Uluslararasi sempozyumu


Dədə Qorqudun Feili Bağlamaları Bugünki Dilimizdə



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə16/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   12   13   14   15   16   17   18   19   ...   307

Dədə Qorqudun Feili Bağlamaları Bugünki Dilimizdə

Adil BABAYEV 

1

Qədim türk dastanları içərisində ən geniş yayılan “Kitabi Dədə Qorqud”-

dur desək yanılmarıq. “Dədə Qorqud”un dili oğuz qrupu türk dillərinin ortaq 

ünsiyyət vasitəsi ola bilər. İstər leksik cəhətdən, istərsə də qrammatik quruluş, 

qrammatik forma cəhətdən “Dədə Qorqud”un dili müasir dilimizin əsasıdır. 

Biz yalnız bircə məsələdən – “Dədə Qorqud” dilində işlənən feili bağlamala-

rın bugünki Azərbaycan türkcəsində və Türkiyə türkcəsində işlənməsindəın 

bəhs edəcəyik.

İlk öncə onu qeyd edək ki, “Dədə Qorqud” dilində işlənən feili bağlama 

şəkil çilərinin hamısı bugünki Azərbaycan və Türk dillərində fəal şəkildə işlən-

məkdədir. Dilimizin tarixi boyu 16 feili bağlama forması müasir Azərbaycan 

dilində, kiçik fonetik dəyişikliklə yenə 16 şəkilçi, müasir Türkiyə türkcəsində 

də eyni şəkilçilər (eklər) kiçik fonetik dəyişikliklə işlənir. Bu formalardan bir 

neçəsinə baxaq:

1. Ib, ib, ub, üb, türkcədə ıp, ip, up, üp Dilimizin tatixində bu şəkilçi ıban, 

ibən, uban, übən şəkilçiləri ilə paralel işlənmişdir. Məsələn, Ulaşıban sular 

taşsa dəniz olmaz. (səh.31)

Bu şəkilçinin “Dədə Qorqud” da ib, ıb, ub, üb formaları ilə .paralel işlən-

diyini görürük. Məsələn, Dədəm Qorqud gəlibən boy boyladı… Ağlayıban, 

sısqayıban evinə gəldi; Qulaq urub dinləyəndə ummət görkli. (3.2.)

XVIII əsr Vaqifin dilində:  Yarım saat biz arada qalmadıq,



Eşq odunu şirin cana salmadıq. 

Yalvarıban yar könlünü almadıq, 

Elə gəldik belə getdik ayrıldıq. 

Müasir  Azərbaycan  və  Türk  dillərində  ıban  forması  arxaikləşmişdir. 

Məsələn, Durub dolanım başına, sən bu diyara xoş gəldin. (A.Ələsgər) 

Y.Emrede: Ne kadar kuvvetli olsa da pinar varmayıb denize yere sizar

Türkcə: Kapıyı açıp içeri girdim, bir az konuşup ayrıldılar. 

1  Prof. Dr., Azerbaycan




54

Dədə Qorqudun Feili Bağlamaları Bugünki Dilimizdə

2. Anda, əndə. Bu şəkilçi heç bir dəyişikliyə uğramadan həm Azərbaycan, 

həm də Türk dilində geniş şəkildə işlənir. “Dədə Qorqud”da: Qolabdıq kafirə 

girəndə Allah taala sənin oğluna fürsət versin. 

Müasir dilimizdə: Danışanda sözünün yerini bil (nəsihət) 



Öfke  geldiginde  iman  ne  olur,  o  da  düşüp  yanar,  ya  can 

noolur? (Y.Emre)

Türkcə: Sen geldiyinde saat yedi idi.

3. İkən forması. İş, hərəkət proses bilriir. 

Bitər sənin otların, Qazlıq Tağı 

Bitər ikən bitməz olsun! 

Qaçar sənin Keyiklərin, Qazlıq Tağı

Qaçar ikən qaçmaz olsun. 

Burada ikən formantı “çox” mənasında deyil, feili bağlama funksiyasın-

da işlənir. Füzuli dilində isə ikən sözünün çöx mənasında işləndiyini görürük. 

Məsələn, 



Nazik bədəninlə bərgi gulsən

Əmma nə deyimikən yünulsən

və yaxud: 



Ol səbəbdən farsi ləfzi ilə nəzm çoxdur kim 

Nəzmi-nazik türki ləfzi ilə ikən duşvar olur. (Füzuli)

Xətai dilində isə ikən kəlməsi feili bağlama məqamənda işlənir. Məsələn, 



Bu Xətai qanını tökməkdə ikən tökmədin. 

İkən şəkilçisi Türk dillndə ken formasında işlənir. Həm “Dədə Qorqud” 

dilində, həm müasir dilimizdə feildən sonra işlənir.

2

 A.N.Kononov bu şəkil-



çinin əvvəllər müstəqil söz kimi1 işləndiyini göstərməkdə haqlıdır. Məsələn, 

Yenə Füzulidən:   Ol səbəbdən farsi ləfzilə həzm çoxdur kim, 

Nəzm-nazik türki ləfzilə ikən düşvar olur. 

İkən forması müasir dövrdə Azərbaycan və Türk dillərində kən şəklində 

işlənir. Məsələn, 

2   Kitabi Dədə Qorqud. Tərtib edənlər F.Zeynalov, S.Ələsgərov. B. 1988. (Bütün misallar bu 

nəşrdən götürülmüşdür)




55

Adil BABAYEV 

Türkcə:   Dün kahkahalar yükseliyorken evinizden



Bendim geçen ey sevgili, Sandolla denizden (Yehya Kemal) 

M.Hüseynzadə qeyd edir ki, bu şəkilçidən kan, kən, arkən, ərkən, ırkən, 



irkən, urkən, ürkən, yırkən, yirkən, yurkən, yürkən, muşkən, müşkən formala-

rı meydana gəlmişdir. Məsələn, Vuruşarkən uzun danışmaq mənə çox baha 



başa gəldi. (H.Mehdi)

Burada şəkilçinin keçmiş formaları asanlıqla seçilir.

4. Dıqca, dikçə, duqca, dükcə. Bu şəkilçilər Azərbaycan dilinin tarixində 

çox geniş işlənmişdir. Məsələn, Gördükcə onun yüzin günəş zavalın arzular. 



(Nəsimi)

Füzulidə:   Getdikcə eylə husnun ziyadə bigarımın 



Gəldikcə eylə ona mübtəla mən. 

Müasir Azərbaycan dilində: Yarpaqlar tərpəndikcə elə bil, iki sevgili hara-



dasa gizlənib yavaşcadan fıkirləşirdi. (H.Mehdi)

Müasir türk dilində: Hakkın yüzü güldükce gülümser beşeriyyet (Tevfik Fik-



ret). 

5. Madan - Mədən. Bu formatlar dilimizin tarixində madın, mədin forma-

sında da işlənmişdir. Məsələn, Oğlun səni öldürmədin sən oğlanı öldüri gör 

gil (37). 

Zaman  keçdikcə  bu  forma  madan,  mədən  şəklinə  düşür.  Məsələn,  XVI 

əsrdə Füzuli deyirdi: 

Sirrimi rüsvalığım faş etmədən aləmlərə,

Yar Cismin eşq girdabında pünhan olsa yeg! 

Müasir Azərbaycan dilində: Ah azadlıq!... insanın qəlbində min həvəs və 



ehtiras oyadaraq yorulmadan yaratmağa, ağrı və əzab hiss etmədən yaşa-

mağa, ülvi, müqəddəs bir həyatla yaşamağa ruhlandırır (M.İbrahimov). 

Müasir türk dilində: Daha ben ağzımı açmadan ne diyeceyimi anladı və 

ya: Siz gitmeden bu işi bitirelim.

5. ınca, incə, unca, üncə. Bu şəkilçilər həm “Dədə Qorqud”un dilində, həm 

sonrakı dövrlərdə və müasir Azərbaycan və Türk dilində məhsuldardır. 



Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə