Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 

19 


 

SUMMARY 

THE TRACES OF KITABI-DEDE KORKUT IN ANTROPONOMICAL  

VOCABULARY OF İ.HUSEYNOV’S WORKS 

Bagirova A.S.  

 

Keywords:  antroponomical  vocabulary,  personal  names,  nicknames,  titles,  national  and  historical 

culture 

The  traces  of  our  immortal  work  of  art  “Kitabi-Dede  Korkut”  are  investigated  in  İ.Huseynov’s 

antroponomical  vocabulary  in  this  article.  Author  analysed  the  traces  of    Kitabi-Dede  Korkut  playing  the 

great role in enriching the spiritual world of  Azerbaijan nation and its vocabulary in names, titles, nicknames 

of images created by writer. 

 

     

 

Daxil olma tarixi: 



İlkin variant 

03.11.2016 

 

Son variant 



16.03.2017 

 

Bağirova A.S. 

 


 

20 


 

 

       UOT 81-112 

 

MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ 

BİRİNCİ NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ 

 

İBAYEV NEMƏT ALIŞ oğlu 

Sumqayıt Dövlət Universiteti, baş müəllim  

e-mail: nemetibayev@gmail.com 

 

Açar sözlər: Divanü-lüğat-it-türk, sintaktik vahid, etnonim, toponim, söz birləşmələri, leksik-semantik 

xüsusiyyətlər 

 

Mahmud  Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsəri  ümumtürk  ədəbiyyatı  və  mədəniyyətinin 



möhtəşəm abidəsidir. Tərkibində 9 mindən artıq sözü toplayan “Divanü lüğat-it-türk” əsəri o dövrün dil 

və ləhcələrinin hamısını əhatə edən zəngin xəzinə, dövrünün əvəzsiz soraqvericisidir. Əsərin ən mühüm 

özəlliyi  onun  ilk  türk  ensiklopediyası  olmasıdır.  “Divan”  min  il  bundan  əvvəlki  türkçülüyün  tarixini, 

coğrafiyasını,  mədəniyyətini,  iqtisadiyyatını,  ədəbiyyatını,  mənəvi  milli  dəyərlərini,  psixologiyasını, 

dünyagörüşünü, həyat tərzini ən incə detallarına qədər özündə əks etdirmişdir. Əsər əsrlər boyu müxtəlif 

aspektlərdən  araşdırılmış,  bir  çox  dillərə  tərcümə  olunmuş,  hər  kəs  üçün  böyük  maraq  kəsb  etmişdir. 

Türk ellərini qarış-qarış, oba-oba gəzib, böyük sevgi ilə topladığı türk dillərinə və ləhcələrinə aid faktlar, 

ədəbi  dil  nümunələri,  zəngin  coğrafi,  tarixi,  etnoqrafik  materiallar  Mahmud  Kaşğarinin  bu  günümüzə 

bəxş etdiyi qiymətli xəzinədir. Tarixi inkişaf  yolu keçmiş türk dillərinin dil xüsusiyyətlərini öyrənmək, 

bu dillərin inkişaf yolunu aydınlaşdırmaq üçün də mühüm abidələrdən biridir. Bu baxımdan əsər birinci 

növ təyini söz birləşmələrini araşdırmaq üçün də zəngin material verir. 

M.  Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsəri  mədəniyyət  tariximizdə  əvəzsiz  qaynaqlardan  biri 

kimi dəyərlidir. Bu mənada “Divan” dil faktları ilə zəngindir. Əsərdəki onomastik leksika, onomastik 

terminlər, oğuz boyları, etnonim və toponimlər , frazeoloji vahidlər və.s tədqiqata cəlb olunmuşdur. M. 

Kaşğarinin  lüğətindəki  birinci  növ  təyini  söz  birləşmələrinin  tədqiqi  dilçiliyimiz  üçün  qiymətli 

qaynaqdır 



Tərs: çətin olan hər nəsnə. Hər çətin işə “tərs iş” deyilir. [1,  c.1, 356] 

Börk: başlıq, papaq. “tatsız türk bolmas, başsız börk bolmas = tatsız [əcəmsiz] türk, başsız börk 

olmaz” 


Bozuk əw: xaraba ev. Yıxılan, qırılan, sınan hər şey üçün belə deyilir [1,  c.1, 380] 

Pışık ət: bişmiş ət. Yağma dilində “pışığ” əvəzinə belə deyirlər [1,  c.1, 380] 

Çapak: “çapak ər = soysuz, haramzada” [1,  c.1, 382] 

Kıruk: qırıq. “kıruk ər = çolaq adam”, “kıruk adhak = topal ayaq” [1,  c.1, 383] 

Divanda işlənən – ıq

şəkilçisi müasir dilimizdə işlənən – mış



 şəkilçisinin sinonimi kimi çıxış edir.  



Kazuk: qazılmış, qazılı “Kazuk arık = qazılmış arx” [1,  c.1, 384] 

Kulak: “kulak ton = qolları qısa paltar” [1,  c.1, 384] 

Bədük: böyük, hər şeyin böyüyü “bədük təwi = böyük dəvə” [1,  c.1, 386]. Burada d > y 

əvəzlənməsi baş vermişdir.  



Təzik: “təzik kişi = işdən qaçan adam” [1,  c.1, 387] 

Tüşük: işdən-gücdən qalan avaraya “tüşük kişi” deyilir [1,  c.1, 388] 

Süzük: “süzük suw = süzülmüş su”. Süzülmüş və təmiz hər şeyə belə deyilir [1,  c.1, 389] 

Silig: “silig ər = təmiz, incə, yaraşıqlı, şirindil adam” [1,  c.1, 390] 

Şütük: “şütük sakal = kosasaqqal” [1,  c.1, 390] 

Kəpək: Kiçik inciyə,mirvariyə “kəpək yinçü” deyilir [1,  c.1, 390] 

Kəzik: insanı titrədən isitmə, qızdırma. “sarığ kəzik = sarı qızdırma” [1,  c.1, 391].  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

21 


 

Burada da səs əvəzlənməsi mövcuddur. 



Kəwəl: “kəwəl at = qaçağan at” [1,  c.1, 394] 

Bakan: halqa. Qızıl və qızıla bənzər şeylərdən qayrılan halqa, toqq. “altun bakan = qızıl halqa” 

[1,  c.1, 397] 



Sığan: “sığan saç = sığallanmış saç, qıvrım olmayan saç” [1,  c.1, 401]Sığal > sığan, n > l 

əvəzlənməsi mövcuddur.  



Kıwal: “kıwal burun = düzgün burun” [1,  c.1, 410] 

Tigin: əslində “kölə” deməkdir. Buradan alınaraq rəngi gümüş kimi saf olan kölələrə “kümüş 

tigin”, igid köləyə “alp tigin”, uğurlu köləyə “kutluğ tigin” deyilir.  

Tigin sözü sonralar xaqaniyyə ailəsinin övladlarına ad kimi verilmişdir. Bu söz yırtıcı quşlardan 

birinin adı ilə də qoşa işlənir: “çağrı tigin” kimi, “şahin təkin” deməkdir. “küç tigin = qüvvətli 

təkin” [1,  c.1, 411]. Gültəkin adı da buradandır (bənzər mənasını verir - kimi).  



Salğa: “salğa at = sərt at, gəm almayan at” [1,  c.1, 420]. 

Bilgi: ağıllı. Bu beytdə işlədilmişdir: 

Bilgə ərig edhgü tutup sözin işit, 

Ərdəhmini ögrənibən ışıka sura” 

Bilgə adamı xoş tut, sözünü dinlə

Onun ərdəmini öyrən, işə tətbiq et. 

(Bilikli, ağıllı, ərdəm sahibi adamın sözünü dinlə, ondakı ədəb və fəziləti öyrən, öyrəndiyinə 

əməl et) 

Bu sözlə kişilərə ad qoyularaq “Bilgə bəg” deyilir ki, bilikli, ağıllı, hakim bəy deməkdir. Uyğur 

xanına  “Köl  Bilgə  xan”  ləqəbi  verilir,  çünki  “kamalı  göl  kimi,  göl  qədər”  deməkdir.  Burada  ağılın 

çoxluğunu  göstərmək  üçün  o,  gölə  bənzədilmişdir.  Ağıllı  adama  “bügü  bilgə”  də  deyilir               

[1,c.1,  422,423  ].  Kamalı  göl  ifadəsi  müasir  dilimizdə  dərya  qədər  ifadəsi  kimi  işlədilir  və  buna 

bayatılarımızda, danışıq dilimizdə də rast gəlirik: 

Əzizinəm gül əllər, 

Ağ biləklər, gül əllər. 

Dəryaca ağlın olsa, 

 Yoxsul olsan gülərlər 

Kəwgin: kəwgin aş = doyurmayan aş”. Bu “çiwgin” sözünün antonimidir. Heyvanları 

doyurmayan qüvvəsiz ota da “kəwgin ot” deyilir [1,1, 434]. 



Baklan: “baklan kuzı = kök quzu” [1,1, 434]. 

Kərpiç: kərpic. Bişmişinə “pışığ kərpiç” deyilir, bişmiş kərpicin başqa bir adı “tuğla”dır [1,c.1, 444]. 

Kirtüç: kirtüç kişi = paxıl və xasiyyəti pis adam” [1,1, 444]. 

Baldır: ögey, “baldır oğul = ögey oğul”, “baldır kız = ögey qız” [1,c.1, 445]. 

Baldır: baldır tarığ = yazbaşı əkilən əkin”. Ən yaxşı əkin vaxtı elə budur. Hər hansı bir iş ilk 

çağında görülürsə, ona “baldır” deyilir [1,  c.1, 445]. 



Baldır: döl zamanı doğulan ilk quzuya da baldır kuzı” deyilir [1,c.1, 445]. 

Müxtəlif  mənalarda  işlənən  yuxarıda  qeyd  etdiyimiz  “baldır”  sözündə  [b  ]səsi  qalın  tələffüz 

olunur. 

Kırbas: “kırbas ər = başının tükü tökülən, artıq başında tük bitməyən adam” [1,  c.1, 448]. 

Yurbaş: “yurbaş ış = içindən necə çıxılacağı bilinməyən dolaşıq iş” [1,  c.1, 448]. 

Batruş:  “batruş  suw  =  bulanıq  su”.  Suyu  azalaraq  xəmiri  çoxalan  əriştə  şorbası  da  belədir.                

[1,  c.1, 448]. 



Başlağ:  “başlağ  nənq  =  buraxılmış  şey”.  Həmin  model  üzrə  “başlağ  yılkı”  başlı-başına 

buraxılmış heyvan deməkdir [1,c.1, 449]. 



Saçlığ: “saçlığ ər = saçlı adam” [1,c.1, 451]. 

Sarsığ:  “sarsığ  söz  =  kəskin  söz”.  Qətiyyətli  iş  və  sürətli  hərəkət  üçün  də  belə  deyilir.                 

[1,c.1, 451]. 



İbayev N.A. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə