SEVGİ
Təbrizdə yazmışdı o yazını. Elə beləsi..
“Bəlkə qələmini dənəyirdi düz yazı yazmaq
üzərində. Nə isə bir yazı yazmış, düz yazı”.
Ancaq adı yox idi o yazının. Hələ qrammatik
yanlışlıqları da var idi... Onun suçu deyildi.
Çünki öz ana dilində yazmağı
öyrətməmişdilər ‐ elə beləsinə öyrənmişdi
“türkcə” yazmağı...
Bir qürbət şəhərdə zibil daşqası ilə dirildi
birdən‐birə yazının xarakteri. Ürəyi töküldü.
Zibilçini izlədi xiyabanın sonunadək. Onu
sevirdi və sevgisini zibillərini verməklə
bildirirdi ona.
GÖRÜŞ
Әl‐ələ tutaraq yeni çiçəkləmiş ağacın
yanında dayandılar. Gözləri dolan qız qəhərli
səslə dedi:
– Səni burada gəzləyəcəyəm.
Oğlan isə heç nə demədən baxışlarını
onun gözlərinə zillədi.
Tam o ağacın yanında dayanmışdılar. Heç
nə dəyişməmişdi. Yalnız qızın qaşları incəlmiş,
oğlanınsa saçları bir az seyrəkləşmişdi...
SORĞU
Bir şey çeynəyirdi beynində. Birdən
soruşdu: “Mən deyirəm hələ uşaqdı.
Yaşlanmağına baxma. O böyümür, yalnız
köhnəlir”. O deyir: “Yepyekə eşşəkdir, özünü
vurub qoduqluğa insan. Sənin fikrin nə deyir?”
Mən nə deyəcəyimi bilmədim. Yalnız qah‐
qah çəkib güldüm.
ӘZİZ XӘYAL
Dünyanın üzərində heç nə, hətta uzaqdan
ağaran yiyəsiz tikinti belə onun qədər yalqız
deyildi. Ürəyi bir dost üçün sıxıldı. Və O...
gecə səhərədək oyaq qalıb tanımadığı birini
fikirləşdi...
YÜZ TÜMӘN
Sapsarı saralmışdı. Üzərində qan ləkəsi
görünürdü. Asta‐asta sürünüb dayanırdı.
Maraqlandı. Ona doğru getdi. Qulağından
tutub götürdü. 1383 di, 1425 ziqədə, yanvar
2005, birinci il, ikinci sayı, 12 səhifə, 100
tümən.
YEL ATI
Bir mübhəm sızıltı səsi onu küçəyə açılan
pəncərəyə sarı yönəltdi. Beynində fırtına
qopdu:
‐ İnsan nə böyük zülm edər hərdən!
Qonşu kişi balaca oğlunun Yel atını satırdı.
YAZI
Demişdi ki, yazacaq. Yadında idi, amma
nə yazacağını bilərkən gərəkli sözcükləri
tapa bilmədi. Bütün yazdıqlarını qaralayıb
kağızı ovcuna bürgələyib fikrə daldı.
YARAMAZ
Dünyada heç işə yaramaz idi. İnsancasına
yaşamağı da bacarmazdı əslində. Xiyabandakı
dəli daha dəyərli birisi idi. Onunla
tutuşduranda o, bir yazıçı idi.
QASIRĞA
Gözlərini qapadı. Göz qapaqlarının
arxasındakı qasırğa, dərinliyinə uddu beynini.
Ürək tökülməsi kimi xoşagəlməz hiss
çiyinlərini titrətdi. Әlini alnına qoyub titrək
səslə:
– Ola bilməz”... ola bilməz..., – deyə dizləri
üstə çökdü.
– Ax... Yer kürəsi! Bu Әzrayıl yumurtasını
sındırıb varlıq quşunu yenidən yumurtlada
bilsəydim....
Təbriz 1386//2007
Aylıq ədəbiyyat dərgisi
50
ULDUZ /
Dekabr 2015
APARMA
Hardan gəldin, asimandan yollanıb,
Hürü kimi, mələk kimi sallanıb,
Yuxumdasan ‐ dünya, aləm ballanıb,
Gözlərimin yuxusunu aparma!
Gözlərində gizlənmişəm indicə,
Kaş ki, elə ömrüm keçə beləcə,
Kirpiklərin çəpər olsun bu gecə,
Sevənlərin duyğusunu aparma!
Bilirsənmi, könlüm gülmür bu yaz da?
Şair ruhum ayrı teldə, avazda,
Qaçıb getmə, yuxumda qal bir az da,
Məhəbbətin qoxusunu aparma!
BU KӘND
Burda qayaların ədasına bax,
Qəlbimin hayına, nidasına bax,
Qadasını alım, ”dayna”sına bax,
Qəlbimin ən şirin sözüydü bu kənd.
Həsrəti, nisgili yaman bol olub,
Boynuma dolanan doğma qol olub,
Bu kənd Tanrı eşqi, işıq, yol olub,
Dərəydi, meşəydi, düzüydü bu kənd
Getmir gözlərimdən hər səhər, axşam,
Onu bircə an da unutmamışam,
Gözümdə, könlümdə əbədi bir şam,
Pərvanəsi oldum, közüydü bu kənd.
Әllərim çatmayan səadətimin,
Oğultək bu yurda sədaqətimin,
Nakam bir eşqimin, məhəbbətimin
Şahidi, doğması, özüydü bu kənd.
Kim yazdı bəxtinə belə zamanı,
Çöküb dərəsinə, getmir dumanı,
Nəsibin dönməyə yoxdu gümanı,
Andına, sözünə düzüydü bu kənd.
51
ULDUZ /
Dekabr 2015
QÜRBӘT ŞEİRLӘRİ
Nəsib NӘBİOĞLU
APAR MӘNİ
Duman, tülünə bələnim,
Gəlim elinə bələnim,
Gülüm, telinə bələnim,
Gəl düzünə apar məni.
Daha doymuşam qürbətdən,
Bezdim saxta məhəbbətdən,
Çıxar məni bu zülmətdən,
Gündüzünə apar məni.
Həsrət yatar öz izində,
Tiri görməz kor gözündə,
Әdalət yox yer üzündə,
Göy üzünə apar məni.
Üzümüz günə, ayadı,
Göydə ulduzlar oynadı,
Bilirəm yalan dünyadı,
Haqq sözünə apar məni.
Çəmənində bitir məni,
Zirvələrdən ötür məni,
Ümmanlarda itir məni,
Dənizinə apar məni.
BİÇİLİB
Yavaş‐yavaş alışmışam dərdlərə,
Әrimişəm qarışmışam dərdlərə,
Әzəl gündən yaraşmışam dərdlərə,
Elə billəm öz boyuma biçilib.
Bir nalədir, bir nəğmədir, bir haydır,
Ürəyimi didib‐tökür bir aydır,
Allah verib bir qismətdir, bir paydır,
Acı‐şirin söz boyuma biçilib.
Bir baxışdan çiliklənib sınmışam,
Çoxlarından gizlətmişəm, danmışam,
Bir gözəlin gözlərində yanmışam,
Alov, atəş, köz boyuma biçilib.
QONŞU QIZI
Yadındamı çəpər üstən tullanıb,
Gülə‐gülə qaçıb bizə gəldiyin?!
İçib qızlar bulağının gözündən,
Tərs böyüyüb kənddə gözə gəldiyin.
Xəbər tutdum həsrətindən, ünündən,
Nələr çəkdim o sevdalı günündən,
Gedən deyil gözlərimin önündən
Qanad açıb süzə‐süzə gəldiyin!
Әrimədi donub qalan düyünlər,
İlk məhəbbət sinəm altda hey inlər,
Nə olaydı, qayıdaydı o günlər,
Göy çəmənə, yaşıl düzə gəldiyin!
Bir dəfə də kaş keçəsən qarşımdan,
Baharım yox, çıxammıram qışımdan,
Çıxan deyil bu sevdalı başımdan
Әllərində dolu kuzə gəldiyin.
Aramızda gizli umu‐küsü var,
Hər sevdanın avandı var, nəsi var,
Sinəm altda o illərin səsi var,
Yaddan çıxmaz dildə məzə gəldiyin.
SӘNİ
Eşqi saxta, əhdi yalan,
Qəlbimi eylədin talan,
Yalvarıram, qoy Yaradan
Salmasın nəzərdən səni.
Pərvazlanıb uçub getdin,
Qəlbimə od saçıb getdin,
Uzaqlara qaçıb getdin,
Çox gördün bizə sən, səni.
Verdin mənə dərdi‐səri,
Nə mələksən, nə də pəri,
Nazlanmağın yoxdu yeri,
Qeyb olub bəzədən səni.
Ömür yalan, sevgi saxta,
Adın donubdu dodaqda,
Aylıq ədəbiyyat dərgisi
52
ULDUZ /
Dekabr 2015
Dostları ilə paylaş: |