Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   2   3   4   5   6   7   8   9   ...   43

 

 



üstə qalmamaq, daş-divarı gərmək, daş düşsün, daş kimi düşmək (düşüb qalmaq), daş kimi yatmaq, 

daş olub  quyuya düşmək, daş üstə daş qoymamaq, daşa vursan  (daşa dəysə), daşdan keçər, daşa 

dönmək, daşqalaq etmək (eləmək), daşdan yağ çıxarmaq, daşdan yumşaq, daşdan keçmək, daşdan 

pul  çıxarmaq,  daşdan  çörək  çıxarmaq,  daşı  dalında  gizlətmək,  daşı  daş  üstə  qoymamaq,  daşı 

ətəyindən  tökmək  (atmaq),  daşı  sıxsa  suyunu  çıxarar,  daşın  böyüyündən  yapışmaq  (böyüyünü 

götürmək), daşını (bir dəfəlik) atmaq, daşlar dilə gəlir [4, 114].   

Göründüyü kimi, bu frazeoloji vahidlərdə “daş” konsepti müxtəlif koqnitiv əlamətləri büruzə 

verir. Məsələn: daşın zərbə endirmək və müəyyən silah (maddi  ya mənəvi) olmaq qabiliyyəti  daş 

atmaq,  daşqalaq  etmək,  daşı  dalında  gizlətmək  frazeologizmlərində  reallaşır.  Digər  tərəfdən, 

daşqalaq  etmək  frazeologizmi  müəyyən  tarixi-mədəni  situasiyanı  əks  edir  və,  beləliklə  də,  daha 

mürəkkəb semantik quruluşa malikdir.  

Daşın  “ölülüyü”,  “bərkliyi”,  “hərəkətsizliyi”,  “keyliyi”,  “durğunluğu”  və,  bəlkə  də,  digər 

koqnitiv əlamətləri “insan və durğunluq”, “insan və həyatsızlıq” semantik qəliblərinə uyğun olaraq 



daşdan  çörək  çıxarmaq,  daşdan  pul  çıxarmaq,  daşdan  yağ  çıxarmaq,  daşdan  keçmək  frazeoloji 

vahidlərinin  məzmununda  reallaşır.  Azərbaycan  xalqının  şüurunda  daş  küt  bir  qüvvənin  rəmzinə 

çevrilir.  

Eyni zamanda daş müqavimət rəmzinə çevrilir, və bu əlamət daşı sıxsa suyunu çıxarar, daş-



divarı gərmək, daşın böyüyündən yapışmaq kimi frazeoloji vahidlərdə əks olunur.  

Əslində, “keylilik”, “bərklik” və buna oxşar koqnitiv əlamətlər daş kimi yatmaq ifadəsində də 

əks olunur.  

Daşın universal koqnitiv əlamətini “tikili”, “bina” anlayışı təşkil edir. Bu əlamət daş üstə daş 



qoymamaq frazeologizmində ifadəsini tapır.  

Beləliklə də,  “daş” konsepti Azərbaycan şüurunda çox mürəkkəb bir hadisə kimi  çıxış edir. 

Kütləvi  şüurda  konseptləşmə  bilavasitə  leksik  mənanın  denotatı  ilə  bağlıdır.  Təsadüfi  deyil  ki, 

denotat  əşya  haqqında  tipik  fikirdir.  Yəni  söhbət  milli  təfəkkürdən  gedir,  ayrı-ayrı  insanların 

psixologiyasından yox.  

Koqnitiv dilçilik dili və mədəniyyəti aktual bir korrelasiya kimi nəzərdən keçirir. Ilkin tezisə 

görə  mədəniyyət  parallel  olaraq  dildə  işarələnir.  Mədəniyyəti,  adətən,  mənəvi  və  maddi 

mədəniyyətə  bölürlər.  Mənəvi  mədəniyyət  mətnlər  formasında  mövcuddur.  Maddi  mədəniyyətə 

gəldikdə,  qeyd  etmək  lazımdır  ki,  kütləvi  təfəkkür  maddi  mədəniyyət  haqqında  refleksiya 

formasında  mövcud  olan  təsəvvürlərlə  eyniləşdirir.  Məsələn:  Azərbaycan  xalqının  maddi 

mədəniyyət  sərvətlərindən  birini  Qız  qalası  təşkil  edir.  Bu  qala  haqqında  müxtəlif  insanların 

müxtəlif  təsəvvürləri  var.  Real  Qalanın  obyektiv  görünüşü  və  obyektiv  tarixi  var.  Bunula  bağlı 

emosiyalar mövcuddur və s. Lakin  həm  Qalanın görünüşü  yanlış ola bilər, həm  də tarixi.  Kütləvi 

şüurda isə tipik  təsəvvür var ki,  bu da Azərbaycan xalqına mənsubdur.  Əlbəttə, bu tipik  təsəvvür 

Qalanın  xarici  və  daxili  görünüşü  ilə,  Qız  qalası  ifadəsinin  lüğəvi  təyini  ilə,  hamıya  bəlli  olan 

ümumi  tarixi  məlumatlarla  müəyyənləşir.  Bu  informasiya  bütövlükdə  Azərbaycan  xalqının 

şüurunda  və  dilində  konseptləşir,  yəni  lüğəvi  təyin,  ümumi  anlayış,  siqnifikat  mədəni-tarixi 

informasiya  ilə  tamamlanır  və  konsept  şəklində  dil  vahidlərinin  emosional  (obrazlı)  əsasını  təşkil 

edir. Nəticə etibarilə konseptual informasiya kütləvi şüurda təhtəlşüur formasında və səviyyəsində 

reallaşır.  Həmin  bu  informasiya  danışıq  situasiyasında  aktuallaşa  da  bilər,  aktuallaşmaya  da. 

Əlbəttə,  daxili  formanın  və  etimoloji  mənanın  aktuallaşması  ifadənin  ekspressiv  gücünü  artırır. 

Nəticə etibarilə deyimin kommunikativ effekti artır. Lakin etimoloji məna aktuallaşmaya da bilər. 

Bu zaman frazeoloji vahid adi işarə kimi çıxış edir və formal qəbul olunur. 

Koqnitiv dilçilik frazeoloji materialı təsəvvürlərin konseptuallaşması baxımından öyrənir. Və 

bu baxımdan Azərbaycan dilinin frazeologiyası tədqiqat üçün geniş imkanlar açır. 

Hər  bir  yeni  elm  sahəsinin  öz  terminoloji  aparatı  olmalıdır  və  koqnitiv  dilçilik  də  bu 

baxımdan  müstəsna  təşkil  etmir.  Elmi  aparat  və  terminologiya  elmin  obyekti  və  predmeti  ilə 

müəyyənləşir.  Aydın  məsələdir  ki,  dilçiliyin  hər  bir  yeni  sahəsinin  də  obyekti  dil  olaraq  qalır. 



Müasir dilçilikdə koqnitiv paradiqmaya dair 

 



 

 



Müasir dilçiliyin  predmetini  dildə əks olunan, öz ifadəsini tapan milli  təfəkkür və psixologiyadır. 

Yeni baxışlar dilin və mədəniyyətin paralel yaranması və inkişafından çıxış edir. 

Koqnitiv  dilçiliyin  və,  deməli,  koqnitiv  frazeologiyanın  predmetini  dildə  müxtəlif 

mərasimlərin  izlərini  axtarmaq  da  təşkil  edir.  Mərasimlərin  əsasını  məqsədyönlü  hərəkətlər 

sistemində  axtarmaq  lazımdır.  Hərəkətlər  öz  etimoloji  məqsədyönlüyünü  itirəndə,  formal  işarəyə, 

semiotik hadisəyə çevrilir. Belədirsə, deməli, mərasimlər bilavasitə miflərlə bağlıdır. 

Mərasim  digər  tərəfdən  ritualla  da  bağlıdır.  Azərbaycan  dilində  bu  iki  hadisə  çox  zəif 

fərqləndirilir, yaxud heç fərqləndirilmir. Lüğətlərdə ritual da “mərasim, ayin” kimi verilir [5, 3, 94]. 

Ritual  hərəkətlər  sistemidir.  Ritual  çərçivəsində  bu  hərəkətlər  ciddi  qaydada  və  təyin  olunmuş 

ardıcıllıqla  yerinə  yetirilir.  Adətən,  ritualın  zamanı  dəqiq  müəyyən  olunur.  Yəni  söhbət  ritualdan 

gedirsə, onun dəqiq vaxtı var. Alimlərin fikrinə görə, ritual kütləvi yaddaşın əsas mexanizmidir ki, 

bu mexanizm bu gün də insanın həyatını müəyyənləşdirir. 

Koqnitiv dilçilik mifləri, adət-ənənələri, mərasim və ritualları öz materialı hesab etdiyinə görə 

dilin müəyyən sahələrini, ilk növbədə, təhlil edir. Aydın məsələdir ki, bu baxımdan atalar sözləri və 

frazeoloji vahidlər ön plana çəkilir. 

Atalar sözləri həm frazeoloji vahidlərdən, həm də deyimlərdən fərqlənir. Frazeoloji vahidlər 

dil vahidləri olaraq, müəyyən adlar sistemini təşkil edir. Bunlar əşya, hərəkət, əlamət bildirirlər və 

bu  baxımdan  leksik  vahidlərlə  sinonimlik  münasibətləri  yaradırlar.Frazeoloji  vahidlər  bilavasitə 

mədəniyyətin  izlərini  özündə  saxlayır.  Bu  izlər  müxtəlif  sahələrə  aiddir  və  çox  geniş  fon 

informasiyasını mühafizə edir. Həmin informasiya etnik təfəkkürə tanış olan dünyanı əhatə edir.  

Azərbaycan  dilçilində  koqnitivizm  ümumiyyətlə  hələ  formalaşmayıb.  Lakin  Azərbaycan 

dilçiliyi dünya dilçilik elminin bir qoludur və, deməli, dünya elminin müasir dövrdə predmetini nə 

təşkil  edirsə,  Azərbaycan  elmini  də  həmin  predmet  maraqlandırmalıdır.  Əslində  elm  qlobaldır, 

material müxtəlifdir. Yəni Azərbaycan dili müasir metodlarla və qlobal məqsədlərə uyğun şəkildə 

öyrənilməlidir.  

Elmi yeniliyi: Koqnitiv dilçiliyin dili frazeologiyalar və mifologemalar əsasında araşdırılması 

məqalənin əsas tədqiqat hədəfidir. 



Tətbiqi  əhəmiyyəti:  Ali  məktəblərdə  dilçilik  elmindı  koqnitiv  paradiqma  ilə  bağlı  tədqiqat 

işlərində istifadə edilə bilər. 



 

ƏDƏBİYYAT 

1.

 



Витгенштейн Л. Философские работы (часть 1). М.: Гнозис, 1994, 612 с. 

2.

 



Маслова В.А. Лингвокультурология. М.: ACADEMIA, 2001, 206 с. 

3.

 



Общее языкознание. Внутренняя структура языка. М.: Наука, 1972, 564 с. 

4.

 



Orucov Ə.Ə. Azərbaycanca-rusca frazeologiya lüğəti. Bakı: Elm, 1976, 248 s.  

5.

 



Rusca-Azərbaycanca lüğət. 1 cild. Bakı: Maarif, 1982, 608 s. 3 cild. Bakı: Gənclik, 1983, 556 s. 

 

РЕЗЮМЕ  



О КОГНИТИВНОЙ ПАРАДИГМЕ В СОВРЕМЕННОЙ ЛИНГВИСТИКЕ 

Магеррамова М.Г.  

 

Ключевые слова: структурализм, антропо-центрический, парадигма, камень, когнитивный, 

национальное сознание 

В  статье  говорится  о  когнитивных  парадигмах  в  языкознании.  Делаются  выводы  о  том,  что 

одной из основных задач когнитивной парадигмы является определение национальной особенности 

основных  понятий,  формирующих  национальный  менталитет,  и  наблюдение  за  их  вербализацией  в 

языке.  Потому  что,  если  обратить  внимание  на  естественный  язык,  то  можно  заметить  что  его 

семантическая система может подвергаться бинарному расколу. В языке существуют определённые 

концепты,  которые  в  достаточной  мере  абстрактны  и  конкретизируются  в  различных  аспектах. 

Наблюдение  за  ними  –одна  из  главных  задач  современного  языкознания.  Основной  целью  данной 

работы является изучение когнитивного языкознания на основе фразеологии и мифологии языка.   

Məhərrəmova M.H.  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə