Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

David üstündə uzanıb dincəldiyi arxalığı

götürüb çiyninə atdı və özündən asılı ol ma ‐

yaraq tapançanın barabanına güllə dol dur ‐

mağa başladı. O, tapançanı doldurub qaburaya

qoyana qədər Xuan oğrun‐oğrun onun

əllərinin hərəkətini izlədi, sanki barmaqlar

onun iradəsi ilə deyil, öz‐özünə işləyirdi.

‐ Gedək? ‐ David soruşdu.

Xuan başını tərpətdi.

Yol ensiz dağ çıxıntısı boyunca qalxdığı

üçün atlar bu dar cığırla üzüyuxarı çox

çətinliklə hərəkət edirdilər. Tez‐tez ayaqları

son günlər yağan aramsız yağışlardan üstü

selik bağlamış daşlara dəyib sürüşürdü.

Qardaşlar susurdu. Onlar yerlərindən

tərpənən kimi hiss edilməyəcək qədər  narın

bir yağış başladı, amma az sonra kəsdi.

Serro de Los Oxos adı ilə tanınan zirvə

uzaq dan görünməyə başlayanda artıq, hava

qaralırdı. Alaqaranlıqda görünən yastı təpələr

dəvə hürgücünə oxşayırdı.

‐ İstəyirsən, baxaq, bəlkə ordadır? ‐ Xuan

xəbər aldı.

‐ Ehtiyac yoxdur. Bilirəm, o hələ də

şəlalənin yanındadır. Bilir ki, burada onu görə

bilərlər, yol kənarında olmaq təhlükəlidir.

‐ Necə istəyirsən, ‐ Xuan dedi və elə tez də

soruşdu: ‐ Bəs birdən adam yalan deyibsə?

‐ Kim?

‐ Onun burada olduğunu görüb xəbər



verən adam.

‐ Leandro? Yox, onun məni aldatmağa

cəsarəti çatmaz. Onun şəlalənin yanında giz ‐

lənməyi düz xəbərdir. Özün görərsən.

Hava tam qaralana qədər yola davam

etdilər. Az sonra gecənin qaranlığı onları qoy ‐

nuna aldı. Bu yerlərin qaranlığa qərq olan

kənd‐kəsəksiz, insan nəfəsi dəyməyən yetim,

hələ ki, cansız görünən görkəmi ətrafa üzücü

bir sakitlik bəxş etmişdi. Atın yalmanına yatan

Xuan da bu nabələd cığırlarda heç nəyi

gözündən yayındırmamağa çalışırdı. Çünki bir

qədər əvvəl, qəfildən yastı meydançaya çatan ‐

da artıq zirvədə olduqlarını başa düşmüşdü. 

David qalan yolu piyada getməli olacaq ‐

larını işarə ilə başa saldı. Onlar tələsirdilər.

Atları daşa bağladılar.  Böyük qardaş atının

yalını sığalladı, belini tumarladı və qulağına

pıçıldayaraq:

‐ Bircə səhərə qədər donub eləmə, ‐ dedi.

‐ Aşağı enəcəyik? ‐ Xuan xəbər aldı.

‐ Hə, ‐ David cavab verdi. ‐ Sənə soyuq

deyil ki? Dərədə gecələsək, yaxşıdır. Həm də

dincələrik. Qaranlıqda aşağı enməyə qorxmur‐

san?

‐ Yox, istəyirsən enək.



Enməyə başladılar. David əlindəki fənərin

işığını özünün və kiçik qardaşının getdiyi yola

salaraq irəlidə gedirdi. Balaca qızılı işıq haləsi

ani olaraq kiçik qardaşın gedəcəyi yola düşüb

qalırdı. Bir qədər sonra Xuan tərlədi və əlini

qaya parçasına vurub yaraladı. Qarşısında

ancaq işıqlı dairəni görürdü, amma qardaşının

nəfəsini duyur və onun hərəkətlərini izləyirdi.

Qardaşı irəlidə getdiyindən onun sürüşkən

qaya parçalarını inamla aşdığını, maneələri

asanlıqla keçdiyini hiss edirdi. O isə, əksinə,

hər dəfə addımını atmazdan əvvəl yolu

yoxlayır, ayağını qoyub‐qoymamağı sınaqdan

keçirir və yapışmaq üçün bir istinad yeri

tapmağa çalışırdı; buna baxmayaraq, bir neçə

dəfə az qala yıxılacaqdı.

Onlar uçuruma çatanda Xuan elə fikir 

ləşmişdi ki, aşağı enmək bir neçə saat çəkəcək.



Gücü  tükənsə də, daha şəlalənin səsini aydın

eşidirdi. Bu, zirvədən axaraq çayın mənbəyinin

başlandığı  gölə iti axınla tökülən möhtəşəm su

pərdəsi idi. Gölün ətrafında  yay‐qış yaşıl otlar,

mamırlar bitirdi və yaxın iyirmi kilometrlik

ətrafda bitən yeganə yaşıllıq hesab olunurdu. 

‐ Burada dincəlmək olar, ‐ David dedi.

Yerdə dirsəklənib yanaşı oturdular. Gecə

soyuq, hava rütubətli, səma qara buludlarla

dolu idi. Xuan siqaret alışdırdı. Yorğun olsa da,

yatmaq istəmirdi.  Qardaşının uzandığını,

əsnədiyini hiss etdi; sonra daha heç bir hərəkət

etmədi, daha sakit və müntəzəm  nəfəs almağa

başladı, arabir mırıltıya oxşar səslər çıxararaq

yuxuya getdi. 

Xuan da yatmağa çalışdı. Daşların üstündə

yerini bacardığı qədər rahatlamaq və hər şeyi

unutmaq istəsə də, alınmadı. Yenə bir siqaret

çıxarıb alışdırdı. Malikanəyə üç ay əvvəl

gəlmişdi, ‐ iki il idi ki, qardaşı ilə bacısını gör‐

mürdü. David onun uşaqlıqdan həm pərəstiş,

həm də nifrət etdiyi həmin o kişi idi, Leonor isə

dəyişmişdi. O daha  pəncərəsindən boylanaraq

oradakı hindu dustaqlara daş atan həmin o



Aylıq ədəbiyyat dərgisi

25

ULDUZ /

Yanvar 2016



balaca qız deyildi. Ucaboy, sadə hərəkətləri ilə

diqqət çəkən, gözəlliyinə ərtaf aləmin təbiəti

kimi nə isə bir kobudluq əlavə olunmuş qız idi.

Gözləri alışıb‐yanırdı. Xuan hər dəfə onun

xəyalında qalan obrazını canlandırmaq

istəyəndə nə üçünsə başı gicəllənir, gözləri

qaralırdı.  Sanki qəfildən quduzlaşdığını hiss

edirdi. Amma bu gün səhər Kamilonun  ev ilə

at tövləsini ayıran yolu keçərək atları

yəhərləməyə getdiyini görəndə bir qədər

tərəddüd etdi.

‐ Sakitcə çıxıb gedək, ‐ David dedi. ‐ Balaca

oyansa, yaxşı olmaz...

Və o, ayaqlarının ucunda addımlayaraq

eyvanın pillələri ilə enəndə, sonra da köhnə yol

ilə şumluğa doğru gedəndə Kordilerin ən uca

zirvəsindəymiş kimi qəribə bir havasızlıq hiss

edirdi. Qara bulud kimi hücum çəkən, açıq ‐

lıqda qalan “şəhərli dərisinə” doğru şığıyaraq

onu dalayan mığmığaları görmə mişdi. Dikdiri

qalxanda havasızlıq bitdi. O qədər də yaxşı

atsürən deyildi və təhlükəli uçurumun kənarı

ilə gedən dar cığır onu maqnit kimi özünə

çəkirdi. Bütün yol boyu sayıqlığnı əldən

vermədi, atın atdığı hər bir addıma diqqət

kəsildi, onun üçün qaçılmaz olan baş gicəl lən ‐

mənin qarşısını almaq üçün bütün gücünü

toplamağa çalışdı.

‐ Ora bax!

Xuan səksəndi.

‐ Qorxutdun məni, ‐ dedi. ‐ Elə bilirdim,

yuxulamısan.

‐ Sus! Bax.

‐ Hara?


‐ Ora. Bax.

Demək olar ki, lap şəlalənin hay‐küylə axıb

töklüldüyü yerdə zəif bir işıq oynayırdı. 

‐ Alovdu, ‐ David dedi. ‐ Әminəm ki, odur.

Gedək.

‐ Gəl səhərin açılmağını gözləyək, ‐ Xuan



pıçıldadı, boğazının quruduğunu hiss etdi. ‐

Әgər aradan çıxmaq istəsə, bu qaranlıqda onu

tuta bilməyəcəyik.

‐ Şəlalənin şırıltısından bizim səsimizi

eşitməyəcək, ‐ David fikirlərini qətiyyətlə bil ‐

dirib qardaşının qolundan tutdu. ‐ Gedək.

Sanki hara isə tullanmağa hazırlaşırmış

kimi əyilərək gedən David, ehtiyatla irəlilə ‐

məyə başladı. Xuan onunla yanaşı addım 

layırdı, gözlərini artıb‐azalaraq sanki onlara əl



edən işartıdan ayırmadan  gedirdi. Qardaşlar

alova yaxınlaşdıqca sanki ətrafdakı daş par ‐

çaları, kollar, golun sahili də onlara doğru

gəlirdi, amma hələ ki, insan silueti gözə

dəymirdi. 

Xuan dəqiq bilirdi ki, izlədikləri adam

bura 

dadır, bu anlarda qaranlıq gecənin



pərdəsinə sığınsa da, haradasa bu işıq mən ‐

bəyinin yaxınlığındadır. 

‐ Odur, ‐ David dedi. ‐ Görürsən?

Ocağın oynayan dilimləri ani olaraq oturub

qızınmaq istəyən adamın qaranlıq və aydın

görünməyən üzünün bir tərəfini işıqlandırdı.

‐ Nə edəcəyik? ‐ Xuan dayanıb xəbər aldı.

Amma David artıq onun yanında deyildi,

yüyürərək ocağın işığında görünüb itən adama

tərəf getmişdi.

Xuan gözlərini yumdu,  xəyalən sallağı otu‐

ran hindunu, onun qızınmaq üçün ocağa

dartınan əllərini, ocağın zərif qığılcımından

qamaşan gözlərini gördü. Budur, kimsə yu ‐

xarıdan onun üstünə atıldı və hindu bunun bir

heyvan olduğunu zənn etdi, lakin  qoşalaşan

əllər onun boğazını sıxmağa başlayanda hindu

hər şeyi başa düşdü. Hindu kölgələrin içindən

sıyrılıb üstünə atılan  gözlənilməz hücumdan

özünü itirdi, hətta müdafiə olunmağa səy də

göstərmədi, ancaq bədənini ilbiz kimi yığaraq

ağrılardan qorunmağa çalışdı və gözlərini

bərəldərək ona hücum edən adamın tutqun

çöhrəsini görməyə çalışdı. Və bu zaman onu

səsindən tanıdı: “Әclaf, nə etdiyini bilirsən? İt

oğlu it, nə etdiyini bilirsən sən?”

Xuan Davidin səsini eşitdi və başa düşdü

ki, qardaşı hindunu təpikləyir. Bəzən onun

zərbələri hinduya deyil, sahil boyu səpələnmiş

daşlara dəyirdi və bu onu daha da qıcıq 

landırırdı. Әvvəldə Xuan ancaq zəif xırıltı səsi



eşidirdi, sanki hindu boğazını arıtlamağa

çalışırdı, amma sonra Davidin qəzəbli səsi,

hədələri və təhqirləri də şəlalənin şırıltısına

qarışdı.


Birdən Xuan tapançanı əlinə aldı, barmağı

astaca tətiyə doğru dartındı. Dayandı, fikir ‐

ləşdi ki, əgər tətiyi çəksə, güllə qardaşına da

dəyə bilər, amma silahı yerə salmadı, əksinə,

işığa doğru hərəkət etdikcə tamamilə arxayın ‐

laşdı.


Aylıq ədəbiyyat dərgisi

26

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə