrısı var orda. Ananın ağrısını

isə kişi heç zaman yaşamır, yaşaya da bilməz.

İlqar Fəhmi: 

‐ Әslində, burada da ideal cəmiyyət

axtarışları var. Çinlilər ideal cəmiyyəti

keçmişdə görürlər. Burada da o şeyə cəhd

var. Әsərdə təsvir olunan qəhrəmanların

hamısında qəribə bir təmizlik var. Bu, utopiya

yaratmaq cəhdindən irəli gəlir. Müəllifin

məqsədi bu çirkabın qabağında təmizlik

verməkdir. Amma, məncə, ərəbləri çox mənfi

təqdim edib.



Mustafa Çəmənli:

‐ Məncə də, dünyanın heç bir xalqına

ikrahla baxmaq olmaz. Dünyaya ərəblər,

bilirsən, necə alimlər verib? Bizim ən böyük

qəhrəmanımız ərəblərə qarşı vuruşub...

Babək... Amma onun haqqında nə biliriksə,

ərəb mənbələrindən bilirik. Onun şücaətini,

qəhrəmanlığını da inkar etməyiblər. Әrəblər

elə belə xalq deyil.

Nərgiz Cabbarlı:

‐ Amma əsərdə tənqidi yanaşma türkün

özünə, lap qəhrəmanın özünə qarşı da var

axı. Bu yalnız ərəbə qarşı yönləndirilməyib.

Məsələn, bu günün türkünün o zamana

adladığı zaman qəhrəman deyil, adi qorxuları

olan insan kimi göstərilməsi... Xüsusilə də

bu qorxaqlıq o zamanın türk qızı ilə

qarşılaşdırılmada daha  çılpaq görünür və

daha çox təəssüf doğurur... 



Mustafa Çəmənli:

‐ Mən əsərdə  Vüsalın qəhrəmanının  bir

daşqanı dartmaq üçün çəkdiyi bütün əzab‐

əziyyəti gördüm. Daha sonra meyitləri

aparmaq, qoyub getməmək, meyitləri bas ‐

dır mamaq və s. 



Zamanda azmış adam və “Dorantağ”

Təranə Vahid:

‐ Maraqlı, fərqli, oxunaqlı bir roman

yazdığına görə Vüsal Nurunu təbrik edirəm.

«Dorantağ” zamanda azmış adamın arzu la ‐

rından, istəklərindən, əzablarından bəhs edən

Aylıq ədəbiyyat dərgisi

58

ULDUZ /

Dekabr 2015



bir romandı. Zamanda azmış adam ‐   “Әshabi‐

Kəhf”in keçmişini axtarır. O keçmiş heç kimə

bəlli deyil,  heç  Qərib müəllimə də...

Amma yazıçı axtarışında israrlıdır. Zaman

tuneli onu “Әshabi‐Kəhf”in ilkin çağlarına –

insanla Tanrı arasında möhkəm bağlar olan

vaxtlara  aparır və hər şey də o zamanda baş

verir. 


Hərdən düşünürük ki, bugündən keçmişə

səyahət etsəydik,  dünyagörüşümüzlə,

bilgilərimilə, oxuduqlarımızla bir anda

qəhrəmana çevrilərdik. Amma Vüsal

Nurunun qəhrəmanı min illərin o üzündə

qəhrəmana çevrilə bilmir. O dövrün ab‐

havası, amansız qanunları humanist yazıçını

az qala “Don kixotlaşdırır”. 

Zamanda azmış adam ağır sınaqlardan

keçir, ancaq içindəki insani hissləri ləngər ‐

lən məyə, ölməyə qoymur. 

Romanda bir kibrit dənəsi yazıçı tərəfindən

obraza çevrilir. Qəhrəman kibrit çöpüylə

qaranlıq bir dövrü işıqlandırmağa çalışır.

Zamanda işıq axtarışı arzu olaraq qalır.

Bu romanda insan əzablarının miniatür

şəkilləri sərgilənir. Әli daşqaya mismarlanmış

Yazıçı, ölümsüz həyata hələ də inanan Tumar,

dünyanı qarğa qanunları ilə idarə etməyə

cəhd edən Qarğabaş – təlxəklərin “oyunu”

və saysız‐hesabsız  səhnələr  “Dorantağ”ı

oxunaqlı bir əsərə çevirir.

“Dorantağ”ın qəhrəmanı Yer üzündə

dinlər olmayan – insanla Yaradanın birbaşa

bağıarı, təması olan cəmiyyəti axtarır. 

Әsərdə yaddaqalan obrazlar var, amma

bu romanda birbaşa Vüsalın öz obrazını,

yazşıçı obrazını gördüm.  Tumarı, Sunqat,

Omay obrazları diri və yaddaqalan obrazlardı.

Mənə elə gəlir ki, yaziçi Vüsal Nuru bu

romanda “Әshabi‐Kəhf”in keçmişini axtararaq

əvəzində “Dorantağ”ı tapıb. 



Nərgiz Cabbarlı:

‐ Әsərdə Yazıçı obrazı elə verilib, adamda

ilkin təəssürat yaranır ki, o, qəhrəmanlıq

edəcək.... Müəllifin məqsədi türkçülüyə gediş

idi. Amma onu türk oğlu ilə, qızı ilə qarşı‐

qarşıya qoyaraq bugünkü türkün nə qədər

keçmişinə  uduzduğunu, geridə qaldığını,

cəsarətsizliyini göstərir. Bəlkə də, onu güclü

göstərsəydi, əsər bu effekti verməzdi. Amma

zəif göstərməklə əsərə müsbət cəhət qazandıra

bilib.

Təranə Vahid:

‐ Tamamilə razıyam.



İlqar Fəhmi:

‐ Yox, bu, romantik qəhrəman deyil. İndi

o dövr deyil... Amma qəribə də olsa, kütləyə

təsir baxımından romantizm öz gücünü

saxlayıb. İndiki dövrdə Azərbaycanın əslində

romantik qəhrəmanlara ehtiyacı var. Amma

eyni zamanda da fikirləşirsən ki, birdən

yaradaram, geridəqalmış kimi görünərəm.

90‐cı illərdə Rusiyada bu qəhrəmanları məhv

etdilər, sonra yenidən yaratmağa başladılar.



Nərgiz Cabbarlı:

‐ Qəhrəmansız millət millət deyil axı.

Millətin də, ədəbiyyatın da belə bir

qəhrəmanlara hər zaman ehtiyacı var. 



İlqar Fəhmi:

‐ Amma mən özüm Vüsala məsləhət

verməkdə çətinlik çəkərdim ki, necə olsun

bu qəhrəman...



“Dorantağ” romanında ən maraqlısı

inamla inamsızlıqdır” 

Nuranə Nur:

‐ Vüsalın romanını birnəfəsə oxudum və

axırda mənə elə gəldi ki, o həyatda olmuşam.

Öncə dilin keyfiyyətini, şirəsini qeyd etmək

istəyirəm. Bu əsər dolğun Azərbaycan dilində

olmaqla yanaşı, həm də bəşəri bir dildə yazılıb.

Әsərin dil potensialı imkan verir ki, başqa

dillərə də maraqla tərcümə olunsun. Və əsas

olan ruh dilidir ki, bu dil oxucunu ayıq saxlayır.

Vüsal Nurunu bu roman münasibətilə

təbrik edirəm. Romanda Vüsal oxucunu

müəllif kimi hiss elətdirir. Vüsal Nurunun

“Dorantağ” romanında ən maraqlısı inamla

inamsızlıqdır. 



Aylıq ədəbiyyat dərgisi

59

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə